Səfər Əbiyev istintaqa cəlb olunur
Günün sitatı25 yanvar 2017 13:52

Prezidentin ordu ilə bağlı çıxışı sabiq nazirin sonunu gətirə bilər; keçmiş nazirin fəaliyyətinə indi də hüquqi qiymət verilmyəcəksə, bəs nə vaxt?
Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” saylı hərbi hissənin yeni hərbi şəhərciyinin açılışı zamanı prezident İlham Əliyev öz nitqində orduda Zakir Həsənovdan əvvəlki dövrdə hökm sürən vəziyyətdən də danışıb. Ölkə başçısı həmin vəziyyəti “çox acınacaqlı” adlandırıb.
Azərbaycan ordusunda Səfər Əbiyevin dövrü haqda danışan prezident deyib: “Bizim hərbi hissələrimizin vəziyyəti bir neçə il bundan əvvəl tam fərqli idi. Mən xüsusi göstəriş vermişdim ki, bu vəziyyət təhlil edilsin, mənə məruzə olunsun və tədbirlər görülsün. Yadımdadır, bir neçə il bundan əvvəl müxtəlif bölgələrimizdə yerləşən hərbi hissələrin fotoşəkilləri mənə təqdim ediləndə əlbəttə ki, mənzərə çox acınacaqlı idi. Yarıdağılmış binalar, yararsız vəziyyətdə olan kazarmalar. Ordumuzun ərzaq təminatı çox aşağı səviyyədə idi. Ona görə dərhal göstəriş verdim və bu sahədə köklü dəyişikliklər baş verdi. Bu gün Müdafiə Nazirliyinin rəhbərləri bütün bu işləri yüksək səviyyədə təmin edirlər. Yəni, bu gün həm təminat, həm xidmət baxımından Azərbaycan ordusu dünyada nümunəvi ordular sırasındadır”.
Dövlət başçısının fikirləri 2013-cü ildə istefaya göndərilən sabiq müdafiə nazirinin18 illik fəaliyyət dövrünün təftişini, sabiq nazirin istintaqa cəlb edilməsi məsələsini yenidən gündəmə gətirib. Əbiyevin 18 illik fəaliyyəti dövründə orduya ayrılan büdcə vəsaitlərinin silinməsi, talan edilməsi haqda mətbuatda çeşidli və fakta söykənən yazılar dərc olunub. Ölkə başçısının çıxışından sonra, gec də olsa, S.Əbiyevin yol verdiyi korrupsiya faktları və maliyyə vəsaitlərinin mənimsənilməsi prokurorluq tərəfindən araşdırıla bilər.
Nazir olduğu illər ərzində mətbuata qənim kəsilən, daima mətbuatı məhkəmələrə çəkən S.Əbiyev şəxsi varidatını artırmaqdan da çəkinmirdi. Əsgərlərə zebu və Azərbaycanda yeyilməyən ən müxtəlif heyvanların ətini verdirən sabiq nazirin belə əməliyyatlardan milyonlar qazandığı heç kimə sirr deyildi. Ən müxtəlif illərdə sabiq nazirin fəaliyyəti, varidatı haqda yazılanlar da kifayət qədər detallı olub.
Sitat: “Onun Moskva bazarlarında ”Pakrovka" ticarət mərkəzləri, Moskva ətrafında bağ evləri, yəhudi əsilli iş adamları ilə şərikli biznesi, Almaniyada, Türkiyədə, BƏƏ-də, İtaliyanın Milan şəhərində böyük malikanələri, Macarıstan və Rusiyada bank hesabları var. İndi isə biz sizə Səfər Əbiyevin qardaşları barədə yazmaq istəyirik. Bir qardaşı Nazim Əbiyev Bakı qarnizonu və ətraf hərbi hissələrdə yerləşən kafe və dükanlara nəzarət edir. O, həmçinin MN-ə aid mənzil-istismar sahələrinə kuratorluğu həyata keçirir. Bu yaxınlarda Nazim Əbiyev keçmiş hərbi ticarət idarəsinə məxsus binanı özəlləşdirərək orada supermarket açıb. Nazirin qardaşı MN-in ümumi işlər idarəsinə məxsus binanı özəlləşdirərək burada şərikli bank yaradır. Nazirin digər qardaşı Məhəmməd Əbiyev keçmiş sürücü, indi isə iri biznesmendir. Həzi Aslanov qəsəbəsində Müdafiə Nazirliyinə aid torpaqların qanunsuz satışına rəhbərlik edir. Nazirin böyük qardaşı Cəlal Əbiyev bəzi hərbi komissarlıqları təngə gətirib. Onun oğlu mərkəzi aparatda xidmət edir, kürəkəni Mehman Qurbanov isə Binəqədinin hərbi komissar əvəzidir. Səfər Əbiyevin digər qardaşı Rüstəm Əbiyev ordunun əşya təminatını təyin edən, tenderlərin 80 faizində qalib gələn, ordumuzu keyfiyyətsiz geyimlərlə təchiz edən tikiş fabrikinin direktorudur".
