Baş Prokurorluqda kollegiya iclası keçirilib

Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2016-cı ildə “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Baş Prokurorluğunun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, ölkədə həyata keçirilən islahatlar nəticəsində bütün sosial proqramlar uğurla icra edilib, qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı 2 faiz, əhalinin pul gəlirləri 7 faiz, orta əmək haqqı 9 faiz artıb, qəbul edilmiş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaradıb.
Xüsusi vurğulanıb ki, ötən il ölkəmizin hərtərəfli inkişafının parlaq gələcəyinə təminat verən qərarların qəbul edilməsi, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi, ordumuzun aprel döyüşlərində şanlı qələbələri, Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə ev sahibliyi etməsi ilə yadda qalıb.
Bildirilib ki, son dövrlərdə ölkəmizdə həyata keçirilən mütərəqqi, ardıcıl iqtisadi təşəbbüslər, idarəetmə sistemində aparılan köklü dəyişikliklər, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan strateji əhəmiyyətə malik innovativ qərarlar, vətəndaşlara dövlət orqanları tərəfindən yüksək səviyyəli xidmətin göstərilməsi üçün “ASAN xidmət” mərkəzlərinin sayının 11-ə çatdırılması, xidmətin funksiyalarının genişləndirilməsi və digər sosial xarakterli tədbirlər möhkəm təməl üzərində qurulmuş “İnkişafın Azərbaycan modeli”nin bariz göstəricisidir.
Diqqətə çatdırılıb ki, 2016-cı il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olun. Daxili işlər, ədliyyə, məhkəmə və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub. Prokurorluq orqanlarının səyləri prezident İlham Əliyevin göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilib.
Daxili işlər orqanları ilə birgə həyata keçirilmiş qabaqlayıcı tədbirlərin, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarını tənzimləyən normativ aktların düzgün tətbiqi və cəzanın labüdlüyünün təmin edilməsinin nəticəsi kimi respublika ərazisində qeydə alınmış yol nəqliyyat hadisələrinin sayındakı azalma hesabat ilində də davam edib. Belə ki, yol nəqliyyat hadisələri 9,6 %, qəzalarda ölənlərin sayı 15,1 %, yaralananların sayı isə 11,6 % azalıb.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi yüksək peşəkarlıq göstərərək ictimaiyyətin maraq dairəsində olan, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra xüsusilə ağır və ağır cinayətlərin keyfiyyətli istintaqını aparmış və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını təmin edib. Belə ki, qanunsuz fəaliyyət göstərən radikal dini ekstremist qüvvələrin, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri və digər cinayət işlərinin istintaqı tamamlanaraq aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Cinayətkarlığa qarşı mübarizə sahəsində müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılmaqla, bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.
Hesabat dövründə Heydər Əliyevin ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi “28 May-Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 20 may 2016-cı il tarixli qərarın vaxtında icrasını təmin etmək məqsədilə Baş Prokurorluq tərəfindən zəruri işlər görülmüş, qərarın qüvvəyə mindiyi gündən 4 ay müddətində ümumilikdə 10.931 məhkum barəsində amnistiya aktı tətbiq edilib.
Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda korrupsiya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar prokurorluq orqanlarının üzərinə böyük məsuliyyət qoyulub.
Bildirilib ki, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğunun əlaqədar struktur qurumları, bütün tabe prokurorluqlar, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən mütəşəkkil cinayətkarlığın korrupsiya və rüşvətxorluq kimi təhlükəli təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, bu kateqoriyadan olan cinayətlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirilib. Baş İdarə tərəfindən rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və sair faktlar üzrə 313 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib, həmin işlər üzrə vurulmuş maddi ziyandan istintaq dövründə 33 milyon manatın ödənilməsi təmin edilmiş, 78 milyon manat məbləğində əmlakın üzərinə həbs qoyulub.
BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının, eləcə də Avropa Şurası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) korrupsiya əleyhinə Konvensiyasının implementasiyası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları 12 ölkədə antikorrupsiya qanunvericiliyinin vəziyyəti və tətbiqi ilə bağlı keçirilən monitorinqlərdə ekspert qismində iştirak edib və cari ildə daha 4 ölkədə iştirakları nəzərdə tutulub.
Hesabat dövründə ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc hüquqşünasların prokurorluğa qulluğa qəbulu istiqamətində tədbirlərin davam etdirilməsi, sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla işə qəbul edilmiş gənclərin hazırda prokurorluq orqanlarının kadr korpusunun 63 faizini təşkil etməsi və onların vəzifədə irəli çəkilməsi prokurorluqda aparılan kadr islahatının böyük uğuru kimi dəyərləndirilib.
