Sevindik Hətəmovla Samir Rzayevin büdcə keyfi – 2016-cı ildə yuyulan milyonlar
İllərdir dünyada hökm sürən iqtisadi böhran ötən ilin əvvəllərindən Azərbaycanda da özünü göstərməyə başladı. Hələ ilk aylarda ölkə prezidenti İlham Əliyev ciddi addımların atılmasını, büdcəyə və əlavə xərclərə qənaət edilməsini hər gün xatırlatdı, tapşırıqlar verdi.
Amma görünən budur ki, prezidentin etimad göstərdiyi məmurlar üçün bu tapşırıq o qədər də əhəmiyyətli olmayıb. Onlar nəinki qənaət ediblər, əksinə büdcəni daha da artıq talayıblar.
Bizimxeber.az təkcə Salyan rayonuna ayrılan dövlət vəsaitinin tenderlə necə yuyulmasını araşdırıb. Kifayət qədər ciddi rəqəmlər ortaya çıxır. 2016-cı ildə Salyan rayonunda bu və ya diğər işlərin görülməsi üçün 50 tender udulub. Bu barədə aşağıda dəqiq rəqəmləri təqdim edəcəyik.
Bu gün Azərbaycanda əksəriyyət tender deyəndə elə başa düşür ki, bu işdə rayon icra başçısı, rayon maliyyə idarəsi müdiri sudan duru, aydan arıdır. Amma heç də elə deyil. Tenderlər bir başa icra başçısı ilə ona yaxın olan maliyyə idarəsi müdirinin konkret razılığı ilə həyata keçirilir. Tenderdə kimin iştirak etməsindən tutmuş, məbləğin nə qədər olacağına kimi bu şəxslər müəyyənləşdirir. Həmçinin, ümumi büdcəni ilin sonuna kimi neçə dağıtmaq üçün konkret hesablanmış sistem yaradılır ki, ayrılmış vəsaitdən bir manat da artıq qalmasın.
Bu gün Azərbaycanda elə bir icra başçısı yoxdur ki, rayona ayrılmış illik büdcədən 10 manat novbəti ilə saxlasın. Salyanda isə daha ciddi hallar baş verir. Özünü rayon sakinlərinə guya sevdirən Sevindik Hətəmov büdcə pullarını peşəkarlıqla həzm edən məmurlardan biri kimi tanınır. Hansı ki, kənardan elə görünmür və rayon sakinlərinə guya rayon üçün işlər görmək niyyətindədir formatında görünür.
Tenderlər rayona ayrılmış illik maliyyənin mərhələ mərhələ dağıdılması üçün bir vasitədir. Büdcə il ərzində gözə görünmədən elə sökülür ki, sonda yalnız adamın gözünü deşən rəqəmlər qalır.
Diqqət edin!
2016-cı ildə Salyan rayonunda udulan tenderlər və rəqəmlər…
Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Mənzil fondundakı binaların əsaslı təmir işlərinin satın alınması üçün Aran İnvest MMC 82164,93 manat,
Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Küçələrdə aparılan abadlıq işlərinin satın alınması üçün Klassik-2 şirkəti – 431750,37 manat
Azərişıq ASC Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvar rayonlarında KTM-lərin quraşdırılması və kabel xətlərinin çəkilməsi üzrə işlərin satın alınması üçün – Retro Holding MMC – 271615,47 manat,
Yerli xərclərdə nəzərdə tutulmayan zəruri sosial-iqtisadi təyinatlı xərclər üzrə satınalmalar üçün – İlkin-N MMC – 129750 manat
Salyan şəhərində yolların təmiri işlərinin satın alınması üçün – İlkin-N MMC- 408968,99,
Salyan Rayonlararası Psixiatriya Xəstəxanası Ərzaq məhsullarının satın alınması – Muğan Nemətləri şirkəti – 192497,53,
Salyan Rayon Mərkəzi Xəstəxanası Ərzaq məhsullarının satın alınması – Muğan Nemətləri – MMC 117198,43 manat,
Salyan Rayon Mərkəzi Xəstəxanası Çörək məhsullarının satın alınması – Sünbül-2012 MMC- 13800 manat,
Salyan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Ərzaq məhsullarının satın alınması – Muğan Nemətləri şirkəti – 159829,37 manat,
Salyan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Çörək məhsullarının satın alınması – Sünbül-2012 -MMC 10497,6 manat
Salyan Rayonlararası Psixiatriya Xəstəxanası – Çörək məhsulunun satın alınması – Sünbül-2012 MMC- 11499
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan Suvarma Sistemləri İdarəsi – Suvarma kanallarının mexanizmlərlə lildən təmizlənməsi işlərinin satın alınması – Səyyar Mexanikiləşdirilmiş TTM -97150 manat,
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan Suvarma Sistemləri İdarəsi Mexaniki avadanlıqların təmiri üçün ehtiyat hissələrinin satın alınması SAMİR-A.Ə MMC 27908
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan Suvarma Sistemləri İdarəsi Elektrik avadanlıqlarının təmiri üçün ehtiyat hissələrinin satın alınması İlkin-N MMC 30938,5
