- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
Akif Çovdarov: "Əsl rüşvətxorların adını söyləyəcəyəm"
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
Virtualaz.org bildirir ki, bugünkü məhkəmə iclası təqsirləndirilən Akif Çovdarovun məhkəməyə sədrlik edən hakim Həbib Həsənovdan çıxış üçün söz istəməsi ilə başladı. General ötən iclasda müstəntiqin ünvanına söylədiyi ittihamlara aydınlıq gətirdi.
"Mənim sıravi işçilərlə işim yoxdur"
Akif Çovdarov dedi: "Bundan əvvəlki iclasda mən müstəntiq Emil Qəhrəmanovun epizodlardan birinin cinayət işinə daxil etməməsi üçün məndən 100 min manat istəməsini demişdim. Bu söhbət vəkilimin iştirakı ilə olub, amma bir məsələ var. Mənim heç vaxt sıravi əməkdaşlarla işim olmayıb. Təbii ki, idarə rəisi Əhmədovun xəbəri olmasaydı, müstəntiq mənimlə bu barədə danışmazdı. Sadəcə olaraq, istədim ki, bunu biləsiniz.
Onsuz da onların hamısı gəlib burada ifadə verəcəklər. Onlar burada olanda mən hər şeyi açıb deyəcəyəm. Kimin əsl rüşvətxor, korrupsioner olduğunu hamı biləcək".
Akif Çovdarovun müayinəsi üçün vəsatət
Təqsirləndirilən Akif Çovdarovun vəkillərindən biri Sadiq Rəsulov vəsatətlərinin olduğunu bildirdi və onu səsləndirdi. Vəkil qeyd etdi ki, müvəkkilinin kardioloji xəstəlikləri ilə əlaqədar müayinə edilməsinə şəraitin yaradılmasını istəyir.
Belə ki, Kardiologiya İnstitutunun əməkdaşları, bu tibb müəssisəsi dövlətə tabe olduğu üçün, məsələnin müvafiq instansiyalarda həll edilməsindən sonra təcridxanaya həkim göndərə biləcəklərini bildirirlər. Bu səbəbdən də, Akif Çovdarovun vəkilləri "MediClub" özəl tibb müəssisəsi ilə danışıqlar aparıb, müayinə üçün lazım olan vəsaiti də təqsirləndirilənin hesabına ödəyiblər. Lakin təcridxananın rəhbərliyi kənar tibb işçilərinin daxil olması üçün məhkəmənin müvafiq qərarının olmasını tələb edirlər.
Dövlət ittihamçısı təqsirləndirilənin müayinə edilməsinin onun konstitusion hüququ olduğunu dedi və vəsatətin təmin edilməsinə etiraz etmədi.
Müşavirə üçün fasilə elan edərək zaldan ayrılan məhkəmə kollegiyası bir müddətdən sonra qayıdaraq, vəsatətin təmin edilmədiyini bildirdi. Səbəb kimi bu məsələnin məhkəmənin səlahiyyətində olmaması göstərildi.
Təqsirləndirilən Akif Çovdarovun etirazlarını sərt şəkildə cavablandıran hakim Həbib Həsənov generalın icazə alaraq 5 dəqiqəlik zalı tərk etməsinə də imkan yaratmadı.
"Mənə dedilər ki, torpağın yiyəsi yoxdur, istifadəsizdir"
Akif Çovdarovun da təsisçiləri arasında adı hallanan "RAF-2006" MMC-nin Kürdəmirdə balıqçılıq təsərrüfatı yaratması və bununla bağlı torpaq sahəsinin uzunmüddətli icarəyə götürülməsi, "Xatirə" kafesinə gedən yolun bağlanması ilə əlaqədar epizoda məhkəmə baxışı davam etdirildi.
Hadisələrin baş verdiyi dönəmdə (2006-2010-cu illər) Kürdəmir Rayon İcra Hakimiyyətində başçının torpaq məsələləri üzrə müavini vəzifəsində işləmiş Əşrəf Şükürov şahid qismində ifadəsində bildirdi ki, 2006-cı ildə icra başçısına icarəyə torpaq götürülməsi ilə əlaqədar müraciət edilib. Şahid Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin Ərşəli kəndində ayrılacaq 100 hektar ərazinin yüklü olmaması ilə bağlı bildirişindən sonra həmin ərazinin "RAF-2006" MMC-yə 99 illik icarəyə verildiyini qeyd edib. "Mənə bildirildi ki, torpaq üzərində heç kimin mülkiyyət hüququ yoxdur, istifadəsizdir", - şahid deyib.
