- İkinci Qarabağ savaşının qəhrəmanı yaşamaq üçün İŞ TAPA BİLMİR
- Azərbaycanda ət bahalaşdı
- Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik - MÜHÜM AÇIQLAMA
- Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək
- Azərbaycanlıların gözündə dost və düşmən ölkələr: Rusiya düşmən siyahısında lider oldu, dost isə...

Trampın andiçməsinə qatılan azərbaycanlı xanım: "Məni şəxsən dəvət etdi..." - FOTOLAR
Müsahibə2 fevral 2017 14:26

Aytən Mirzoyeva Bakıda anadan olub. 20 ildən çoxdur ki, xaricdə yaşayır. Bu yaxınlarda ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edən Aytən Mirzoyeva Azərbaycan tibb elminin görkəmli xadimlərindən olan Bəşir Quliyevin nəvəsidir. Hazırda Fransanın paytaxtı Parisdə yaşayır. Xanım Mirzəyeva Fransanın tarixi memarlıq şirkətlərindən biri olan "Vasconi Architectes”in vitse-prezidenti vəzifəsində çalışır. Şirkətin rəhbəri onun həyat yoldaşı Tomas Şinkodur.
Dünyada bir çox məşhur layihələrə imza atan Aytən Mirzoyeva AzVision.az-a eksklüziv müsahibəsində Bakı ilə bağlı xatirələrindən və Tramp ailəsi ilə dostluq münasibətlərindən söz açıb:
-Mən Bakıda anadan olmuşam. Şəhərin mərkəzində yerləşən orta məktəbdə təhsil almışam. Orta məktəbi bitirdikdən sonra ABŞ-a köçüb, Texasda Universitetə daxil olaraq İdarəetmə və Beynəlxalq İqtisadiyyat fakültəsini bitirmişəm. Təhsil və professional nailiyyətlər mənim üçün olduqca önəmlidir. Ona görə də mən həmişə təcrübəmi artıra biləcəyim beynəlxalq kurslar, təlimlər, konfranslarda iştirak etmişəm.
- Siz Azərbaycanın tibb sahəsində ən tanınmış simalarından olan Bəşir Quliyevin nəvəsisiniz. Babanızı necə xatırlayırsınız?
-Bəşir Quliyev yalnız mənim babam deyildi, o, həm də idealım idi. Mən ona həyat və ailələri xilas edən qəhrəman kimi baxırdım. O, mükəmməl cərrah və təvazökar insan idi. Onun xeyirxahlığı üçün heç bir limit yox idi. Onun tibb sahəsində intellekti həmin dövr üçün unikal idi, lakin incəsənətə, musiqiyə və poeziyaya olan ehtirası Azərbaycan aristokratiyasının ən bariz nümunələrindəndir.
- Bildiyimiz kimi, uzun müddətdir Fransada yaşayırsınız. Necə oldu ki, Fransaya köçdünüz?
-Mən üç ildir ki, Parisdə yaşayıram. Uzun illər Amerika Birləşmiş Ştatlarında çoxlu sayda layihələrdə iştirak etmişəm. Evim Nyu-York olub. Üç il əvvəl qərara gəldim ki, bütün diqqətimi şirkətimizin Parisdəki baş ofisinə yönəldim və "Vasconi Architectes”-də tərəfdaşlıq mövqeyi tutdum.
-Parisdə yaşayan azərbaycanlı xanımın vətən haqda düşüncələri nədən ibarətdir? Bu barədə fikirlərinizi bilmək istərdik.
-Azərbaycan mənim ruhum, uşaqlığım və gələcəkdə böyümək üçün böyük potensiala malik möhtəşəm ölkədir. Bakıda tez-tez olmağa çalışıram. Bakıda olmadığım vaxt şəhərim üçün darıxıram.
-Siz həm də "Vasconi Architectes” şirkətinin vitse-prezidentisiniz. Şirkətiniz hansı layihələri reallaşdırır? Azərbaycanda iş qurmaq planınız varmı?
-Mən "Vasconi Architectes” şirkətinin vitse-prezidenti və biznesin inkişafı üzrə bölmənin rəhbəriyəm. Son 15 ildə beynəlxalq investorlar və qlobal müəssisələrlə iş birliyi zamanı əldə etdiyim otelçiliyin inkişafı və idarəetmə təcrübəsini yalnız qonaqpərvərlik deyil, digər böyük sənaye obyektlərinin beynəlxalq yarışlara qatılması üçün hazırladığımız layihələrə tətbiq edirəm. Dünyanın aparıcı lyuks brendləri ilə işləyərək onların uğur əldə etməsi üçün dərin anlayışa malikəm.
"Vasconi Architectes” mənzil qərargahı Parisdə, ofisləri Luksemburq və Honk Konqda olmaqla, kənardan idarə olunan Nyu-York ofisləri ilə mükafatlar qazanmış arxitektura studiyasıdır. 1973-cü ildə Klod Viskonu tərəfindən əsası qoyulan firma baş memar, həyat yoldaşım Tomas Şinkonun uzaqgörən rəhbərliyi ilə əhəmiyyətli dərəcədə böyüyüb.
