MTN zabiti vəzifəli şəxslərin kartlarından pulları necə oğurlayıb?
"MTN işi" üzrə təqsirləndirilən zabit Eşqin Əliyevin oğurluq etdiyi şəxslərin bir neçəsinin bank sektorunda vəzifəli şəxs olduğu məlum olub.
Qafqazinf xəbər verir ki, E.Əliyev MTN-də işlədiyi müddətdə istifadə etdiyi xüsusi proqramla vətəndaşların SMS yazışmalarını oxumuş və mesajla yaxınlarına bank kartının məlumatlarını göndərən şəxslərdən oğurluq edib. Belə ki, "SMS"lər üzərindən məlumatları əldə edən E.Əliyev elektron ödəniş sistemləri üzərindən həmin kartlardan öz hesablarına pul köçürüb.
MTN zabitinin oğurluq etdiyi şəxslərədn biri də "DəmirBank" ASC-nin plastik kart departamentinin direktoru Rəşad Babayev olub. 2015-ci ilin avqust ayında R.Babayev Türkiyədə rəsmi səfərdə olarkən onun kartından pul çıxılmasına dair SMS bildiriş alıb və dərhal da həmin kartı blokladıb. Sentyabr ayında yenidən kartı aktivləşdirib və oğurluq bir neçə dəfə təkrarlanıb. R.Babayev istintaqa ifadəsində deyib ki, bundan sonra kartını bağlatdırıb və bir daha istifadə etməyib.
E.Əliyevin digər qurbanı isə Mərkəzi Bankın Milli Ödəniş Sisteminin böyük mütəxəssisi Tamerlan Rüstəmov olub. O, istintaqa ifadəsində deyib ki, 2015-ci ilin oktyabr ayında telefonuna SMS gəlib və qeyd olunub ki, kartından PayPal sistemi vasitəsilə 99.99 funt sterlinq ödəniş edilib. T.Rüstəmov "Paypal"ın baş ofisi ilə əlaqə saxlayıb və ona ödənişin Azər Əliyev adlı şəxs tərəfindən aparıldığı bildirilib. Məlum olub ki, həmin şəxs kart vasitəsilə qızıl-zinət əşyası sifariş edib. T.Rüstəmov bundan sonra həmin kartı bağlatdırıb.
MTN zabitinin əməllərindən zərər çəkənlərədn biri də Səhiyyə Nazirliyinin işçisi Şeyda Məmmədovadır. O, istintaqa ifadəsində deyib ki, 2015-ci il oktyabrın 3-də gecə saat 01 radələrində maaş kartından 125 avro pul çıxılmasına dair SMS bildiriş alıb. Bundan sonra kartında qalan 355 manat pulu da özü çıxarıb ki, həmin məbləğ də mənimsənilməsin. Sonra "Azəricard"a müraciət edib və ona bildirilib ki, kartından 125 avroya "E-bay"dan Azər Əliyevin adına klon sifariş edilib.
E.Əliyevin bank sektorundan toruna düşən şəxslərdən növbətisi "Atabank" ASC-nin mütəxəssisi Nərmin Araz olub. O, istintaqa ifadəsində bildirib ki, bank kartının məlumatlarını "sms"lə həyat yoldaşına göndərib. 2015-ci ilin avqustunda bankın Monitoqin Mərkəzindən ona məlumat verilib ki, kartından xarici valyuta ilə əməliyyat keçirilib. Kartı blok etdirən N.Araz hesabdan çıxarışı əldə etdikdə məlum olub ki, həmin əməliyyatla "E-bay"dan 105.5 avroluq "Mini Dron Kamera" sifariş olunub və "Azərcell" nömrəyə 80 manatlıq balans köçürülüb.
Növbəti qurban olan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnavasiyalar üzrə Dövlət Agentliyində (ASAN Xidmət) baş məsləhətçi Nübar Hüseynli istintaqa ifadəsində deyib ki, 2015-ci il oktyabrın 5-də maaş kartından 52 manat çıxılması barədə sms bildiriş alıb. Dərhal "Azəricard"a müraciət edən N.Hüseynliyə bildirilib ki, onun kartı vasitəsilə kommunal ödənişlər edilib, mobil nömrələrin balansına pul köçürülüb. N.Hüseynli bundan sonra kartını blokladıb və rəsmi formada şikayət edib.
Mərkəzi Bankın İnsan Ressusları üzrə mütəxəssisi Nərminə Nuriyeva da zərərçəkənlər siyahısındadır. O, istintaqa ifadəsində bildirib ki, 2015-ci il oktyabrın 1-də həyat yoldaşı Eminin telefon nömrəsinə öz bank kartının məlumatlarını "SMS"lə göndərib. Oktyabrın 3-də kartından 107.5 funt sterliqn çıxarılması haqda bildiriş alıb. Məlum olub ki, Azər Əliyev adlı şəxs PayPal sistemi üzərindən Silverman.uk saytından alış-veriş edib. N.Nuriyeva bundan sonra kartını bağlatdırıb.
Qeyd edək ki, MTN zabiti Eşqin Əliyev istifadəsində olan və nazirliyə məxsus xüsusi proqram vasitəsilə Azər Əliyev adlı şəxsin şəxsiyyət vəsiqəsini əldə edib və bütün əməliyyatlarda onun adından yararlanıb. E.Əliyev də daxil olmaqla MTN-nin digər vəzifəli şəxslərinin məhkəmə prosesi yanvarın 18-də başlayıb.
NUH.az
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