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan Suvarma Sistemləri İdarəsi Elektrik mühərriklərinin əsaslı təmiri işlərinin satın alınması İlkin-N MMC 43860
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan Suvarma Sistemləri İdarəsi Nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin satın alınması İlkin-N MMC 164009
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan Suvarma Sistemləri İdarəsi Mexanizmlərin ehtiyat hissələrinin satın alınması İlkin-N MMC 30222
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan Suvarma Sistemləri İdarəsi Təmir-tikinti işləri üçün tikinti materiallarının satın alınması İlkin-N MMC 112520
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Elektrik mühərriklərinin əsaslı təmiri işlərinin satın alınması İlkin-N MMC 63680
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Mexnizmlərin ehtiyat hissələrinin satın alınması İlkin-N MMC 121804
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Elektrik avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması Samir A.Ə MMC 59979
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Mexaniki və nasos avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması İlkin-N MMC 163875
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Təmir işləri üçün tikinti materiallarının satın alınması Muğan Təmir Tikinti Müəssisəsi MMC 118251
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi Təmir tikinti işləri üçün tikinti materiallarının satın alınması İlkin-N MMC 275039,8
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi Mexanizmlərin ehtiyat hissələrinin satın alınması Samir-A Ə MMC 150002,8
Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Çörək məhsullarının satın alınması Sünbül-2012 MMC 10497,6
Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Ərzaq məhsullarının satın alınması Muğan Nemətləri şirkəti 159829,37
Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası Dəftərxana və təsərrüfat mallarının satın alınması F/Ş: Baxışova Aminə Nağı qızı 7204
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi BMMK üzərində dükerin təmiri, MSS üzəridə akvedukun təmiri və MSS üzərində körpünün təmiri smetalarının hazırlanması işlərinin satın alınması Art-Proje MMC 6000
Təhsil Nazirliyi Salyan Rayon Təhsil Şöbəsi Deratizasiya və dezinfeksiya xərcləri üzrə satınalma Prof-Dez MMC 15745,09
Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanası Çirkli paltarların yuyulması və ütülənməsi işlərinin satın alınması F/Ş:Məmmədova Raisa Müseyib q. 12198
Təhsil Nazirliyi Salyan Rayon Təhsil Şöbəsi Odun yanacağının satın alınması F/ş: Əhədova Gülər Akif qızı 47500
Heydər Əliyev Mərkəzi Heydər Əliyev Mərkəzində istismar olunan yanğın təhlükəsizliyi cihaz və avadanlıqlarına illik texniki xidmətlərin satın alınması AR Yanğından Mühafizə Cəmiyyəti 17989,1
Salyan Rayon İcra Hakimiyyəti Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Ərzaq məhsullarının satın alınması Muğan Nemətləri şirkəti 11354,87
Salyan Rayon İcra Hakimiyyəti Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Ərzaq məhsullarının satın alınması Muğan Nemətləri şirkəti 11354,98
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan Suvarma Sistemləri İdarəsi Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması F/ş: Baxışov Zahid Zabit o. 6917,2
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan Suvarma Sistemləri İdarəsi Avtomobil ehtiyat hissələrinin satın alınması SAMİR- A.Ə MMC 25705
Meliorasiya və Su Təsərrüfatı ASC Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Avtomaşınların ehtiyat hissələrinin satın alınması Təmir Tikinti Təchizat AFM MMC 19955
Salyan Rayon İcra Hakimiyyəti Kür Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Ərzaq məhsullarının satın alınması Muğan Nemətləri şirkəti 5676,85
Salyan Rayon İcra Hakimiyyəti Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Ərzaq məhsullarının satın alınması Muğan Nemətləri şirkəti 11354,87
Salyan Rayon İcra Hakimiyyəti Kür Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Ərzaq məhsullarının satın alınması Muğan Nemətləri şirkəti 5676,85
Rəqəmləri oxuduqdan sonra adamın başı fəırlanır – bir il ərzində 3616269,57 manat.