"Vasconi Architectes” 40 il ərzində genişmiqyaslı şəhər və baş planlar hazırlayıb. Firma ekoloji olaraq təmiz, innovativ texnologiyalar, ekoloji materiallar və enerjiyə qənaət edən konstruksiyaların istifadəsi ilə istifadəçilərin tələblərinə cavab verən yüksək keyfiyyətli layihələri ilə məşhurdur.
Firma bu praktikanı dəbdəbəli ofisdən ultramüasir qonaqpərvərlik dizayn, yüksək keyfiyyətli yaşayış binaları və sənaye obyektləri üçün interyer dizaynı, infrastruktur layihələri, tullantıların emalı qurğuları və tibb müəssisələrinə qədər bütün layihələrində tam mənada tətbiq edir.
Layihələrə bu cür yanaşma nəticəsində "Vasconi Architectes” "Green Building Merit Award”, "FIABCI Prix d’ Excellence Award” və "Grand Prix d’ Architecture Midi-Pyrenees Award” da daxil olmaqla bir neçə beynəlxalq mükafat alıb.
"Vasconi Architectes” bu yaxınlarda Qazaxıstanda "Gələcəyin enerjisi” adlı beynəlxalq sərginin keçiriləcəyi "Astana Expo 2017” sərgi salonun dizaynına görə mükafat qazanıb.
Bizim şirkətimiz, həmçinin Səudiyyə Ərəbistanında Riyad Beynəlxalq Konvensiya və Sərgi salonunu layihələşdirib, "Vasconi Architectes” Honkonqda dünyanın ən böyük tullantılarının emalı qurğularını istifadəyə verib.
Lüksemburqda biz əvvəlki adı "Dexia Bank” olan "Royal Bank of Canada” üçün mənzil qərargahı tikmişik. Bundan əlavə Parisdə prestijli "MELIA Paris La Defense” otelini ucaltmışıq. Bu bina özündə həcm və işığı xarakterizə edən şüşə prizmaya bənzəyir. Möhtəşəm oteldə 369 otaq və lüks nömrə, şüşə lift, şəhərə panorama görüntüsü ilə sky-bar var. "Vasconi Architectes” özündə arxitektura sahəsində qabaqcıl tarixi təcrübə ilə innovasiya, davamlılıq və inkişafı cəmləşdirən modern dizaynı özündə birləşdirən aparıcı dizayn firmasıdır.
Azərbaycanla bağlı layihələrə gəldikdə isə, biz Gürcüstanda Azərbaycanın layihələri ilə məşğuluq və orada üç kompleks üçün baş plan hazırlamağı planlaşdırırıq.
- Azərbaycanı xaricdə necə təmsil edirsiniz? Bu istiqamətdə hansı işləri görürsünüz?
- Azərbaycan adını daşımaq və dünyaca məşhur firmada işləmək, özünü fəxrlə Azərbaycan xanımı kimi təqdim etmək beynəlxalq aləm üçün böyük bir çağırışdır. Faktiki olaraq bunun özü tanıtımdır. Kimsə məndən keçmişimi soruşanda fəxrlə deyirəm ki, Azərbaycanlıyam.
- Sizin uğur sirriniz nədir? Qadınlar asanlıqla uğur qazana bilərmi?
- Hər bir şəxs ruhdan düşməyənə və xəyalların dalınca gedənə qədər uğur qazana bilər. Azərbaycan müxtəlif istedadların çox olduğu unikal ölkədir. Azərbaycanda dünyaya gəldiyim üçün və qanımda Azərbaycan qanı olduğuna görə xoşbəxtəm.
- Ailəniz haqqında soruşmaq istəyirdik. Necə oldu ki, xarici ölkə vətəndaşı ilə evləndiniz? Güclü ailə münasibətləri qurmaq üçün nə etmək lazımdır?
-Bizim uzun müddət davam edən dostluğumuz müxtəlif mədəniyyət ənənələri ilə möhkəm birlik yaradıb. Mənim həyat yoldaşım Fransada təhsil alan əsl avropalıdır. O, əslən Avstriyadan olan almandır. O, həmçinin gözəl memar, istedadlı rəssamdır. Mən isə Birləşmiş Ştatlarda təhsil alan Azərbaycanlı sahibkar xanımam. Bu kombinasiya tamamilə unikaldır və bizim bir-birimizi dəstəkləməyimiz üçün kifayət qədər güclüdür. Biz həm biznesdə, həm də ailə daxilində səylə çalışırıq. Missiyamız ailə dəyərlərimizi qorumaq və təcrübəmizi bütün dünya ilə bölüşməkdir. Sağlam ailə qarşılıqlı anlayış və tərəflərin bir-birilərinin hisslərinə hörmətdən asılıdır. Fikrimcə, ailədə kiminsə üstünlüyə malik olması anlayışı yoxdur. Düşünürəm ki, ər və arvadın bərabər hüquqları olmalıdır.
