Sabiq deputat Hacıyevi satdı: 50 milyon necə oğurlandı?
İqtisadiyyat7 fevral 2017 14:32

Sabiq deputat, iş adamı, “Globus Plaza”nın sahibi, hazırda həbsdə olan və məhkəmə prosesi davam edən Dünyamin Xəlilov istintaqa ifadəsində yaxın dostu, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin əleyhinə ifadə verib.
Qafqazinfo xəbər verir ki, D.Xəlilov C.Hacıyevin tapşırığı ilə aparılan bütün maliyyə əməliyyatlarının detallarını açıqlayıb. O bildirib ki, sabiq bankirlər 1978-ci ildən tanışdır: “2001-ci ildə Cahangir Hacıyevin təklifi ilə “General Construction” MMC-nin direktoru oldum. Həmin ildə də Beynəlxalq Banka xaricdən vəsait cəlb etmək üçün “Oceanstream İnc” şirkəti yaradıldı və 2003-cü ildən ora nəzarət mənə tapşırıldı. Cahangir Hacıyevin tapşırığı ilə layihələrin çoxunu bu şirkət vasitəsilə reallaşdırırdım. Hansı işlərin görüləcəyi barədə müzakirələrdə və qərarların veriməsində iştirak etmirdim.
Mənə bankın rəhbərliyində təmsil olunan Cahangir Hacıyev, Emil Mustafayev və Akif Əliyev tərəfindən konkret tapşırıqlar verilirdi. 2008-ci ildə Cahangir Hacıyev Rusiyada “Altufyevo” layihəsini həyata keçirilməsi üçün 3 milyon dollar pul lazım olduğunu, vəsaitin mənbəyinin isə “Səbail Mebel” ASC olduğunu dedi. Mənim bildiyimə görə, şirkətlərə külli miqdarda kreditlər yalnız bu 3 şəxsin tapşırığı ilə verilirdi. “Səbail Mebel”ə verilən kreditdən 9 milyon dollar “İnterprokonsaltinq” şirkətinə köçürüldü. Pulun köçürülməsində vasitəçi olan şirkətlər isə “Səbail Mebel”ə armatur göndərməli idilər, amma bu, sadəcə formal idi.
O puldan 6 milyon dollar Albaniya Neftayırma zavodu layihəsinə sərf edildi, qalan 3 milyondan isə xəbərim yoxdur. O pulun hara xərclənməsini “MBA-Moskva” bankının keçmiş müdiri Fuad Abdullayev deyə bilər. 2010-cu ildə “Səbail Mebel”ə verilən kreditləri yeni kreditlər hesabına bağlamaq qərarı verildi. Akif Əliyev mənə zəng edərək bunun üçün fiziki şəxslər göndərmək lazım olduğunu dedi. Mən də “İnter Tekstil” ASC-nin İdarə Heyətinin sədri Şakir Musayevə dedim ki, işçiləri banka göndərsin, onların adna kredit ayrılacaq, bank özü də həmin kreditləri bağlayacaq. “İnter Tekstil”ə nəzarət etmək Cahangir Hacıyev tərəfindən mənə tapşırılmışdı. Mart ayında bu şirkətin adına bank tərəfindən 6 milyon dollar kredit ayrıldı və bu pulla “Səbail Mebel”in krediti bağlandı. “İnter Tekstil”in borcları da yeni yaradılan digər hüquqi şəxslər və fiziki şəxslərə ayrılan kreditlər hesabına ödənildi. İnanılmış və etibarlı şəxslərin adına MMC-lər yaradıldı, həmin şirkətlərə direktorların məlumatı olmadan külli miqdarda kreditlər ayrıldı”.
Qeyd edək ki, ittihama görə, D.Xəlilov bu yolla Beynəlxalq Bank və “Aqrarkredit Bank”a 50 milyon dollar ziyan vurub.
NUH.az
Oxşar xəbərlər
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
4 iyul 2025 09:51
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
3 iyul 2025 13:14
- Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı
2 iyul 2025 22:45
- Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
2 iyul 2025 21:29
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
2 iyul 2025 13:46
- Lukaşenko Polşa və Baltikyanı ölkələri xəritədən silinməklə hədələdi
2 iyul 2025 12:21
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
2 iyul 2025 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
2 iyul 2025 13:52
Xəbər lenti
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
Video & Fotoqalereya
Video
Fotoqalereya