Mağazalarda toyuq əti qıtlığı - bahalaşan QİYMƏTLƏR
Son günlər satış məntəqələrinin toyuq əti ilə təhcizatında azalmalar müşahidə edilir.
Virtualaz.org saytının reportyorlarının paytaxtın iri alış-veriş mərkəzlərində apardığı müşahidələr də göstərir ki, bəzi marketlərdə toyuq əti şöbələri boşalıb. Hətta “Araz”, “Neptun”, “Fresko” kimi iri ticarət mərkəzlərində belə həm xarici, həm də yerli toyuq məhsulları qıtdır. “Bu həftənin əvvəlində satış firmaları ilə problem yaranmışdı, indi satışda bütün firmaların məhsulları var”, - “Fresko” marketinin adını söyləmək istəməyən satıcısı deyib. Onun sözlərinə görə, yeni ildən sonra toyuq və ət məhsullarına təlabat azalıb. “Neptun” marketinin metronun “Xətai” stansiyasının yaxınlığında yerləşən şöbəsində açıq və qablaşdırılmış toyuqlar satışdadır, lakin satıcılar da əvvəlki kimi bolluq olmadığını etiraf edirlər. Yaxınlıqdakı digər marketlərdə də yeni ildən sonra toyuq təhcizatında problemlər yarandığını söyləyiblər. “Hazırda satışda dondurulmuş toyuq var, amma azdır. Bud, qanad və digər toyuq məhsulları isə son 3-4 gündür almamışıq. Yeni ildən sonra alver də yaxşı getmir”, - satıcı Namiq Əliyev bildirib. N.Əliyev toyuq ətinin bahalaşacağını istisna etmir: “Yəqin ki, toyuq əti bahalaşacaq, yeni ildən sonra 10-20 qəpik artım var”. Hazırda toyuq ətinin qiyməti 3 manat 50 qəpik - 8 manat arasında dəyişir. Məsələn, Bərdə toyuqlarının kiloqramı 7 manat 80 qəpikdən satılır. Metronun “28 May” stansiyasının yaxınlığındakı topdansatış mərkəzlərində də dondurulmuş toyuq əti yoxdur. Yalnız açıq halda toyuq əti satılır. “Firmaların əksəriyyəti məhsul təhcizatını azaldıb. Bizə gətirilən toyuqlar isə günün birinci yarısında satılır. Baxın, dondurulmuş qanad, bud da az qalıb, günün sonunadək satılacaq. Ət baha olduğundan toyuq yaxşı satılır”, - topdansatış mağazasının Adil adlı satıcısı söyləyib. Onun sözlərinə görə, qıtlığın yalnız bir səbəbi ola bilər: “Yəqin ki, toyuq əti bahalaşacaq. Bu həftənin əvvəlində yağ, çay, qənd, şəkər bahalaşdı. Firmalar məhsulları anbarlarda saxlayıb, bahalaşmadan sonra paylayırlar. Yoxsa ki, hər il bayramdan sonra bolluq olurdu”. Satıcılar qıtlığı qiymət artımı ilə əlaqələndirirlər. İstehsal müəssisələri isə deyirlər ki, məhsul istehsalı azalmayıb, təhcizatda problemlər yoxdur. “Siyəzən broyler”in satış üzrə əməkdaşı Xudu Abdıyev deyib ki, xaricdən toyuq əti gətirilməsinə qadağa qoyulduğundan mağazalarda satışa çıxarılan məhsul az ola bilər, amma yerli istehsal azalmayıb. “Əslində, yanvarda, yəni bayramdan sonra toyuq ətinə təlabat azalır. Buna baxmayaraq, müəssisəmiz istehsalı azaltmayıb. Hazırda satış mərkəzlərinə yetərli qədər toyuq verilir. Sadəcə olaraq, xaricdən toyuq ətinin gətirilməsinə qadağa qoyulub. Ola bilər ki, buna görə də, bolluq hiss olunmur”, -X.Abdıyev deyib. Onun sözlərinə görə, hazırda bahalaşma gözlənilmir. Lakin dolların məzənnəsinə uyğun qiymətlərə yenidən baxılması da istisna deyil: “Təbii ki, dollar bir qədər də qalxarsa, yenidən qiymətlərə baxıla bilər. Amma hələ ki, qiymətlər artırılmayıb”. Müsahibimizin sözlərinə görə, “Siyəzən broyler” xarici bazara məhsul çıxarmır. “Mərcan” toyuqlarının istehsalçısı “Garant Aqro” MMC-dən də məhsul istehsalının azaldılmadığını deyiblər. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə deyir ki, “quş qripi”nin qeydə alındığı bütün Avropa ölkələrindən, eləcə də Rusiya və İranın bəzi vilayətlərindən quş ətinin gətirilməsinə qadağa qoyulub. Hazırda Azərbaycana Türkiyə, Ukrayna, Brazilya və Amerikadan quş əti gətirilir. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə bildirib ki, broylerlər etiraf etməsələr də, istehsalın azaldığı göz önündədir. “Yerli şirkətlər quş əti istehsalını azaldıb. Bunu bilmək üçün ekspert olmaq lazım deyil. Hazırda toyuq əti istehsalı baha başa gəlir. Demək olar ki, istehsal müəssisələri ziyana işləyirlər”. V.Məhərrəmovun fikrincə, alıcılıq qabiliyyəti azaldığından, istehsal müəssisələri qiymətləri artıra bilmirlər. “Toyuq yeminə qatılan genetik materiallar, cücələr xaricdən gətirilir, nəticədə, istehsal xərcləri artır. Müəssisələr isə bahalaşmaya getməmək üçün istehsal xərclərini ixtisarlarla azaltmağa çalışırlar”. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə sualımıza belə cavab verib ki, ölkədə təlabatı ödəyəcək qədər toyuq əti istehsal olunur, anbarlarda məhsul var.
NUH.az
- Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər
5 yanvar 2026 12:16
- Bir insan ildə 78 kilo ət, 21 kilo balıq yeməlidir
29 dekabr 2025 21:14
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 2025 00:28
- Bahalı beynəlxalq tədbirlərin keçirilməsinə 239 MİLYON, ELMƏ İSƏ...- Qüdrət Həsənquliyev
7 dekabr 2025 19:21
- ƏBƏLFƏS Qarayevin BİZNES İMPERİYASI : Hotel, balıq, neft... (SİYAHI)
6 dekabr 2025 14:03
- Restoranlarda müştəriləri soymağın yeni üsulu: SERVİS HAQQI
6 dekabr 2025 12:32
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 2025 10:59
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
7 oktyabr 2025 10:06
- Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevə...- Bəs, 11 yaşlı qız uşağı NİL-in hüququ..?
27 sentyabr 2025 13:01
- 5 ildə bir milyondan çox azalma: Turistər Azərbaycana niyə gəlmir?
23 sentyabr 2025 13:45
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