- Həyat yoldaşınızın Azərbaycan haqda düşüncələri necədir?
-Mənim həyat yoldaşım Azərbaycanı sevir. O, 17 il əvvəl ilk dəfə Azərbaycana gəlib. O, hər dəfə Azərbaycana gələndə ölkəmizin gözəlliyi və baş verən dəyişikliklərə heyrətlənir. Azərbaycan bir neçə dünya səviyyəli tədbirlərə ev sahibliyi etmək, infrastrukturu dəyişmək və ölkəni dünyada tanıtmaq da daxil olmaqla, adını dünya bazarlarına çıxarmaq üçün hər şey edib. Memar olaraq onun bütün innovativ dəyişikliklərə dair öz baxışı və qiymətləndirməsi var.
- Məlumata görə siz Trampın inauqurasiya mərasimində iştirak etmisinz . Həmçinin sizin Tramp ailəsi ilə dostluq münasibətlərinizin olduğu bildirilir. Bizm üçün maraqlıdır, sizi inauqurasiya mərasiminə kim dəvət etmişdi?
- Doğrudur, mən Amerika Birləşmiş Ştatlarının tarixi anının bir hissəsi olması şərəfinə layiq görüldüm. Bu mərasimdə iştirak etmək üçün məni şəxsən dəvət etmişdilər. Mən yalnız ağıllı deyil, həmçinin dürüst dost olan İvanka Trampı sevirəm. O, bizim gənc nəsil üçün gözəl nümunədir. Mən lovğalıq etməyən, güclü şəxsiyyətə malik inanları yüksək qiymətləndirirəm. Bizim dostluğumuz Nyu-Yorkdan başlayır. Biz onunla oxşar layhələrdə iştirak etmişik.
- Azərbaycanda dostlarınız varmı?
- Mən status və mövqeyinə görə insanlarla dostluq etmirəm. Azərbaycan (mənim sinif yoldaşlarım, xaricdə yaşayan azərbaycanlı dostlar) da daxil olmaqla mənim bütün dünyada dostlarım var. Dostlarımı onların statusuna görə seçmirəm. Təbii ki, müxtəlif tədbirlər, təntənəli yığıncaqlar zamanı müxtəlif məşhur və tanınmış insanlarla görüşürəm.
- Uğur qazanmaq üçün gənclərə nə məsləhət görərdiniz?
-Heç vaxt ruhdan düşməmək, səylə çalışmaq və başqalarına hörmət etmək.
NUH.az

Oxşar xəbərlər
- Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...- FOTOLAR
6 sentyabr 2025 14:37
- Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
6 sentyabr 2025 01:01
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
6 sentyabr 2025 00:26
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
5 sentyabr 2025 17:09
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
5 sentyabr 2025 10:54
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
5 sentyabr 2025 01:00
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
4 sentyabr 2025 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
4 sentyabr 2025 10:39
- Prezidentin Çinə səfəri başa çatdı
3 sentyabr 2025 23:10
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
Xəbər lenti
- İkinci Qarabağ savaşının qəhrəmanı yaşamaq üçün İŞ TAPA BİLMİR
07 sentyabr 14:11
- Azərbaycanda ət bahalaşdı
07 sentyabr 12:34
- Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik - MÜHÜM AÇIQLAMA
07 sentyabr 11:28
- Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək
07 sentyabr 11:17
- Azərbaycanlıların gözündə dost və düşmən ölkələr: Rusiya düşmən siyahısında lider oldu, dost isə...
07 sentyabr 01:10
- Bu ölkədə də qadınlar hərbi xidmətə çağırılacaq
07 sentyabr 00:22
- Britaniyanın yeni daxili işlər naziri Şabana Mahmud: İslam mənim inancımdır, həyatımın ən vacib tərəfidir VİDEO
07 sentyabr 00:08
- 1 damcısı 10 yaş gəncləşdirir
06 sentyabr 22:49
- AZAL təyyarəsinin vurulmasında bu generalın rolu olub - sensasion faktlar yayıldı
06 sentyabr 22:36
- 2025-ci ilin ən təsirli - 12 fotosu - ACLIQ ÇƏKƏN UŞAQ
06 sentyabr 22:09
- Nazirliyin adını dəyişdirib Müharibə Nazirliyi qoydu
06 sentyabr 21:51
- İlin sonunadək amnistiya gözlənilir ?
06 sentyabr 14:49
- Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr
06 sentyabr 14:42
- Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...- FOTOLAR
06 sentyabr 14:37
- Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
06 sentyabr 01:01
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
06 sentyabr 00:26
- DÇ-2026: Azərbaycan millisi 4 : 0 uduzur (YENİLƏNİR)
06 sentyabr 00:21
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
Video & Fotoqalereya
Video
Fotoqalereya