Zərərçəkənin özü yox, "ağsaqqalı" ifadə verdi
Kürdəmir rayonunun Ərşəli kəndində coğrafiya müəllimi işləyən zərərçəkən Mətləb Rzayev ifadəsində bildirdi ki, həmin dövrdə kənd bələdiyyəsinin sədri olub və qardaşının adına 60 hektar torpağı icarəyə götürüb. 2003-cü ildə 15 il müddətinə icarəyə götürdüyü və əkinlə məşğul olduğu torpaq 2006-cı ildə onun əlindən alınaraq, "RAF-2006" MMC-yə verilib.
Zərərçəkən qeyd etdi ki, İcra Hakimiyyətinə dəvət olunub, burada başçının müavini Əşrəf Şükürov və torpaq komitəsinin şöbə müdiri onu inandırmağa çalışıblar ki, icarəyə götürdüyü torpaq sahəsindən imtina etsin. "Həmin ərazinin əvəzində mənə başqa yerdən 60 hektar sahə verəcəklərini dedilər. Əlimdə bu 60 hektar torpağa aid sərəncam və şəhadətnamə ola-ola, imtina ərizəsi yazmadan, sahəni əlimdən alıb bu şirkətə verdilər", - zərərçəkən bildirib.
Zərərçəkənə verilən ilk sual bu oldu ki, torpaq qardaşının adına olduğu halda, nəyə görə istintaqa qardaşı deyil, o cəlb edilib. "Hamı bilir ki, o uşaqdır, 1975-ci il təvəllüdlüdür, mən onun ağsaqqalıyam. Buna görə də məni çağırıblar", - zərərçəkən çox qeyri-adi cavabı ilə hamını təəccübləndirdi.
İcarə neçə illikdir və torpaq neçə hektardır?
Zərərçəkən Mətləb Rzayevlə şahid Əşrəf Şükürovun çarpaz suallara cavabları da maraqlı oldu. Məlum oldu ki, Mətləb Rzayev 2006-cı ildə əlində olan torpaq sahəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə alsa da, həmin sahə asanlıqla digər şəxsin (burada hüquqi) adına rəsmiləşdirilib.
"Əgər "RAF-2006" MMC torpağı aldığı vaxt dövlət reyestrindən çıxarış alıbsa, deməli, həmin torpaq yüklü olmayıb. Yoxsa eyni əraziyə iki qeydiyyat sənədini necə verə bilərdilər?" - Əşrəf Şükürov məntiqə uyğun cavab verdi. Lakin Mətləb Rzayevin şəhadətnaməsi də məntiqdən xali deyildi və hakimləri maraqlandırdı.
Məlum oldu ki, şəhadətnaməyə görə, icarə 15 illik deyil, cəmi 5 illik olub və 60 hektar torpağa deyil, 48 hektara verilib. Burada vəkillərdə belə bir sual yarandı ki, söhbət eyni, yoxsa müxtəlif torpaq sahələrindən gedir və gedirsə, burada araşdırılan nədir? Məsələyə aydınlıq gətirilmədi.
Akif Çovdarovun dostundan kim pul istəyib?
Məhkəmədə şahid kimi dindirilənlərdən biri də "RAF-2006" MMC-nin direktoru, Akif Çovdarovun uşaqlıq dostu Fəttah Seyidov oldu.
F.Seyidov bildirdi ki, təqaüdə çıxdıqdan sonra Kürdəmir rayonunda kənd təsərrüfatı ilə məşğul olmağa qərar verib. Bu məqsədlə İqtisadi İnkişaf Nazirliyindən götürdüyü kreditin və şəxsi vəsaitinin hesabına Kürdəmirdə balıqçılıq təsərrüfatı və nar bağı, eyni zamanda, Göyçay rayonunda nar bağı salıb.
F.Seyidov zərərçəkmiş Şehman İmanovun ötən iclasda verdiyi ifadənin əsassız olduğunu dedi: "Biz heç kimin yolunu bağlamamışıq və heç belə fikrimiz də olmayıb. Minlərlə nar ağacı şitili əkmişdik, mal-qaranın onları məhv etməməsi üçün tor məftil hasar çəkdik və cəftəli bir qapı qoyduq. İstənilən adam həmin cəftəni açıb içəri girə bilərdi, çünki biz balıq satırıq - alıcıların üzünə qapını bağlaya bilmərik ki?"
Şahid onu da məhkəmənin diqqətinə çatdırdı ki, "Xatirə" yeməkxanası 1993-cü ildən sonra fəaliyyət göstərməyib və onun fəaliyyyəti ilə bağlı heç bir sübut yoxdur.
