- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
Nazir müavininin adı böyük maliyyə fırıldağında - 16 milyonluq müəmma
MTN-dəki bandanın iş adamlarını, vəzifəli şəxsləri müxtəlif bəhanələrlə saxlamaqla və ya hədə-qorxu gəlməklə, şantaj etməklə külli məbləğdə pulunu, əmlakını aldığına dair coxsaylı faktlar açılır.
Bu zaman hamı MTN-çiləri ittiham etdiyindən, pul verənlərin günahı olub-olmadığı, həmin pulları qanuni yollarla qazanıb-qazanmadıqları diqqətdən kənarda qalır. Bu, yalnız Tağı Əhmədovun verdiyi 3 milyonda yada düşdü. Onda da Tağı müəllim "maaşımı yığdım” – deyib, mövzunu qapatdı.
Azpolitika.info xəbər verir ki, MTN-çilərin əlinə düşən başqa bir vəzifəli şəxslə bağlı məsələnin üstünü isə deyəsən elə istintaqdaca qapıdıblar. Hər halda MTN bandasının 18 milyonluq əməliyyatının "baş qəhrəmanı”nın adı heç yerdə çəkilməyib. Söhbət MTN-çilərin əməliyyatın sonunda 2 milyon aldığı iş adamı Kamal Seyfullayevlə bağlı epizoddan gedir.
Sayt yazır ki, bu haqda geniş məlumat verildiyindən (bax: "MTN ÇETESİ" YAVƏR CAMALOVUN ADAMINI İLİŞDİRİB" başlıqlı yazı –müəl.) məsələni təkrarlamaq istəmir.
2014-cü ilin dekabr ayının 24-27-də Kamal Seyfullayevin şirkətlərinin bank hesablarına 18 milyon pul vəsaiti daxil olur. Kamal Seyfullayev də həmin vəsaitin 12 milyonunu başqa bir hesaba ötürərək, nağdlaşdırır. MTN bundan xəbər tutur və qalan pul nağdlaşdırılmadan Kamal Seyfullayevi qandallayır.
İstintaq materiallarından belə məlum olur ki, iş adamı kimi təqdim olunan Kamal Seyfullayev tikinti-təmir işləri ilə məşğul olub. "Bakı Tikinti” və "Alfa” MMC-nin rəsmi müdiri və faktiki sahibi olmasa da, həmin şirkətlərin fəaliyyətlərinə rəhbərlik edib. Və hansısa dövlət orqanından (və ya orqanlarından) böyük sifarişlər alıb, hesabına tez-tez 10 milyonlarla pul girib-çıxıb. Məhz hesabındakı növbəti milyonlar, daha dəqiqi 18 milyonu nağdlaşdırarkən MTN-in əlinə düşüb, 2 milyon verməklə canını qurtarıb.
Ancaq bu boyda pulun hesabına hardan daxil olduğunu, niyə birdən-birə hamısını nağdlaşdırmaq istədiyini, MTN-çilərin onun fəaliyyətində hansı qanunsuzluğu aşkarladığını isə nə o açıqlayıb, nə də istintaqçılar sorüşub. Bəlkə də soruşublar, amma açıb-ağartmaq məsləhət olmayıb…
Onun özü bu haqda danışmasa da, hesabının olduğu "Texnikabank”ın "Xəzər” filialının müdiri Fərid Məmmədov ifadəsində bunu təsdiqləyib: "Kamal Seyfullayevə məxsus şirkətlərin bank hesablarına bir qayda olaraq külli miqdarda pul vəsaitləri daxil edilirdi. Bank üçün ”VİP” kateqoriyalı müştəri idi…”.
Ancaq Fərid Məmmədov da bu böyük pulların Kamal Seyfullayevin hesabına hardan daxil olduğunu açıqlamayıb: "Pulların haradan gəldiyini bilmirəm, amma Kamal Seyfullayevin 4-5 şirkətinin adlarına köçürüldü.”
Kamal Seyfullayevin hesabına pulların hardan gəldiyi isə 2015-ci ilə kimi MTN-də işləmiş, MTN-də işləyə-işləyə "Texnikabank”ın İdarə Heyətinin sədr müavini olmuş Ayaz Gərayzadənin ifadəsindən məlum olub. Onun dediklərindən aydınılaşıb ki, Seyfullayevin şirkətlərinin adına ayrılan 18 milyon manatdan ilk olaraq 12 milyonu, daha sonra isə 4.2 milyonu naməlum şəxsin adına köçürülüb və nağd şəkildə ona verilib.
Həmin şəxs isə Müdafiə Sənayesi Nazirliyinin səlahiyyətli nümayəndəsi olub: "Kamal Seyfullayevi, Müdafiə Sənayesi Nazirliyinin adını bilmədiyim nümayəndəsini, MTN əməkdaşları və Fərid Məmmədovu gördüm. Bankda bir gün əvvəl keçirilmiş maliyyə əməliyyatları nəticəsində bank tərəfindən alınmış faizlərin məbləği hesablandı. Füzuli Əliyev hər hansı əsas olmadan bank fəaliyyəti üzrə yoxlama apardı. Otaqda məbləğini dəqiq bilmədiyim pul vəsaitindən Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsinə verildi. Qalan və Kamal Seyfullayevə məxsus 1 milyon 800 minə yaxın pul isə götürüldü.”