Bildirilib ki, hesabat dövründə dövlət ittihamının müdafiəsi işinin səmərəliliyinin artırılması məqsədilə, bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin olunub, idarə əməkdaşları tərəfindən bir çox aktual və ictimaiyyətin maraq dairəsində olan cinayət işləri üzrə məhkəmələrdə dövlət ittihamı yüksək peşəkarlıqla müdafiə olunub.
Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb. Hesabat dövründə respublikamızın 11 rayonunda keçirilmiş qəbullarda Baş Prokurorluğun rəhbərliyi tərəfindən 325 vətəndaş qəbul edilib. Müşavirədə yerlərdə müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkilində müəyyən çatışmamazlıqların mövcudluğu diqqətə çatdırılmaqla tələb edilibr ki, bu sahə gündəlik nəzarətdə saxlanılmaqla, Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” əmrin qeyd-şərtsiz icrası təmin edilsin.
Hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində kəsərli istintaq-əməliyyat tədbirlərinın görülməsinə baxmayaraq, 6 qəsdən adam öldürmə cinayətlərinin, o cümlədən, Bakı şəhərinin Sabunçu rayonunda 2, Gəncə şəhər, Daşkəsən, Gədəbəy və Bərdə rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara tapşırılıb ki, 2016-cı ildə və əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi təmin edilsin.
Kollegiya iclasında xüsusi vurğulanıb ki, ordu quruculuğu məsələlərinə dövlət səviyyəsində ən yüksək diqqət yetirilməsi, müdafiə sənayesi potensialının yaradılması və bu məsələlərə ayrılan büdcə vəsaitlərinin ilbəil artırılması mübariz Silahlı Qüvvələrin formalaşdırılması ilə nəticələnib. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin müasirləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub, Müdafiə Nazirliyi ilə qarşılıqlı əlaqədə görülmüş işlərin nəticəsi olaraq, bəzi hərbi cinayətlərin, o cümlədən qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik cinayətlərinin sayının əhəmiyyətli dərəcədə azalmasına, hərbi prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin 99,1 faizinin açılmasına, rüşvətxorluq və korrupsiya faktları üzrə cinayət işlərinin yüksək peşəkarlıq səviyyəsində istintaq edilərək təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsinə, erməni təcavüzkarları tərəfindən törədilmiş soyqırımı və digər ağır cinayətlərin araşdırılması istiqamətində məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə nail olunub.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən müvafiq dövlət təsisatları ilə əlaqəli şəkildə 2016-cı ildə cinayətkarlığın bütün təzahürlərinə və qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, fəaliyyət sahələri üzrə işin təkmilləşdirilməsi, müsbət iş göstəricilərinə nail olunmaqla ciddi nizam-intizam yaradılması təmin olunub. Şəffaf prosedurlar əsasında müsabiqə yolu ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarına növbəti qəbulun müvəffəqiyyətlə həyata keçirilməsi, əməkdaşların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər aparılan islahatların uğurlu nəticələri kimi dəyərləndirilib.
Baş prokurorun müavini-Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavini Namiq Əsgərov, Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Gəncə şəhər prokuroru Fazil Həsənəliyev və Füzuli rayon prokuroru Ramazan Hadıyevin çıxışlarında 2016-cı il ərzində cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülüb.
NUH.az
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
3 iyul 2025 23:58
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
1 iyul 2025 10:48
- Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
25 iyun 2025 22:04
- Orxan İsmayılzadə atalıq testindən qaçır, aliment ödəmir – sabah məhkəmə var
25 iyun 2025 03:08
- Şantaja görə həbs edilən sayt rəhbəri və baş redaktora hökm oxundu
21 iyun 2025 12:27
- Ölkəyə səs salan QƏTLLƏR
20 iyun 2025 00:23
- Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə Xankəndidə şəhid övladları üçün -Zəfər Sədası- intellektual düşərgəsi keçirilib
10 iyun 2025 12:32
- Tetçerin Elçibəylə danışıqlardan narazı qalması uydurmadır –SOCAR-ın sabiq prezidenti Sabit Bağırov /MÜSAHİBƏ
7 iyun 2025 01:43
- Litva və Belarusun birləşdirilməsinin faciəli sonu - xalqların -dostluğu- qırğınla bitib
6 iyun 2025 00:17
- Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başladı
3 iyun 2025 11:23
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16