Elə isə icra başçısı Sevindik Hətəmovla rayon Maliyyə İdarəsinin müdiri Samir Rzayev bu vəsaitin hara xərcləndiyinə niyə nəzarət etmir? Bu sualın cavabı o qədər asandır ki, fikirləşmək zaman aparmır. Çünki öncədən özləri belə planlayırlar, belə olmasını istəyirlər. Onlar zatən tenderlərdə qalib gələcək adamları özləri bilir, özləri razılaşırlar.
Adi və hamının bildiyi bir fakt göstərək. Son 10 ildə Salyan rayonunda tenderləri eyni adamlar, eyni MMC sahibləri udur.
Məsələn, Aran İnvest MMC, İlkin-N MMC, Muğan Nemətləri şirkəti, Sünbül-2012 MMC, Səyyar Mexanikiləşdirilmiş TTM, Prof-Dez MMC və sair büdcəni talayan şirkət və MMC-lərin sahibi tanınmış iş adamı Hacı Qurban Abbasovdur.Əslən Ermənistanlı olan, Salyanın Qarabağlı kəndində məskunlaşan Abbasov sonradan milyonların sahibinə çevirilib.
Əsasən Salyanın keçmiş icra başçısı Tahir Kərimovla sıx əlaqələri olan Qurban Abbasov sonradan hazırkı icra başçısı Sevindik Hətəmovla da əlaqələr qura bilib. Salyanda hər kəs bilir ki, Hacı Qurban Abbasov tenderlərin yuyulması işində kifayət qədər peşəkardır. Elə belə demir ki, bu tenderlərdən yuyulan pullardan Tahir Kərimova milyonlar qazandırıb.
Elə isə ortaya maraqlı sual çıxır. Əgər Sevindik Hətəmov Salyanın inkişafını və ya salyanlıların yaxşı yaşamasını dogrudan da istəyirsə o zaman nədən hələ də tenderlərin Qurban Abbasov tərəfindən udulmasına, dövlətin vəsaitinin göz-görə talanmasına imkan verir? Axı tenderləri udan Hacı Qurban Abbasov sözün həqiqi mənasında bu pulları udur. Prezidentin yerdəki nümayəndəsi olan Sevindik Hətəmov və ya Maliyyə İdarəsinin rəisi Samir Rzayev nədən buna göz yumur və ya imkan yaradır?
Fakt budur ki, 2016-cı ilin büdcəsindən Salyan rayonu üçün ayrılan vəsaitlər tender yolu ilə məhv edilib. Ortada isə yalnız rəqəmlər qalıb. Sevindik Hətəmov faktiki olaraq abbasovların nəzarətinə düşüb. Hansı ki, ölkə başçısının ona verdiyi səlahiyyət daha ciddi və böyükdür.
Sonda “MTN işi” məhşur siması Çovdarovun məhəkəməsindən bir fraqmenti yada salaq. Çovdarovun məhkəməsində məmurlar, iş adamları, hətta Metropolitenin keçmiş rəisi Tağı Əhmədov deyirdi ki, Çovdarov bizdən külli miqdarda pul alıb və biz də qorxub vermişik.
Əcəba, Tağı Əhmədov niyə və nədən qorxub ki? Ən azından telefonu götürüb yuxarı instansiyalardakı yuksək ranqlı məmurlara məlumat verə bilərdi. Amma bunu etməyiblər. İndi də, Sevindik Hətəmov dəstəyi qaldırıb yuxardakı şəxslərə, ən azından kuratora deyə bilər ki, bu tenderlərdə udulan pullar düzgün xərclənmir. Yəqin ki, belə bir zəng olmayacaq. Çünki…
Ədil Hüseynli
Bizimxeber.az
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 2026 15:41
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
