“Kastro, Gevara ilə tez-tez rəsm, şəkil çəkdirərdik…”- KAMRAN HÜSEYNOVLA HƏLƏ DƏ UNUDA BİLMƏDİYİM GÖRÜŞÜM...
Maraqlı22 yanvar 2017 16:50
2001-ci ilin yayıydı… “525”-də müəllifi olduğum “Sabiqlər” rubrikasının da növbəti qonağı, müsahibi çox məşhur və çox görkəmli dövlət xadimi ( belə demək mümkünsə, Sumqayıtı, həmçinin, Mingəçeviri, Naftalanı yaradanlardan, quranlardan biri, bəlkə də birincilərdən olub) mərhum Kamran Hüseynov idi ( Ailə, Qadın və Uşaq Problemlərinin həlli Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın atası)…
Onunla “Azneft”in (SOCAR-ın) yaxınlığında yerləşən mənzilində görüşdük…Qeyd edim ki, qapı bir xeyli gec açıldı…Sən demə bir neçə gün öncə də yıxıldığı üçün Kamran müəllimin ayağı sınıbmış, amma bununla belə, qapının gəlib özü açdı və məni mehribançılıqla qarşıladı, neçə illərin tanışıymışıq kimi (həm də ötkəm səs tonu ilə) içəri dəvət etdi… Evdə də tək yaşayırdı… Çünki həyat yoldaşı dünyasını dəyişmiş, övladları da hər gün gəlib ona baş çəksələr də, özlərinə məxsus evdə yaşayırdılar…Qabağıma da gətirib bir boşqab yuyulmuş gilas qoydu və gülə-gülə dedi ki, bunun hamısını ye, sonra müsahibə götürərsən…
Kamran Hüseynov haqda da hələ uşaqlıqdan eşitmişdim, özü də çox yaxşı sözlər…İlk dəfə isə onu əyani şəkildə 1992-ci ildə (səhv etmirəmsə, aprel ayında), o zaman hələ Naxçıvan MR Ali Məclisinin sədri işləyən mərhum Heydər Əliyevlə bağlı ortaya atılmış yaş senzinin aradan qaldırılması məqsədilə keçmiş Ali Sovetin-indiki Milli Məclisin qarşısında rəhmətlik Sirus Təbrizlinin aparıcılığı ilə keçirilən mini-mitinqdə görmüşdüm ( açığını deyim ki, həmin aksiyada indiki tanınmış, nüfuzlu, titullu, vəzifəli YAP-çıların, “iqtidarpərəstlər”in bir çoxundan əsər-əlamət belə yoxuydu)… Kamran müəllim hətta, orada bir neçə dəqiqləik də çıxış etmiş, ölkənin gərgin anlar-günlər yaşadığı bir vaxtında Heydər Əliyevin təcrübəsindən istifadə edilməsinə və yenidən hakimiyyətə qayıdışına da böyük ehtiyac olduğunu demişdi…
Bu dəfə – 9 il sonra isə onu lap yaxından görümək, onu daha yaxından tanımaq və “kəşf” etmək imkanı qazanmışdım…Yaşının xeyli olmasına-90-ı haqlamasına da baxmayaraq, çox şux, çox optimist, çox hafizəli, çox məlumatlı, çox yaddaşlı, çox dünyagörüşlü və çox savadlı bir insan idi…

Əsl müdrik ağsaqqal və ağayana Kişi idi…60-70 il öncə olanları də dəqiqəsinəcən, saniyəsinəcən, nöqtə-vergülünəcən birbəbir xatırlayırdı…Mircəfər Bağırovla, İmam Mustafayevlə, Vəli Axundovla, Heydər Əliyevlə, uzun illər dostluq etdiyi Fidel Kastro, həmçinin Çe Gevara ilə bağlı da çox maraqlı xatirələr, iştirakçısı olduğu hadisələrdən danışırdı …Məsələn, Böyük Vətən Müharibəsi zamanı əsir götürülmüş almanların vəziyyəti ilə bağlı 40-cı illərin sonlarında böyük skandalının yarandığını və Mircəfər Bağırovun da bu məsələnin “şişməsi” ilə bağlı az qala yeri-göyü lərzəyə gətirdiyini demişdi…
O yaşda olmasına baxmayaraq, həm də çox demokratik, yenilikçi ruhlu, düşüncəli insan idi…Deyirdi ki, Heydər Əliyevə, İlham Əliyevə böyük, sonsuz hörmətim və dərin inamım var, amma bununla belə, ölkənin inkişafı və mənafeyi naminə perspektivli, bilikli gənclərdən, hətta, lazım gələrsə, müxalifətçilərdən də istifadə etmək, onları irəli çəkmək lazımdır… İllər keçsə belə, Onunla olan görüşümü və söhbətimi indiyənəcən də unutmuram…
Çox maraqlı görüş və çox maraqlı müsahib idi, müsahibəsi də, təvazökarlıqdan uzaq olmasın, əlanın əlası alınmışdı…

Qəbri nurla dolsun!
Kamil HƏMZƏOĞLU
Gununsesi.info
Oxşar xəbərlər
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Baş Prokurorluqda yeni təyinat
2 fevral 2026 12:15
- Bu gün Azərbaycanda Gənclər Günüdür
2 fevral 2026 11:02
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Prezident Sumqayıt Sənaye Parkında açılışlar etdi (YENİLƏNİB)
27 yanvar 2026 12:20
- Mikayıl İsmayılova məxsus Ağsu Tədris Mərkəzində nələr baş verir ?
25 yanvar 2026 13:12
- Tüstü bacaları ölüm saçır: Məsuliyyəti kimsə üzərinə götürmür
11 yanvar 2026 13:02
Xəbər lenti
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
