- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
Dövlət xidmətinin rəisi “Kubanskaya semeçka”nı niyə müdafiə edir?
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri(AİİB) Eyyub Hüseynovun Azərbaycanda yağ adına zəhər satılması ilə bağlı açıqlamalarını İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçilarin hüquqlarinin müdafiəsi dövlət xidmətinin rəisi Zahid İsayev deyəsən eşitməyib. Ola bilər ki, eşitmək istəməyib. Belə olmasaydı, bu gün ölkə boyu mağazaların piştaxtalarını bəzəyən, vətəndaşları zəhərləyən “Кубaнская семечка” yağı ilə bağlı əməli tədbir görülərdi.
Ötən ilin dekabrın ortalarında Eyyub Hüseynov mətbuatda ildırım surəti ilə yayılan bir açıqlama yaydı. Dedi ki, “Кубaнская семечка” yağının ekspertizasını keçirib. Eyyub Hüseynovun sözlərinə görə, buna səbəb istehlakçılardan daxil olan telefon zəngləri və AİİB-ə ərizə ilə müraciət etmiş Bakı şəhəri sakini Səidə Məmmədovanın şikayət ərizəsi olub.
Vətəndaşların qaldırdığı məsələyə aydınlıq gətirmək üçün marketlərdə satılan 1 litrlik “Кубaнская семечка” bitki yağının akkreditasiya olunmuş laboratoriyada laborator müayinəsini aparılıb. Məqsəd bu yağların həqiqətən etiketində yazıldığı kimi “qarğıdalı yağı” olub-olmamasını müəyyən etmək olub. Laboratoriya müayinələri bitki yağlarına məxsus yağ turşularının, xüsusən də qarğıdalı yağını xarakterizə edən C16:0 palmitin yağ turşusunun kütlə payının araşdırılmasına yönəlib və məlum olub ki, istehlakçıların narazılığı səbəbsiz deyil. “Кубaнская семечка” bitki yağının qarğıdalı yağı olmadığı müəyyən olunub. Bəs “Кубaнская семечка” markası altında satılan yağ qarğadalı yağı deyilsə, nə yağdır?
Araşdırmalar zamanı bəlli olub ki, “Azad İstehlakçılar” İctimai Birliyinə şikayət edən istehlakçı Səidə Məmmədova İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçilarin hüquqlarinin müdafiəsi dövlət xidmətinin rəisi Zahid İsayevə də müraciət edibmiş.
İstehlakçı xanım hüquqlarını qorumalı olan xidmət rəisinin diqqətinə çatdırıb ki, orqanizmi digər yağlara həssas olduğundan həmişə qarğıdalı yağı işlədir. Növbəti dəfə marketdən Rusiya istehsalı olan “Kubanskaya semeçka” qarğıdalı yağı alıb. Xörək hazırlayarkən həmin yağdan istifadə edib. Bundan sonra isə orqanizmində ciddi fəsadlar meydana çıxıb, başı ağrıyıb, ürəyi bulanıb, qaytarmalar və s. olub. Həkim müdaxiləsindən sonra birtəhər özünə gəlib.
Səbəbini qarğıdalı yağında gördüyündən yağın tərkibinin araşdırılması məqsədi ilə Azad İstehlakçıkar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. Laboratoriya şəraitində yağın tərkibi yoxlanılan zaman bəlli oldu ki, heç də “Kubanskaya semeçka” nın tərkibində qarğıdalı yoxdur. Standartlara cavab vermir. Tərkibin hansı qarışıqlardan ibarət olduğu da bəlli deyil. Bu barədə elektron mətbuatda da materiallar dərc olunub. Tərkibi bəlli olmayan yağların satışı İstehlakçıların hüquqlarını ciddi şəkildə pozduğundan, bu barədə qanunu şəkildə tədbir və ölçü götürmək və nəticəsi barədə bir istehlakçı olaraq ona məlumat verilməsini də Zahid İsayevdən xahiş edib.
İstehlakçının müraciətində göstərdiyi məlumatların yoxlanılması üçün hansı addımların atıldığını və ya atılmadığını öyrənmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçilarin hüquqlarinin müdafiəsi dövlət xidmətinin rəisi Zahid İsayevlə əlaqə saxlamağa cəhd etdik. 498-15-01 telefon nömrəsini yığıb rəislə danışmaq üçün 30 06 daxili nömrəsini yığdıq. Zahid İsayevin köməkçi Vüsalə xanım dedi ki, suallara cavabı İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən. Sorğumuza qısa müddətdə cavab verəcəyini bildirən şöbə əməkdaşı sonrakı zənglərimizi cavabsız buraxdı. Səbəbi haqda yanlız ehtimalar irəli sürmək olar – məsələn düşünmək olar ki, Azərbaycan istehlakçıların hüquqlarını qorumalı olan qurum rəsmiləri öz işlərini görməkdə həvəsli deyil. Halbuki oturduqları geniş, yaxşı isidilən, işıqlı otaqlardakı kreslolar, xidməti maşınlar, köməkçi-katibələr, aybaay büdcədən aldıqları məvacib də məhz istehlakçıların hüquqlarını müdafiə etmələrinə görə bu adamlara verilir. Bu adamlar isə öz işlərini görmürlər, hərəkətsizlik edirlər. Niyə? Maraqları, məqsədləri nədir? /istiqlal.az/
NUH.az
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
2 may 2026 00:12
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
1 may 2026 22:36
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
1 may 2026 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
1 may 2026 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
1 may 2026 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
1 may 2026 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
1 may 2026 13:19
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 2026 22:01
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
02 may 00:12
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
01 may 23:43
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