Ona aid sərvətlərin siyahısı belə sıralanmışdı. Sitat: “Hərbi Akademiya ilə üzbəüz çoxmərtəbəli qoşa villa. Həyətində böyük avtomobil parkı var. Orada 30-dan artıq bahalı maşın, hətta VİP avtobuslar saxlanılır. Yasamal rayonu ərazisində - Statistika Komitəsi ilə üzbəüz çox mərtəbəli binada 4 otaqlı bir neçə mənzil. Ümumi sahəsi 1000 kvadratmetrə yaxındır. Həzi Aslanov küçəsində çoxmərtəbəli villa. Həsən Əliyev küçəsində qoşa villa. Teymur Əliyev küçəsində möhtəşəm villa. Avropa hotelinin yanındakı çoxmərtəbəli binada 5 mənzil. Keçmiş stomatoloji poliklinikanın yerində çoxmərtəbəli villa. Ə.Ələkbərov küçəsində 7 bloklu, 17 mərtəbəli bina. Səməd Vurğun küçəsində villa və çoxmərtəbəli binada mənzillər. ”Sahil" metrostansiyasının yanında çoxmərtəbəli binada mənzillər. Yasamalda Şüşəli bazarın arxasında möhtəşəm villa. Şimal QRES-də villa. Şüvəlanda, Novxanıda, Mərdəkanda, Qubada, Nabranda möhtəşəm villalar. Bakıda tibb mərkəzləri, tikiş fabrikləri, super marketlər, konserv zavodu, istirahət mərkəzləri, ət kombinatı və sair. Onun Müdafiə Nazirliyinə aid satdığı torpaqların yeni siyahısı: Ə.Ələkbərov küçəsində 6 hektar torpaq sahəsi. Keçmiş Ali Hərbi Məktəbin parkı - 10 hektar. Biləcəri qəsəbəsində hərbi ticarət bazasının torpağı - 20 hektar. MN-ə məxsus hərbi ticarət idarəsinin torpaq və qurğuları. Badamdar qəsəbəsində hərbi hissələrin hektarlarla ərazisi. Həzi Aslanov qəsəbəsində hektarlarla sahə. Montin qəsəbəsində hərbi müəssisə və zavodların ərazisi. Masazırda köhnə hərbi kolxozun ərazisi. Köhnə Əhmədlidə, Zığ qəsəbəsində, Dərnəgüldə, Qalada, Pirallahıda, Pirşağıda 10 hektarlarla ərazi".
Sabiq nazirin çoxsaylı əmlaklarının siyahısını yenidən təqdim etməklə müvafiq qurumların araşdırmalara bu istiqamətdən başlaya bilmələri haqda yol göstərmirik. Sadəcə, bir nazirin bu qədər sərvətə hansı hesabdan sahiblənməsi araşdırılmalı məsələdir. İddialara görə, keçmiş nazirin həbsinə hazırlıq gedir. Ölkə başçsının çıxışında ordunun ərzaq təminatının aşağı səviyyədə olması, kazarmalardakı şəraitin bərbad vəziyyəti haqda faktları sadalaması birbaşa Səfər Əbiyevin rəhbərlik etdiyi sahəyə büdcədən ayrılan pulların talan edilməsinə işarədir.
Bundan başqa, S.Əbiyevin dönəmində əsgəri xidməti zülm-zillətə çevirən “dedovşina” kütləvi hal almışdı, qeyri-döyüş şəraitində əsgər ölümləri də adi hala çevrilmişdi. S.Əbiyev vəzifəsindən çıxarılandan sonra onun həbs ediləcəyi gözlənilsə də, bu günə qədər bu baş tutmayıb. S.Əbiyev nazir postunu itirəndən sonra yaxın ətrafına daxil olan hərbçilərin həbsi gerçəkləşdirildi. Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, vitse-admiral Şahin Sultanov, Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin rəisi Elçin Xəlilov və digər yüksək rütbəli zabitlər həbs olundular. S.Əbiyev isə yaxasını istintaqdan kənar tuta bilmişdi. Prezidentin məlum çıxışından sonra hüquq-mühafizə orqanlarının S.Əbiyevin yaxasından ikiəlli yapışması üçün əsas yaranır. Qalır, nəticə çıxarıb hərəkətə keçmək.
NUH.az
Oxşar xəbərlər
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 2025 15:37
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 2025 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 2025 23:52
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 2025 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 2025 20:10
Xəbər lenti
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
Video & Fotoqalereya
Video
Fotoqalereya