Akif Çovdarovun oğluna sosial şəbəkədə hücum başlandı - FOTO
Tair Tairov: “Atan dedi ki, ya 1 milyon dollar gətir, ya bu heroinlə tapança sənindi...”; Ruslan Çovdarov: “Nə zibilin var ki, sənin başına torba keçiriblər? Toyda bir-birinə heroin satanda MTN neynəməlidi?”
Fəaliyyəti ləğv edilmiş MTN-in generalı Akif Çovdarovun oğlu Ruslan Çovdarovun sosial paylaşımları ciddi müzakirə mövzusudur.
Musavat.com xəbər verir ki, R.Çovdarov atasının məhkəməsindən hazırlanan reportaj materialını paylaşaraq, MTN generalının üzünə duran şəxsləri tənqid edib. Bu paylaşımın altında isə çox maraqlı bir şərh-cavab paylaşılıb.
Tair Tairov adlı profil sahibi aşağıdakıları yazaraq general oğlu ilə polemikaya girib: “Çovdarov toydan adamların başına maska keçirib tutur və deyir ki, bəs sən evi dollarla satmısan. Ona görə mənə 500 min dollar ver. Kişilik budu? Terroristdi bəyəm Bakıda hamı? Hamının başına qara maska keçirib ki, vahimə yaratsın. Yetənə deyib ki, “daluva dubinka soxaram”. Kişinin dalına dubinka soxmaq kişilikdi? Bunun adı başqadı. Çovdarov ən kişiyə yaraşmayan işlərlə məşğul olub. Hər şey də sübutdu. Sübutdan əlavə, bunu bilməyən yoxdu. Onun cəzası 15 ildi. Allah eləsin ki, elə türmədə də ölsün. Ruslan, qurban olum Allaha. Əgər Akif Çovdarov deyilənləri etməyib, hamı kimi sadəcə rüşvət alıbsa, Allah onun da balalarının da köməyi olsun, qapısını açsın. Yox, əgər eləyibsə, onda Allah onun da, onun alçaq hərəkətindən bəhrələnin də bəlasını versin. Bil! Şəxsən mənim başıma küçədə getdiyim yerdə maska keçirib MTN-ə onun yanına aparıblar. Deyib ki, xaricdə tikinti ilə məşğul olursan. Ya 1 milyon dollar gətir, ya bu heroinlə tapança sənindi. 500 min dollar verib canımı qurtarmışam. Şikayət etməmişəm. Çünki onun şefi kişilik elədi. 1 milyondan 500 minə endirdi”.
R.Çovdarovun ona cavabı isə gecikməyib. General oğlu da öz arqumentləri ilə onu haqsız danışmaqda suçlayıb: “Sən hansı kişilikdən danışırsan? Saxta profilnən oturub arvad kimi qarğış eləmək kişilikdi? Sən bir qəpik pul verəsən adama, gedib şikayət eləmiyəsən? Birincisi, sən idin indi üzə duran. Kişiliyin var şəklin olan profilnən yaz görək bir kimsən, nə zibilin var ki, sənin başına torba keçiriblər? Toyda bir-birinə heroin satanda MTN neynəməlidi? Bu gün toydu deyə bağışlamalıdı? Narkotik satanı tutmamalıdı? Bildi bilmədi danışır hamı”.
T.Tairov isə geri çəkilməyib və aşağıdakıları yazıb: “Mən Eldar Mahmudovun dostuyam. Ona görə şikayət etməyəcəm. O 500 mini də Akif əl çəkmədi deyə verdim. Prigovordan (hökmdən-musavat.com) sonra biləcəksən”.
NUH.az
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
4 mart 2026 11:23
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
