Əli Abbasov: “Eldar Mahmudovdan qorxurdum”- HƏR AY ONA PUL VERİRDİM
MTN generallarının işi üzrə istintaqda keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov dindirilərkən açıq şəkildə deyib ki, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovdan qorxurdu.Ona görə də E. Mahmudov nə desə, onu eləyirdi. Dediyinə görə, özlərinə əlavə problem yaratmamaq üçün E. Mahmudovun tələb etdiyi qaydada MTN-ə hər ay 150 min manat pul göndərirdi. “Eldar Mahmudovun mənim və rəhbərlik etdiyim nazirliyin fəaliyyəti ilə əlaqədar süni şəkildə nöqsanlar yaradıb ölkə rəhbərliyinə məruzə edəcəyindən, hansısa xırda nöqsanı ictimailəşdirməklə, nüfuzuma xələl gətirəcəyindən ehtiyatlanırdım. Ona görə də Eldar Mahmudovla prinsip, qarşıdurma yaratmamaq üçün hər ay MTN-ə müəyyən məbləğdə pul verməsi haqda rəhbərlik etdiyim nazirliyin Aparat rəhbəri Vidadi Zeynalova göstəriş vermişdim”, – Əli Abbasovun istintaqa ifadəsindəndi.
“Mahmudov ölkə rəhbərliyinə belə məlumat vermişdi”
Keçmiş nazirin sözlərinə görə, Eldar Mahmudov, hətta Rabitə və Yüksək Texnologiyalar nazirliyindəki təyinatlara da qoşulub. “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin rəhbəri Nəriman Salmanovu vəzifədən çıxartdırıb, onun yerinə öz yaxın qohumu olan Beytulla Hüseynovu təyin elətdirib. Ə. Abbasov deyir ki, Eldar Mahmudov ölkə rəhbərliyinə N. Salmanovun müxalifət liderlərindən biriylə yaxın olması haqda məlumat çatdırıb:
“Mən 2004-cü ildə nazir təyin olunandan sonra “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Nəriman Salmanovu təyin etmişdim. Bu təyinatdan sonra Eldar Mahmudov mənimlə görüşlərində bir neçə dəfə N. Salmanovun o vəzifəyə təyinatından narazılığını bildirmişdi. Deyirdi ki, həmin adam onların əməliyyat təminatına müəyyən çətinliklər yaradır. Sonradan bildim ki, E. Mahmudov ölkə rəhbərliyinə N. Salmanovun guya, hansısa müxalifət liderləri ilə yaxın əlaqələrinin olması haqda məlumat çatdırıb. Mən də məcbur olub, 2005-ci ildə N. Salmanovun vəzifədən azad edilməsi barədə əmr imzaladım. Ardınca da E. Mahmudovun xahişi və təkidi ilə Beytulla Hüseynovu həmin vəzifəyə təyin etdim. Bundan da təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla, elə onun özünə məxsus “Kristal Plazada”dakı restoranda görüşüb birlikdə yemək yedik.
Amma işlədiyi müddətdə Beytulla Hüseynovun xidməti otağında 34 ədəd telefon yuvasının olmasını bilməmişəm. Həmin yuvalarının bir qisminin zəruri telefon əlaqələri üçün, qalan hissəsinin isə hansı məqsədlə istifadə olunması barədə heç bir məlumatım olmayıb”.
Mahmudovun qohumlarının vəzifəyə təyinatı bununla bitməyib. Əli Abbasov bir müddət sonra E. Mahmudovun əmisi oğlu Mahmud Mahmudovu “Azərpoçt” MMC-nin tərkibində olan Mərkəzi xüsusi rabitə idarəsinin direktoru təyin edib.
“Nazir mənə məktub göstərdi, dedim ki, yalandı”
Müxalifət lideriylə əlaqədə suçlanıb, vəzifəsindən azad edilən Nəriman Salmanov sonradan Yasamal Telefon Qovşağının rəisi təyin olunub. 2010-cu ildən isə Sabunçu rayonunda eyni vəzifədə işləyir. Prokurorluqda onun özünü də dindiriblər. Deyib ki, o, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru olanda Beytulla Hüseynov Xətai Telefon Qovşağının rəisi idi. O zaman B. Hüseynovun özünün xahişi, nazir Əli Abbasovun da razılığı ilə onu Yasamal rayonunun Telefon Qovşağının rəisi təyin edib. E. Mahmudov nazir təyin olunandan az sonra xüsusi əməliyyatla Sabunçu Telefon Qovşağının Adəm adlı rəisini həbs elətdirib. O adam da əvvəllər “Bakı Telefon Rabitəsi” İB-nin rəisi olub:
“Adəm o vəzifədə işlədiyi dövrdə Eldar Mahmudovla intriqaları vardı. Adəmin həbsi ərəfəsində Beytulla Hüseynovla görüşdə bildim ki, o, Eldar Mahmudovla qohumdu. 2004-cü ilin sentyabr ayının əvvəllərində nazir Əli Abbasov məni otağına çağırdı. Dedi ki, müxalifətçi olmağım barədə MTN-dən məktub daxil olub. Məktubu da uzaqdan göstərib işdən azad edilməyimə dair ərizə yazmağı tələb etdi. Ə. Abbasova bu məlumatın yalan olduğunu bildirdim, araşdırmağa vaxt verməyi xahiş etdim. Amma 15-20 gün sonra nazir yenə məni çağırıb dedi ki, artıq bacara bilmir, çıxılmaz vəziyyətdədir. Onu da məcbur edirlər. Ona görə də vəzifədən azad olunmağım haqda ərizə yazdım. Yeddi aya yaxın sərəncamda qaldım. 2015-ci ilin aprelində E. Mahmudovun xahişi ilə mənim yerimə Beytulla Hüseynov təyin olundu. Ondan bir neçə gün sonra isə məni Yasamal Telefon Qovşağına göndərdilər. 2005-ci ildən sonra Beytulla Hüseynovla münasibətlərimiz soyuq olub”.
Nəriman Salmanov onu da bildirib ki, “Bakı Telefon Rabitəsi” İB-nin rəhbəri olduğu dövrdə otağında təxminən 4 ədəd telefon xəttindən yararlanıb. Beytulla Hüseynov istintaqa ifadəsində deyib ki, o otaqdakı 34 xətt əvvəlki rəhbərliyin dövründən qalıb. Salmanov isə onun yalan danışdığını söyləyir: “Həmin telefon xətlərini sonradan Beytulla Hüseynov çəkdirib”. /gununsesi.info/
NUH.az
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
4 fevral 2026 11:04
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
