“Dəyanət Rzayev öldürülüb...” - Şok iddia
Günün sitatı26 yanvar 2017 18:26
Xəbər verdiyimiz kimi, tanınmış psixoloq Dəyanət Rzayevin özünü yaşadığı evdə kəmərlə asaraq, intihar etdiyi bildirilir.
Psixoloqun cəsədini onun yaşadığı evdə anası aşkarlayıb. D.Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu” qeyd edib.
Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin və prokurorluq orqanlarının əməkdaşları araşdırma aparıb. Yasamal rayon Prokurorluğunda isə faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Onlar D. Rzayevin telefonlarını və son məktubu da araşdırma üçün götürüblər.
“Qafqazinfo” xəbər verir ki, tanınmış psixoterapevt Elmir Əkbər isə fərqli düşünür. Elmir Əkbər Modern.az saytına açıqlamasında deyib ki, bu hadisədə intihardan söhbət belə, gedə bilməz.
“Birmənalı olaraq, burada heç bir intihardan söhbət gedə bilməz. Çünki Dəyanətin həyatının mənası var idi, o nə üçün yaşadığını bilirdi. Yüz faiz əminəm ki, bu hadisədə özünəqəsddən söhbət gedə bilməz. Gah dedilər ki, özünü binadan atıb, gah da dedilər ki, özünü kəmərlə asıb. Belə təəssürat yaratdılar ki, ilk olaraq onun ölümü haqqında nə deməyin lazım olduğunu dəqiq bilmirdilər. Əvvəl dedilər ki, özünü atıb, sonra isə qeyd etdilər ki, yox, kəməri ilə özünü asıb. Dərindən analiz edən insanlar üçün bu versiyalar təbii ki, gülüncdür. Yaxşı ki, yazıq Dəyanətin üstünə benzin töküb yandırandan sonra “o özünü yandırdı deməyiblər”,-deyə E. Əkbər bildirib.
Psixoloqun sözlərinə görə, D. Rzayevlə yaxın münasibətdə olan insanlar və məsələni soyuqqanlı analiz edənlər başa düşür ki, o, intihar etməyib.
“Hadisə olan kimi, o dəqiqə onun intihar etdiyini söylədilər. Mən həkiməm, patoloji anatomiyanı da bilərəm, məhkəmə-tibbi ekspertiza haqqında da kifayət qədər məlumatlıyam. Rəy vermək üçün kifayət qədər vaxt lazımdır. Nə oldu, belə tezliklə hamı durub Dəyanətin özünü intihar etdiyi qənaətinə gəldi? Dəyanətin kolleqaları çıxıb dedilər ki, onlar Dəyanətin belə bir şey edə biləcəyini gözləyirdilər. Dəyanət heç zaman özünə qəsd etməzdi! Hələ psevdodindarlar da çıxıb deyir ki, intihar günahdır. Bunlar hamısı çox iyrənc və eybəcər söhbətlərdir”.
E.Əkbər bildirib ki, mərhum həmkarı özü də inanclı bir insan olub.
“Ən azından inancı imkan verməzdi ki, o, intihar etsin. Dəyanətin xətrini istəyənlər, ona həqiqətən də yaxın olanlarla söhbət etdim. Onlar belə deyir: “Dəyanətdən zəhləsi gedən, daim onun arxasınca danışanlar, ona şəbədə qoşanlar, indi özlərini elə göstərirlər ki, guya Dəyanətin xətrini istəyirlər. Onlar öz daxili problemlərini Dəyanətin üzərinə sirayət etdirmək istəyirlər. Bəli, Dəyanət boşanıb. O, başqalarından fərqli olaraq, yalançı, saxta ailə obrazını yaratmırdı. Bəli, Dəyanət belə ikiüzlülüklər etmirdi, necə var idisə, elə də görünürdü.
Lakin bu, heç vaxt onun intiharına səbəb ola bilməz. Dəyanətin yeganə səhvi bu idi ki, o, vətəndaş mövqeyini sənətinin, peşəsinin dəyər və çərçivələrindən üstün tuturdu.
O bəzi şeyləri insanlarla bölüşürdü, bu isə psixoloq üçün yolverilməzdir. Ancaq vətəndaş olaraq haqlı idi. O, hansısa cinayətlərdən, cinayətkarlardan danışırdı. Burada vətəndaş Dəyanət psixoloq Dəyanəti üstələyirdi. Onun belə mövqeyi öz başına cəncəl açdı.