Bu arada söz alan Akif Çovdarov ifadə verən dostundan soruşdu: "Fəttah, müstəntiqin səndən pul almasından danış. Səndən pul alıblar?" Şahid Fəttah Seyidov suala "Alıblar" cavabını verdi, lakin məsələyə aydınlıq gətirmək istəmədi
Eldar Mahmudov üçün 550 min dollar
Məhkəmədə baxılan yeni epizod zərərçəkən Zaur İbrahimovun iddiası əsasındadır. Z.İbrahimovun sözlərinə görə, 2009-cu ilin avqust-sentyabr aylarında onun rəhbərlik etdiyi "BakTel" MMC-yə bir neçə MTN əməkdaşı gələrək, şirkətin işçilərindən Ruslan adlı birini özləri ilə idarəyə aparıblar. Həmin axşam Ruslan zərərçəkənlə görüşərək, ertəsi gün MTN-ə getmək lazım olduğunu bildirib.
MTN-də Z.İbrahimovu qəbul edən Akif Çovdarov bildirib ki, onun işçilərindən biri "AyTel" şirkətinə 550 min dollar "atıb" və bu pul şirkətin əsl sahibi olan general Eldar Mahmudova çatmalıdır. 550 min dolların hamısını isə həmin vaxt 7 il şərti həbs cəzası almış əməkdaş deyil, Z.İbrahimovun özü ödəməlidir.
Z.İbrahimov qısa müddət ərzində dost-tanışından yığdığı, kassadan götürdüyü və qardaşının sahibi olduğu fermanı sataraq əldə etdiyi vəsaitlərin hesabına 525 min dolları Akif Çovdarova və onun idarələrindən birində işləyən Rəsul Rəsulova verib. Zərərçəkən qeyd etdi ki, ona 25 min dollar "güzəştə getdilər".
Şahid qadın: "MTN əməkdaşları ayaqyoluna getməyimizə icazə vermirdilər"
Epizod üzrə ifadə verən şahid Aygün Orucova həmin vaxt "BakTel" MMC-də ofis meneceri işlədiyini bildirib. Onun sözlərinə görə, günlərin birində 3-4 nəfər MTN əməkdaşı ofislərinə gəlib və Zaur İbrahimovu axtardıqlarını, onsuz heç yana getməyəcəklərini bildiriblər.
"Ofisdə 3-4 nəfər idik və hərəmizə bir MTN əməkdaşı nəzarət edirdi. Kimə zəng etdiyimizlə, nə iş gördüyümüzlə maraqlanırdılar. Hətta iş o yerə çatmışdı ki, ayaqyoluna da getməyə icazə vermirdilər", - A.Orucova deyib
Şahid qeyd etdi ki, yalnız axşam saatlarında MTN-çilər axtardıqları adamı tapdıqlarını deyiblər və çıxıb gediblər.
Rəis müavini Rəsul Rəsulovun "fenomenal yaddaşı"
Məhkəmədə ifadə verən Rəsul Rəsulov yaxın zamanlara qədər MTN-də Akif Çovdarovun rəhbərlik etdiyi idarədə 2-ci şöbənin rəis müavini işlədiyini, indi isə təqaüddə olduğunu bildirib.
R.Rəsulov 2009-cu ildə Akif Çovdarovun göstərişi ilə bir neçə dəfə zərərçəkən Zaur İbrahimovu generalın kabinetinə qədər müşayiət etdiyini deyib, heç bir pul işindən və ümumiyyətlə, söhbətin nədən getdiyindən xəbəri olmadığını deyib. Hakimin sualına cavab verən R.Rəsulov zərərçəkən Z.İbrahimovu xatırladığını bildirib. Məhkəmə kollegiyası üzvünün "Necə olur ki, 8 il əvvəl cəmi bir neçə dəfə gördüyünüz və ancaq kabinetə qədər müşayiət etdiyiniz adamı belə xatırlayırsınız?" sualına şahid "üzləşdirmədə görmüşəm" cavabını verərək, vəziyyətdən çıxmağa çalışdı.
Məhkəmənin növbəti iclası çərşənbə günü, fevralın 8-də keçiriləcək.
NUH.az
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 2026 11:52
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 2026 13:13
- Heydər Əliyevin 103 illiyi Həştərxanda qeyd edildi - FOTOLAR
9 may 2026 23:38
- Xəlil Göyüşov camış əti aşkarlanan RAMİN -NURun adını dəyişdi (FOTO)
8 may 2026 16:05
- Ədliyyə Nazirliyi yanında İctimai şuranın yaradılmasının 1 ili tamam oldu
8 may 2026 13:16
- Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır
8 may 2026 00:44
- Kurbanovlar =klanının= yeni qurbanları: Leyla Medical Center və… — Cinayətkar şəbəkənin ən fəalı haqqında yazdıqlarımızın doğruluğu rəsmən təsdiqləndi
6 may 2026 15:30
- Partlayışda xəsarət alan həkim öldü
5 may 2026 22:37
- Bakıda adına qəsəbə olan MONTİN KİMDİR ?
4 may 2026 00:00
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
