"Qayınatamın azad edilməsi üçün MTN zabitinə 1 milyon dollar verdim"
Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi iclasda Vüsal Ələkbərov həbs qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra iclasda zərərçəkmiş Nizami Kazımovun qudası Tahir Əbdülqasımov ifadə verib. O bildirib ki, Nizami Kazımov həbs olunan zaman Azərbaycandan kənarda olub: "Azərbaycana qayıdandan sonra eşitdim ki, Nizamini həbs ediblər. Bildirdilər ki, banka pul qoyub, buna görə də həbs ediblər. Buna inanmadım, fikirləşdim ki, adamı banka pul qoyduğu üçün həbs edərlər? Fikirləşdim ki, burada başqa iş var. Onunla məhkəmədə görüşdük, dedi ki, banka pul qoyduğu üçün həbs ediblər. Nizaminin dilindən eşidəndən sonra deyilənlərin düzgün olduğunu bildim. Nizami dedi ki, həbsdən azad edilməsi üçün 2 milyon dollar istəyirlər, həm də bankda pulu batıb".
Şahid qeyd edib ki, Vüsal Ələkbərova ilkin olaraq 1 milyon dollar verilib: "Pulu MTN-nin binasının yanına aparanda 4 nəfər idik. Oradan telefonla dedilər ki, pulu bir nəfər gətirsin, oğlum Samir də çantada olan pulu apardı. Həmin vaxt Vüsal Ələkbərovu uzaqdan görmüşəm. Sonra Nizami azadlığa çıxdı. Vüsal Ələkbərov qalan pulu da verməyi tələb etdi".
Daha sonra sualları cavablandıran Tahir Əbdülqasımov bildirib ki, Vüsal Ələkbərovun qanunsuz hərəkətləri ilə bağlı həmin zaman müvafiq qurumlara müraciət etməyiblər.
Şahid qeyd edib ki, Nizami Kazımovun həbsdən azad edilməsi üçün 2 milyon dollar verilmədiyi halda, onun 15 ilə qədər azadlıqdan məhrum ediləcəyi ilə hədələyiblər.
Sonra Nizami Kazımovun kürəkəni Samir Nadirli ifadə verib. O, ifadəsində "Texnikabank"a qoyulan depozit puldan, sonra Nizami Kazımovun həbs edilməsindən danışıb. Onun sözlərinə görə, Vüsal Ələkbərov ondan qayınatasının üzünə durmağı tələb edib: "Bu işlə bağlı mənim ərizəmi aldılar, amma məni dindirmədilər".
Samir Nadirli daha sonra Nizami Kazımovun həbsdən azad edilməsi üçün 1 milyon dolların toplanmasından danışıb, həmin vəsaiti Vüsal Ələkbərova MTN-nin binasının arxa tərəfində verdiyini təsdiqləyib.
Proses fevralın 9-da davam edəcək.
Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrinə əsasən ittiham edilir.
NUH.az
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