O, emosional idi, danışanda fikirləşmirdi ki, bunun qarşılığında ona nələrsə edə bilərlər. O, hansısa hadisənin cinayət olduğunu bilirdi və bunu açıq şəkildə deyirdi. Özü də qeyd edirdi ki, bu cinayət bəzən böyük adamlarla – ya məmur, ya da biznesmenlərlə - bağlıdır, bunu çox gözəl başa düşürdü. Həmişə başa salırdıq ki, belə şeylər lazım deyil. Deyirdik ki, özünü və yaxınlarını düşün. Lakin, o susmurdu, hər şeyi necə görürdüsə, elə də danışırdı, etiraz edirdi. Onda aşırı dərəcədə ədalət hissi var idi. Necə lazımdır, hər şeyi çılpaqlığı ilə deyirdi, tərs şilləni vurur”.
Psixoterapevtin fikrincə, istintaq aparanlar, D.Rzayevlə bağlı bütün məsələləri araşdırmalıdırlar və ədalətli rəy verilməlidir.
“Bu, dünyada psixoloqların, psixoterapevtlərin birinci qətli deyil ki! Qafqaz ölkəsiyik. Bir də görürsən ki, hansısa belisilahlılar gəlir və psixoloqdan soruşurlar ki, filan adamlarla münaqişələri var. Bildirirlər ki, psixoloqun da rəyini öyrənmək istəyirlər. Belə bir məqamda optimal mövqe tapıb vəziyyətdən çıxmaq çətindir.
Bizim işin bir tərəfi də yaddan çıxarmayın ki, təhlükəli insanlarla da bağlı olur. Mənim yanıma terrorçu da gəlsə, ixtiyarım yoxdur ki, hüquq-mühafizə orqanlarına məlumat verim. Bu, peşə konfidensiallığıdır. Çalışmaq lazımdır ki, həm o potensial cinayətkarı cinayətdən uzaqlaşdıraq, həm də öz başımız ağrımasın. Bütün psixoloqlar belə məqamlarla rastlaşır.
Bir insanı həyata bağlayan çox səbəb varsa, onun intiharından danışmaq yersizdir. Dəyanətdə bu səbəblər çox idi. Görün bizdə nə deyirlər? “Ay Dəyanət əvvəldən belə idi, ay elə idi”.
Mən Dəyanəti 2007-ci ildən tanımışam. Dəyanət o zaman da danışırdı, şikayətlənirdi, etiraz edirdi. Amma bu, onun temperamentindən irəli gəlirdi. Buna görə, durub onun əvvəl də özünü öldürmək istəməsini demək yersizdir..
Əllərində Dəyanətin dediklərini bayraq ediblər və bu qənaətə gəlirlər ki, Dəyanət əvvəllər də intihara meylli idi. Bu, çox gülünc, absurd, qeyri-peşəkar yanaşmadır. Dəyanət bilirsiniz nə qədər adama çörək verirdi?! Sonra hamısı bir nəfər kimi Dəyanətə düşmən kəsildi, üzünə durdular. Çünki, hamısı saxtakar idi. Dəyanətin də onların saxtakarlıqlarından xəbəri var idi. Onlar Dəyanətin yanında gözü kölgəli idilər. İndi azadlığa çıxa bilərlər, artıq Dəyanət yoxdur”.
E. Əkbər qeyd edib ki, psixoloqlar, psixoterapevtlər özləri hər il neçə dəfə şəxsi terapiyalarını keçirdir.
“Düzdür, psixoloq da insandır, onun da problemləri var. Amma bizdə bir qayda var ki, hər il şəxsi terapiyamızı keçiririk. Özü də bu, vacib qaydalardan biridir. İndi Dəyanət bunları bilmirdimi?!
Ola bilərmi ki, Dəyanət bu testlərdən keçməsin?! Rəy yaratmağa çalışırlar ki, Dəyanət həqiqətən də intihar edib. Hələ bəziləri də durub deyir ki, intihar edənlərə cənnətdə yer yoxdur. Ayıb olsun! Dəyanət sağlığında çox savab işlər görüb. Düzdür, yanında xəstə mənəviyyatlı, zəhərli insanlar olub”.
