Prezident konfransı tərk edəndən sonra nə baş verib? - NAZİRİN BÖYÜK ETİRAFININ SİRRİ AÇILDI
Maraqlı5 fevral 2017 16:30
Yanvarın 30-da Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans bir-sıra maraqlı məqamları ilə yadda qalıb. Xüsusən də onun, əgər belə demək mümkünsə, ikinci hissəsi…
Qeyd edək ki, iş adamlarının, sahibkarların da iştirak etdiyi konfransda nazirlərin çıxışından sonra Prezident İlham Əliyev yekun nitqi söyləyərək, toplantını tərk edib. Bundan sonra konfrans iqtisadiyyat naziri Şahin Müstafayev, vergilər naziri Fazil Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə davam etdirilib. Prezidentin göstərişi ilə onlar sahibkarların problemlərini dinləyiblər.
Həmişə əvvəlcədən hazırlanmış mətnlərlə çıxış edən sahibkarların inkişafdan, qayğıdan danışmasına, ən uzağı ümumi problemləri qabartmasına öyrənən nazirlər, konfransın ikinci hissəsini də mətbuatın iştirakı ilə davam etdirərək, zaldakı iş adamlarına çıxış imkanı yaradıblar. Bir növ konfransı demokratik ab-havada keçirdiklərini nümayiş etdirmək üçün zala mikrofon paylayıblar. Hər kəsə çıxış etmək, sual vermək imkanı yaradıblar. Ancaq "AzPolitika.info”ya daxil olan məlumata görə, qarşılaşdıqları mənzərə bunu çox davam etdirməyə imkan verməyib.
Belə ki, Prezidentin yekun nitqində söylədiyi fikirlərdən cəsarətlənən iş adamları nazirləri çox çətin suallar qarşısında qoyub, çaş-baş vəziyyətə salıblar…

Qeyd edək ki, konfransdakı yekun çıxışında ölkə prezidenti İlham Əliyev məmurlara xəbərdarlıq edərək, korrupsiya və rüşvətxorluq hallarına son qoymağı, insanların qayğılarına diqqətlə yanaşmağı, kobudluğa, yekəxanalığa yol verməməyi tapşırıb: "Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır… Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim…”.
Məhz Prezidentin bu çıxışından çəsarətlənən və ölkədə yaranmış bahranla bağlı ciddi çətinliklərlə üzləşən iş adamları konfransın ikinci hissəsində sözün həqiqi mənasında "od püskürüblər”.
Mikrofonu götürüb çıxış edən sahibkarların demək olar ki, hamısı dövlət qurumlarına, əsasən də vergi və gömrük orqanlarına qarşı ciddi iradlar səsləndiriblər. Vergi orqanlarında, gömrükdəki neqativ hallarla bağlı konkret faktlar ortaya qoyaraq, nazirdən və komitə sədrindən cavab istəyiblər.

Məsələn, sahibkarlardan biri vergi orqanlarının ondan 1 milyon pul tələb etdiyini söyləyərək, nazir Fazil Məmmədovdan bunun əsaslandırmasını istəyib. Nazir deyib ki, belə bir şey olmamalıdır. Digərləri gömrüklə bağlı konkret məsələlər ortaya qoyublar (Bizə verilən məlumata görə GK sədri Aydın Əliyev konfransı digər həmkarlarından tez tərk edib-red.).
Belə bir mənzərə ilə qarşılaşacaqlarını gözləməyən nazirlər, komitə sədri iş adamlarının çıxışları, sualları qarşısında çıxılmaz vəziyyətə düşüblər. Verilən suallara cavab verməkdə çətinlik çəkiblər.
Vergilər naziri Fazil Məmmədovun neçə gün mətbuatın müzakirə predmeti olan məşhur açıqlamasını da məhz iş adamlarının çıxışları, sualları qarşısında çətin vəziyyətə düşərək, qeyri-ixtiyari olaraq verdiyi bildirilir.
Xatırladaq ki, nazir tezliklə "artıq vergi ödəmələrinin” ləğv oluna biləcəyini bəyan edib. "Cənab Prezidentin verdiyi qanunvericilik aktlarına və mənə verdiyi şifahi göstərişlərə əsasən artıq ödəmələr sistemi tezliklə ləğv olunacaq. Amma qanunvericilikdə nəzərdə tutulanlar istisna olmaqla”, - deyə F. Məmmədov ölkə ictimaiyyətini bu etirafı ilə şoka salmışdı.
Ancaq nə onun qanunsuz "haqq” yığımının etirafına dair bu çıxışı, nə də Aydın Əliyevin vəziyyəti düzəldəcəklərinə, şəxsən nəzarətə götürəcəyinə dair fikirləri sahibkarları sakitləşdirməyib. Çıxış üçün ayağa duranlar konkret faktlar ortaya qoymaqla, onlardan problemlərin həlli üçün hansı adımlar atılacağına dair cavab istəyiblər.
Vəziyyətin belə hal alması nazirləri konfransda yaratdıqları demokratik ab-havaya son qoymağa məcbur edib. Əvvvəlcə media təmsilçilərini konfrans zalından çıxarıblar. Sonra isə zala çıxışlar üçün paylanılmış mikrofonlar yığılıb. Bundan sonra konfrans qapalı şəkildə davam etdirilib. Və çox güman ki, ənənəvi qaydada…/AzPolitika.info/
NUH.az
Oxşar xəbərlər
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 2025 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 2025 16:06
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 2025 00:06
- O da azadlığa çıxdı
13 dekabr 2025 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 2025 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 2025 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
Xəbər lenti
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
Video & Fotoqalereya
Video
Fotoqalereya
