Qaynağımız qeyd edir ki, C.Qurbanov “Albalı massivi”ni çox sevir və vaxtaşırı ailəsi ilə istirahətə gəlir. Ancaq bahalı villanı və maşınları dövlət məmuru kimi maaşı ilə alması inandırıcı görünmür.
QSC rəhbəri son illərdə iqtidarda karyera yüksəlişinə nail olub. Bunun da gerçək səbəbləri var. Lakin deməliyik ki, C.Qurbanov mərhum prezident Heydər Əliyevin dönəmində işindən xaric edilib.
Sən demə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə işdən qovulubmuş. Bu barədə prezident Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli 237 saylı fərmanında deyilir:
“Cavid Qəmbər oğlu Qurbanov (fərman haqqında ətraflı burada) işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin”.
Amma sonradan Cavid Qurbanov öz karyerasını yenə də dövlət strukturlarında yüksək vəzifələrdə davam etdirib. O prezidentin həmin fərmanından sonra da 1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis vəzifələrində çalışıb.
2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olub. Sonra isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.