NUH.az
Oxşar xəbərlər
- Rektorun sifarişi ilə qətl işi Ali Məhkəmədə - QƏRAR VERİLDİ
4 dekabr 2025 21:43
- Mikayıl İsmayılovun keçmiş gəlini cənab Fuad Ələsgərovdan KÖMƏK İSTƏYİR
4 dekabr 2025 12:56
- Elmira Axundovanın yaxın adamının ölkədən çıxışına STOP qoyulub – MƏHKƏMƏ İŞİ
3 dekabr 2025 20:38
- Ramiz Mehdiyevin qardaşı oğlu ilə bağlı ŞOK DETALLAR
1 dekabr 2025 11:47
- Ağsuda torpaq saxtakarlığı
29 noyabr 2025 11:13
- Videodakı mənim qızım deyil - Deputat Günay Ağamalı
26 noyabr 2025 20:45
- Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: Bənd-Bənd
21 noyabr 2025 01:09
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 2025 19:51
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 2025 17:20
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 2025 12:31
Xəbər lenti
- Pensiyalar bu tarixdə veriləcək
08 dekabr 01:13
- İmişlidə tonlarla xurma ağaclarda çürüyür (VİDEO)
08 dekabr 00:57
- Marketlərdə SAXTA QARA ÇÖRƏK - DİQQƏTLİ OLUN
08 dekabr 00:02
- Atam Ukraynaya arxa çevirə bilər - Trampın oğlu
07 dekabr 23:37
- Rus generalın qızı Avropada kef edir
07 dekabr 21:43
- Rusiyada azərbaycanlı diaspor rəhbəri Teyyub Hüseynov nə üçün SAXLANILDI ?
07 dekabr 20:36
- -Mehdiyev işi- böyüyür: AMEA rəhbərliyi də siyahıda...
07 dekabr 19:27
- Bahalı beynəlxalq tədbirlərin keçirilməsinə 239 MİLYON, ELMƏ İSƏ...- Qüdrət Həsənquliyev
07 dekabr 19:21
- İsanın doğulduğu şəhərə Milad qayıtdı - Fotolar
07 dekabr 18:44
- Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldı
07 dekabr 18:27
- Şara protokolu kənara qoyub Fidanı qucaqladı
07 dekabr 17:34
- Mingəçevirdə 1 yaşlı körpəsini zirzəmiyə atan qadın saxlanıldı
07 dekabr 17:17
- Prezident devrildi – Hərbçilər hakimiyyəti ələ keçirdilər
07 dekabr 16:18
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
07 dekabr 14:09
- Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdi - Fotolar
07 dekabr 13:35
- Əli Məsimlidən Sərdar Cəlaloğlunun ittihamlarına cavab
07 dekabr 11:41
- 107 yaşlı Azərbaycan Parlamenti - müsəlman dünyasında ilk
07 dekabr 00:35
- Ağdamda Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edildi - Fotolar
06 dekabr 23:47
- Tramp İlham Əliyevə təşəkkür etdi
06 dekabr 21:47
- Antarktidanın ən yüksək zirvəsini fəth edən azərbaycanlı: Dağlara Allahın köməyi ilə gedirəm
06 dekabr 21:33
- ƏBƏLFƏS Qarayevin BİZNES İMPERİYASI : Hotel, balıq, neft... (SİYAHI)
06 dekabr 14:03
- Sabiq millət vəkili yeni həbslərin anonsunu verdi: sırada kimlərdir?
06 dekabr 12:50
- Restoranlarda müştəriləri soymağın yeni üsulu: SERVİS HAQQI
06 dekabr 12:32
- İlham Əliyev Finlandiya Prezidentinə təbrik məktubu göndərdi
06 dekabr 12:17
- EVDƏN İŞLƏMƏK rəsmiləşir: Maaşlar belə hesablanacaq
06 dekabr 03:10
- Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir - Nəriman Nərimanovun oğluna məktubu
06 dekabr 01:02
- Yanğında ölənlərdən ən kiçiyinin 6 yaşı olub... - Fotolar
06 dekabr 00:14
- DƏRİN DÖVLƏT - lə mübarizə aparacağını açıqladı
05 dekabr 21:59
- 1 tondan çox at ətini keyfiyyətli mal əti kimi satışa çıxardılar - Video
05 dekabr 21:07
- 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq (SƏRƏNCAM)
05 dekabr 20:53
Video & Fotoqalereya
Video
Fotoqalereya
