Deputat Nəriman Əliyevə vəhy gəlib, yoxsa vergi verilib..?
Bu gün Azərbaycanda onlarla, bəlkə də yüzlərlə insan saxta ali təhsil diplomu ilə Daxili İşlər Nazirliyində, Baş Prokurorluqda, Səhiyyə Nazirliyində və digər dövlət qurumlarında çalışır.
Dəfələrlə bu şəxslərin siyahısını müvafiq qurumlardan əldə etməyə çalışsaq da mümkün olmayıb. Bu siyahını sanki dövlət sirri kimi qoruyurlar.
Ancaq bizdə olan məlumata görə, dövlət qurumları saxta diplom sahibi olan bəzi şəxslərə “öz xahişi ilə ərizə yazıb sakitcə işdən uzaqlaşmağı” məsləhət bilirlər.
Bəs ortada olan cinayət əməli..?
Dövlət büdcəsindən illərlə ödənən əmək haqqı..?
Ən dəhşətlisi odur ki, saxta diplom sahibləri arasında 50 yaşında universitetə daxil olanlar, 60 yaşında alim olanlar da az deyil. Yəni bu şəxslərin saxta universitet qurtarmasını sübut etməyə heç bir ehtiyac yoxdur.
Axı, 18-20, yaxud 25 yaşında, yəni beyninin güclü vaxtında ali məktəbə daxil ola bilməyən gənc necə olur ki, 45, yaxud 50 yaşında universitetə daxil olur..? 55 yaşında diplom alır...
Bəlkə bunlara gecənin birində vergi verilir..? Bəlkə bunlara göydən vəhy gəlir..?
Bu elementar məntiqə sığmır, axı.
Görəsən bu şəxslərin sənədləri mühüm dövlət adamlarının masasının üstünə gedəndə sual verən olmur ki, necə oldu, sən 50 yaşında universitetə daxil oldun..?
Ən dəhşətlisi odur ki, belələri hətta “xalqın səsini qazanıb Milli Məclisə deputat seçilirlər”.
Heç kimə sirr deyil ki, Azərbaycanda yuxarının icazəsi olmadan, nə YAP-çını, nə də hansısa müxalifət partiyasının sədrini Milli Məclisin kandarına buraxmazlar. Kimin xoşuna gəlsə də, gəlməsə də, bu Azərbaycan reallığıdır və mən siyasətdən az-çox başı çıxan adam kimi bunu başa düşməyə və hətta qəbul etməyə çalışıram.
Ancaq niyə, saxta yolla diplom alanlar deputat seçilsin..?
Əlavə problem yaratmağa nə ehtiyac var..? Deputat qoymaqdırsa, elə ali təhsilli birini qoyun və əlavə problem yaranmasın.
Axı, hər seçkidə deputat olacaq şəxslərin siyahısı PA-nın rəhbəri cənab Ramiz Mehdiyevdən tutmuş ölkə başçısı İlham Əliyevədək diqqətlə öyrənilir. Mən bunu da təbii qəbul edərəm. Ancaq niyə ölkə başçısı sual etmir ki, bu şəxsə 50 yaşında peyğəmbərlik verilib..? Ki, 50 yaşında tələbə olub...
50 yaşında vəhy verilənlərdən biri də Milli Məclisin Masallıdan olan üzvü Nəriman Əliyevdir. O, 20 yaşında Bakı Ticarət Texnikumuna, 55 yaşında isə Rostov Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.
Görəsən, 50 yaş ərəfəsində hansı möcüzə baş verib ki, Nəriman müəllim əcnəbi dildə universitet təhsili alıb.
Məlumdur ki, sovet dövründə Ticarət texnikumunu bitirənlər ən yaxşı halda dükanda satıcı işləyər, kooptorqda meyvə-tərəvəz satar, ya da yol qırağındakı pavilyonda çalışardı.
Bax, əsl Azərbaycan möcüzəsi budur: kooptorqdan Milli Məclisə hoppanmaq...
Əslində hörmətli Nəriman müəllimi qınamalı deyil, bütün ölkə bu gündədir.
Yaxşı olar ki, bu rüsvayçılıq barədə ölkəni idarə edənlər düşünsün
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 2026 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 2026 00:13
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 2026 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 2026 22:37
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 2026 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 2026 12:13
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 2026 21:34
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
