İcra başçısı Biləsuvarı kimlərə satıb?- Şok siyahı
Biləsuvarda torpaqların məmurlar arasında peşkəş olunması aranı qarışdırıb
Rayon rəhbərliyi ilə yerli camaat arasında gərginlik hökm sürür.
İcra hakimi Mahir Quliyevin özbaşına əməlləri barəsində prezident İlham Əliyevə və Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə biləsuvarlılar adından müraciət hazırlanır. Bu məktub isə PA rəhbəri ilə ölkə başçısının müşavirələrdə icra başçılarına etdiyi xəbərdarlıqdan az sonrakı dövrə təsadüf edir.
Sakinlərin hazırladığı müraciətdə torpaqların konkret olaraq hansı məmurlara baışlandığı və ya satıldığı müfəssək şəkildə açıqlanıb. Bu barədə “Gündəm-Xəbər” qəzetinə yerli sakinlərin verdiyi məlumatda ciddi narazılığın olduğu və qanunsuzluqlara yol verildiyi qeyd olunur. Habelə, rayonda torpaqları əllərindən alınmış camaatın etiraz aksiyası keçirəcəyi də istisna olunmur. Amma buna qədər Biləsuvar sakinləri ölkə rəhbərliyinin onların müraciətinə cavabını gözləyəcək. Çünki rayon sakinləri Biləsuvarda cəbrayıllı köçkünlərin aksiyasının ardınca növbəti qarışıqlıq istəmir. Onlar ümid edirlər ki, prezident səviyyəsində məsələyə müdaxilə olunacaq və Mahir Quliyevin özbaşınalıqlarına son qoyulacaq. Bəs bu qanunsuzluqlar nədən ibarətdir?
Mahmud Quliyev də var?
“Gündəm-Xəbər” qəzetinə verilən məlumatda bildirilir ki, Biləsuvarın icra başçısı Cəlilabad, Cəbrayıl, İmişli və s. regionlarda ayrı-ayrı məmurlara camaatın torpaqlarını satıb. Şübhə doğurmur ki, Mahir Quliyev özünü də düşünüb, hektarlarla ərazi ayırıb. Amma ilk növbədə qonşu rayonlardakı məmurlar pay götürüb. M.Quliyevin bu əməlləri barəsindən xəbər tutan sakinlər dəfələrlə Biləsuvar RİH-nə müraciət edib, xəbərdarlıq şəklində ismarıc göndərib, qanunsuzluğa son qoymağa çağırıb. Di gəl ki icra başçısı heç kəsi saymayıb. Buna görə də vəziyyət mürəkkəbləşib və sakinlər prezidentə yazmaq məcburiyyətində qalıb. Əldə etdiyimiz xəbərlərdə deyilir ki, Cəbrayılın keçmiş başçısı Mahmud Quliyev də zamanında Mahir Quliyevdən xeyir görüb. Ona da hektarlarla torpaq satılıb. Bütün bunlar əndazəni aşıb, İmişlidə, Cəlilabadda məmurların adlarına torpaq sahələri sənədləşdirilib. Bu zaman kənd sakinlərinin hüquqları pozulub. İddialara görə, torpaqları zəbt etmiş məmurlar arasında ayrı-ayrı rayonların prokuror, maliyyə rəisi, idarə müdirləri, icra nümayəndələri, icra başçıları var.
25 min hektar və fərmana zidd
“Gündəm-Xəbər” qəzetinə verilən məlumatda bildirilir ki, Mahir Quliyev 25 min hektara yaxın əkin və otlaq sahələrini biləsuvarlıların əlindən alıb. Prezidentin verdiyi göstərişə əsasən növbəti əkin ili üçün 12000 hektar pambıq, 3000 hektar çuğundur əkilməsi məqsədi ilə boş olan sahələr ayrılıb. Buna baxmayaraq, biləsuvarlıların əkin və heyvandarlıq məqsədi ilə istifadə etdiyi əkin və otlaq sahələri Mahir Quliyev tərəfindən işğal olunub. Bu torpaqlardan 800 hektar sahədə Mahir Quliyev artıq özü üçün taxıl əkdirib. Baş verənlərlə bağlı sakinlərin nəzəri müraciəti mətbuatda tirajlanıb. Amma yeni detallı müraciət hazırlanır ki, mətndə hər şey açıq-aşkar izah olunacaq. Sakinlər güman edir ki, məktubda məmurların adlarını açıqlamaqla problemin daha dərininə varmaq mümkün olacaq. Bildirək ki, prezident İlham Əliyev “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”yə dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Sərəncam torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsini, bu hallar barədə Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsini təmin edir. Azərbaycanda əkinə yararlı iri torpaq sahələrini zəbt edən məmurların siyahısı hazırlanır. Belə məlum olur ki, əksəriyyəti yüksək vəzifəli şəxslər olmaqla, əkin sahələrini ələ keçirib orada dəbdəbəli villalar ucaldan xeyli şəxs var. Hazırda yüzminlərlə hektar əkinə yararlı torpaq faktiki olaraq ya təyinatı üzrə tamamilə istifadəsizdir, ya da orada şəxsi mülklər, imarətlər inşa olunub. Bu torpaq sahələri ilə bağlı məsələyə son vaxtlar ölkə başçısı İlham Əliyevin çıxışlarında da tez-tez toxunulur .
