Emin Ağalarovun anası prezidentlə münasibətlərindən danışdı - FOTOLAR
Maraqlı1 fevral 2017 17:15
Emin Ağalarovun anası İrina Ağalarova “Time to eat” jurnalının fevral buraxılışının üz qabığının siması olub.
Publika.az xəbərinə görə, İ.Ağalarova jurnala veridyi müsahibəsində özü barədə səmimi açıqlamalar verib. O, xoşbəxt ulduz altında doğulduğunu gizlətməyib, lakin hesab edir ki, öz vəziyyətinlə öyünmək doğru deyil:
“Tale elə gətirib ki, 2 ölkədə - Rusiya və Amerikada yaşamağa məcbur olmuşam. Hər iki ölkədə bizneslə məşğulam. Üstəlik qızım da Amerikada yaşayır. İllərdir belə davam edir, başqa cür mümkün deyil. Gələcəklə bağlı bəzi planlarım var. Məsələn, biznesimi genişləndirmək istərdim. Ümumiyyətlə, xəyallarım tez reallaşır, onu arzulamağa vaxt qalmır. Yəqin ki, mən hansısa uğurlu ulduz altında dünyaya gəmişəm”.
İ.Ağalarova ABŞ-da prezident seçkilərində səsvermədə iştirak etmədiyini bildirib: “Əvvəlcə internetdən qeydiyyatdan keçmək lazım idi, bundan xəbərim olmadığı üçün səs verə bilmədim. Amma səs vermək imkanım olsaydı, şübhəsiz ki, Donald Trampı dəstəkləyərdim. O, çox xarizmatik və qonaqpərvərdir. Bizi “Miss ABŞ” gözəllik müsabiqəsinə dəvət etmişdi. Onunla mehmanxanada tanış olduq, Tramp bizə uşaqlarımız haqqında suallar verirdi. Yəni, adi söhbət deyildi, isti münasibətlər vardı. Emin onunla oturub daim zarafat edirdi, hiss olunurdu ki, Trampa bizimlə münasibət saxlamaq maraqlıdır. Bizə dedilər ki, Tramp adətən 15 dəqiqədən çox oturmur, amma bizimlə bir neçə saata yaxın qaldı, hətta getmək istəmirdi”.
Biznes ledi bildirib ki, xəyalpərəst insan deyil. Realist olduğunu iddia edən Ağalarova həyatdan nə istədiyini yaxşı bildiyini vurğulayıb və ailəsinin onun üçün hər şeydən üstün olduğunu da etiraf edib.
İrina Ağalarova həyat yoldaşı Araz Ağalarovla eyni sinifdə oxuduqlarını söyləyib: “Biz eyni sinifdə oxumuşuq və eyni parta arxasında oturmuşuq. Bax, tanışlığımız belə başlayıb. O, hər zaman mənim çantamı daşıyırdı, qəlbinin xeyirxahlığından rəsmxət tapşırıqlarını mənim əvəzimə də çəkirdi. Zamanla bizim uşaqlıq dostluğumuz daha da böyüdü, amma hisslərimiz məktəbi bitirdikdən sonra ciddiləşdi. Nə qədər qəribə olsa da, onun ilk etirafını xatırlamıram. Biz bir-birimizi uzun illər tanıyırdıq, ona görə də indi qəbul olunan hansısa romantik jestlərə ehtiyac duymadan sadəcə evlənməyə qərar verdik. Bu, sonuncu kursda baş verdi. Yeri gəlmişkən bizim iki toyumuz oldu. Biri Bakıdakı şən tələbə yoldaşlarımızla, digəri isə Moskvada valideynlərimizlə birlikdə oldu. İkinci toyda qonaq çox idi və daha təmtəraqlı keçmişdi”.
İrina zarafatla etiraf edib ki, özü, və həyat yoldaşı evliliklərinin ömürlük olacağını heç vaxt təsəvvür edə bilməyib: “Əvvəllər evlilik haqqında təsəvvürlər tamamilə başqa cür idi. Boşanmaq qəbuledilməz hal idi. Hamı bilirdi ki, nikah həmişəlik birlikdə olmaq deməkdir. Yaxşı və ya pis də olsa, xoşuna gəlsə və ya gəlməsə də, ər və arvad ömrünün sonuna qədər birlikdə olmalı idi. Lakin bütün nikahlarda problem olur. Məncə, nikahı birlikdə olmaq istəyi xilas edir”.
Uğurlu olmağın birinci şərtini isə İrina Ağalarova belə ifadə edib: “Hesab edirəm ki, sadəcə uğurlu olmağı istəmək lazımdır. Uşaqlıqda pedaqoq olmaq istəyirdim, lakin öz ixtisasım üzrə işləməyə başlayanda başa düşdüm ki, bu, mənlik deyil. İki ildən sonra işim mənə darıxdırıcı gəldi. Onda ərim aspiranturaya qəbul oldu, biz də Moskvaya köçməyə qərar verdik”.
Biznes ledi işlərindən də söz açıb: “Ətrafımda hər kəs bizneslə məşğul olandan sonra mən də istədim. Onda rəfiqəmlə gözəllik salonu açmağa qərar verdik. Daha sonra işlər böyüdü, indi Amerikada qızımla birlikdə daşınmaz əmlak alış-satışı ilə məşğul oluruq. Qızımla evlər alır, təmir edir və sonra satırıq. Ərim bəzən məsləhətlər verir, lakin ona “Mən belə istəyirəm” deyirəm. Fikirlərimiz həmişə fərqli olur. Amma iki güclü şəxsiyyət öz aralarında razılığa gələ bilir. Eminlə qızım da öz xarakteri ilə seçilir. Mən onların arasında manevr edirəm, çünki onsuz da nə istədiyimi və nəticənin necə olacağını yaxşı bilirəm. Maraqları heç nəyə görə boğmamaq vacibdir. Axı mən ixtisasca həm də psixoloqam. Əlbəttə ki, onların fikirlərini dinləyirəm, yaxınlarımın hisslərini qoruyuram, amma sonda düzgün və lazım bildiyim kimi edirəm”.
İrina Ağalarova oğlu Eminin hər dəqiqəsinin məşğul olduğunu bildirib: “Oğlum çox məşğul insandır, hər dəqiqəsi planlaşdırılıb, o, özünə aid deyil. Bizə gələn kimi “Bura nə yaxşı sakitlik və rahatdır, heç getmək istəmirəm” deyir ”.
İfaçının anası nəvələrinə olan məhəbbətindən də danışıb:
“Nəvələrimi tez-tez görə bilmirəm, amma onları dəlicəsinə sevirəm. Onları o qədər öpüb bağrıma basıram ki, bizdən gedəndə yanaqları qıpqırmızı olur. Əlbəttə ki, ərköyün olmalarını istəmirəm, lakin tez-tez görməyəndə başqa cür alınmır. Biz həmişə birlikdə nə isə hazırlamağı çox sevirik. Bizə gələn kimi ərzaqları verib öz reseptimə əsasən hər hansı yemək bişirməyimi xahiş edirlər. Qısası, bişirməyənə qədər yatmırlar. Ümumiyyətlə uşaqlarla və ailəmlə birlikdə vaxt keçirmək çox xoşdur. Bu, bizim ideal günümüz olur. Ailə həyatda çox dəyərlidir”.


Oxşar xəbərlər
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
30 yanvar 2026 12:20
- Şahin Bağırova general-polkovnik, üç nəfərə general-mayor rütbəsi verildi
29 yanvar 2026 19:34
Xəbər lenti
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