Gərayzadənin ifadəsindən belə məlum olur ki, 18 milyonun 16,2 milyonu Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsinə, qalan 1,8 milyon isə MTN-çilərə hansısa qanunsuzluğu "görməmək” üçün verilib.
Ancaq 18 milyon pulun Seyfullayevin şirkətlərinin hesabına kimin göstərişi ilə köçürüldüyü, niyə nağdlaşdırıldığı və torbalara yığılaraq hara aparıldığı qaranlıq qalıb.
"AzPolitika”nın əməkdaşı bu istiqamətdə araşdırma apararkən müəyyən ipucları tapmağa nail olub. Belə ki, Kamal Seyfullayevin hesabına daxil olan vəsait Müdafiə Sənayesi Nazirliyinin pulu olub. Seyfullayev özü isə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinin sifarişlərini icra edən etibarlı adamlardan biridir.
Onun kimi iş adamları vasitəsilə nazirliyin təmir-tikinti işlərinə ayrılan pulların böyük hissəsi nağdlaşdırılaraq götürülür. Elə bankdan pulları gəlib Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsinin aparması da bununla əlaqədar olub. MTN də Kamal Seyfullayevin deyil, məhz Müdafiə Sənayesi Nazirliyi rəhbərliyinin nağdlaşdıraraq götürdüyü 18 milyonu "görməmək” üçün öz haqqını alıb.
Məlumata görə, sözügedən nazirlikdə bu işlərin başında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev dayanır. Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun «sağ əli» sayılan Yəhya Musayev, tikinti-təmir işlərindən tutmuş, nazirliyə, tabeliyindəki zavodlara müxtəlif avadanlıqların alınmasına qədər, bütün pullu işlərə nəzarət edir.
Bu zaman başqa qurumlarda olduğu kimi, Müdafiə Sənayesi Nazirliyində də görülən işlərin və alınan avadanlıqların dəyəri dəfələrlə şişirdilir. Bunun üçün də görülən işlər və satınalmalar Yəhya Musayevin etibarlı adamlarının, qohumlarının adlarına yaradılış şirkətlər vasitəsilə həyata keçirilir. Sonra da pulun müəyyən bir hissəsi təyinatı üzrə xərclənir, qalanı isə nağdlaşdırılaraq nazirliyə çatdırılır.
Yəni, dövlətin ölkədə müdafiə sənayesinin inkişafı üçün ayırdığı pullar müxtəlif variantlarla şəxsi ciblərə axır.Bu prosesdə isə Yəhya Musayevin "böyük xidməti”nin olduğu bildirilir.
"Zavodların hesab açdıqları banklar yoxlanılarsa, həmin nağdlaşdırma əməliyyatları görünər. Zavodlar həmin vəsaitləri kobud maliyyə səhvlərinə yol verərək silirlər”,-deyə mənbə bildirib.
Bundan əlavə, nazirliyin rəhbərliyinin göstərişi ilə MSN-in tabeliyində olan bütün zavodların adına böyük məbləğlərdə kreditlər götürüldüyü, həmin kreditlərin də 70-80 faizinin nağdlaşdırılaraq mənimsənildiyinə dair məlumatlar var. "Zavodlar alınmış kreditlərin rüşvət hissəsini silmək məqsədilə guya təmir işlərinin aparıldığı haqda saxta sənədlər hazırlayırlar. Yoxlanılarsa, əksər zavodlarda belə bir təmirin aparılmadığı məlum olar. Həmin vəsaitlər təmir-tikinti adı ilə müxtəlif şirkətlərə ayrılıb, sonra da nağdlaşdırılaraq mənimsənilib”,– deyə mənbə bildirir.
Bütün bu əməliyyatlara isə nazir müavini Yəhya Musayev tərəfindən nəzarət olunduğu bildirilir.
Mənbə MTN-nin "ilişdiyi” 18 milyonluq əməliyyatın da Yəhya Musayevlə bağlı olduğunu, məhz bu səbəbdən məsələnin "böyümədiyini” iddia edir.
Qeyd edək ki, Yəhya Musayev ölkənin "gözəgörünməz” varlı şəxslərindən biri hesab olunur. Onun Azərbaycanda və xaricdə, xüsusən Türkiyədə böyük biznesinin olduğu bildirilir.
Məsələn, qida məhsullarının idxalı və ixracı, tikinti, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, tekstil, logistika və nəqliyyat xidmətləri sahəsində fəaliyyət göstərən "RETEMS GROUP” şirkətlər qrupunun Yəhya Musayevə məxsus olduğu deyilir.
NUH.az
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 2026 11:47
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 2026 21:18
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 2026 14:18
- Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini Heydər Əliyev xilas etdi
10 may 2026 14:20
- Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda - Fotolar
10 may 2026 12:53
- QAZ ehtiyatına görə dünyanın ən böyük 10 dövləti –SİYAHI
9 may 2026 15:58
- Nazir bu instituta direktor təyin etdi
8 may 2026 18:41
- AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: Dolabda dollar PAÇKALARI vardı
8 may 2026 14:25
- Sirus Təbrizliyə həsr edilən -Kəramət Mücahidi- adlı kitabın təqdimatı keçirildi
8 may 2026 01:04
- Çin iki sabiq naziri EDAM edəcək
7 may 2026 17:01
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