“Sahil”də ofisiantlıqdan “parnik”ədək
“Gündəm-Xəbər” qəzetinə verilən məlumatda bildirilir ki, Mahir Quliyevin karyerası ofisiantlıqdan başlanıb bə biznes işində səriştəli adamdır. Onun Bakıda “Sahil” restoranında işləməsi ictimaiyyətə sirr deyil və bunu təsdiqləyən vikipedik məlumat da var. Üstəgəl, ofisiantlıqdan icra hakimiyyətinə gedən yolda böyük maneələri aşmağa müvəffəq olub. Bu üstünlüyü və ustalığı sayəsində yuxarı dairələrdə özünə dayaqlar qazanıb. Bəzi qüvvələrin gözünə girən və iş qabiliyyəti xoşuna gələn himayəçilər onun vəzifə yüksəlişinə səbəb olublar. Nəticədə günün birində Astaraya, bir müddət sonra Biləsuvara icra hakimi təyin olunub. Yeri gəlmişkən, Mahir Quliyev illərdir ki, bir həqiqəti gizlədir: Biləsuvarın əsas girişində Əliabad, Xırmandalı və Bəydili kəndlərindən keçən yolun bir neçə il əvvəl təmir edilmiş asfalt örtüyü daxil olmaqla, sadaladığımız kəndlərin bir zamanlar fəsadsız asfalt yolları, həmin yolu öz gözəl mənzərəsilə əhatə edən yaşıl ağacları yoxdur. Çünki qeyd etdiyimiz kənd yollarının bərbad olması, avtomobil hərəkəti üçün çox yararsız olması birbaşa icra başçısına sərf edir. Səbəb isə budur ki, Mahir Quliyev Bakı-Astara magistral yolundan keçərkən heç kimin Biləsuvarın əsas girişindən istifadə edərək, rayonun içərisinə doğru keçməsini önləməkdir. Əliabad, Xırmandalı və digər kənd yollarının üzərində bir vaxtlar kəndlilərə məxsus olmuş, sonradan isə, başçı tərəfindən zəbt edilmiş torpaqlarda onun yaratdığı ucsuz-bucaqsız istixanaları görməsini istəmir. Nəticə olaraq, yuxarıda qeyd etdiyimiz səbəblərdən uzun zamandır ki, kənd yollarının bərbad olması icra başçısı üçün çox əlverişlidir. Əgər möhtərəm Prezidentimiz Biləsuvara girişi zamanı əsas girişdən gələrsə, təbii ki, icra başçısının bu kəndlərdə yerləşən gizli biznesi ölkə başçısının diqqətindən yayınmayacaq.
PA tərəfindən təftiş
“Gündəm-Xəbər” qəzetinə verilən məlumatda bildirilir ki, icra başçısının rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanlar yuxarı dairələrin diqqət mərkəzindədir. M.Quliyevin fəaliyyətinin təftişinə başlana və Hesablama Palatası tərəfindən ciddi şəkildə araşdırıla bilər. Eyni zamanda onun bu qədər tənqid və ittiham dolu faktlardan sonra vəzifəsini itirmək təhlükəsi realdır. Yerli camaatın saysız-hesabsız müraciətləri və PA-ya göndərdikləri məktublar artıq nəzarətdədir və müəyyən nəticələr çıxarılmaqdadır. İcra başçısı Biləsuvarın təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə kimi strateji əhəmiyyət kəsb edən sahələrini acınacaqlı bir duruma gətirib. İlk növbədə açıqlamalarda vurğulanır ki, bu gün Biləsuvarda müəyyən sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar bir çox hallarda Mahir Quliyevin təpkisi ilə üz-üzə qalmalı olurlar. Belə ki, rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, dərhal icra başçısı və ya onun yaxınları tərəfindən nəzarətə götürülür.
İşıq idarəsi də satılıb
Başqa bir məlumatda isə bildirilir ki, Biləsuvar rayonuna kifayət qədər böyük məbləğdə dövlət vəsaitləri ayrılsa da rayonda ciddi heç bir iş görülmür. Buna görə də icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var. Biləsuvar rayonunda məmur özbaşınalığı səngimir, əksinə hər gün demək olar ki, vətəndaşların hüquqları pozulur. Mənbənin bildirdiyinə görə icra başçısı Mahir Quliyev rayona ayrılan büdcə pullarının talan edilməsində addımbaşı ittiham olunur. Hətta RİH binası yaxınlığındakı işıq idarəsinin binasını da icarəyə verib. Mərkəzi parkdakı ərazini isə satıb. Əgər Mahir Quliyev bir-iki il də vəzifədə qalarsa, o zaman Biləsuvarda ümumiyyətlə yaşayış mümkünsüz bir həddə çata bilər. Elə biləsuvarlılar da bunu bildiklərindən indidən həyəcan təbili çalaraq, dövlət başçısı İlham Əliyevdən yardım istəyirlər. RİH-nin mövqeyini dərc etməyə hazırıq.
NUH.az
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
3 aprel 2026 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
3 aprel 2026 18:29
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
1 aprel 2026 13:42
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 2026 15:41
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
