




“İcra başçısı neçə adamı bədbəxt elədi...”
Siyasət11 fevral 2017 21:01
Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin üzvü, 20 Yanvar zərərçəkəni Yavər Fərzəliyev "Sovetski”dəki evindən zorla çıxarılır.
Bu barədə BakiPost.az-a şikayətində veteran özü məlumat verib. Y. Fərzəliyevin sözlərinə görə, Bəşir Səfəroğlu küçəsi ev 32, mənzil 12-də yerləşən mənzilinə təklif olunan məbləğlə razılaşmadığı üçün evindən çıxmır, lakin aidiyyəti qurumlar onu zorla evindən çıxarmağa çalışır: "Gəlib qazımı, işığımı, suyumu kəsiblər. İçində yaşadığım evimin bir tərəfini də dağıdıblar. Halbuki bizə deyilmişdi ki, sizə təklif olunan məbləğlə razılaşmadığınız təqdirdə evinizdə yaşamağa davam edə bilərsiniz”.
Veteran məbləğlə razılaşmaması və evdən çıxmaq istəmədiyi ilə bağlı 2014-cü ildə prezident İlham Əliyevə müraciət ünvanlayıb. Ona Yasamal rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd İslamov adından cavab verilib. Bildirilib ki, onun yaşadığı ünvan Bakı şəhərinin Baş Planına uyğun olaraq köçürülmə ərazisinə daxildir. Həmin cavabda daha sonra qeyd edilir:

"Həmin ərazidə, icra hakimiyyətinin nəzdində yaradılmış komissiya tərəfindən hazırda köçürülmə ərazisinə daxil olan yaşayış və qeyri-yaşayış sahələrinin siyahıya alınması və ölçü işləri aparılır. Bildiririk ki, satınalma könüllü qaydada həyata keçirildiyi üçün təklif edilən qiymət sizi qane etmədiyi təqdirdə razılaşma protokoluna imza etməmək və həmin evdə yaşamaqda davam etmək hüququna maliksiniz”.
Ötən il işığı kəsilən Y. Fərzəliyev "Azərişıq” ASC-yə müraciət edib. Yasamal rayon Enerji Təchizatı və Satışı İdarəsindən ona işığının kəsilməsinin səbəbi belə açıqlanıb: "Qeyd olunan ünvanda elektrik enerji təchizatı Bakı şəhəri üzrə aparılan yenidənqurma-abadlıq işləri, yolların genişlənməsi və digər infrastrukturların yenilənməsi ilə əlaqədar olaraq dayandırılıb. Xahiş edirik nəzərə alasınız”.
Y. Fərzəliyev hazırda çıxılmaz bir durumda olduğunu, çox acınacaqlı vəziyyətdə yaşadığını bildirib: "Bunlarda elə bil müsəlman qanı yoxdur. Adam bu qədər qəddar, kafir ola bilməz. Qorxu, həyəcan, axırda da su ilə, istiliklə imtahana çəkmək, öz məqsədlərinə çatmaq üçün şeytanın belə ağlına gəlməyən əməllərə əl atmaq bir kişiyə, bir azərbaycanlıya yaraşarmı heç? Bu qədər zülm olmaz ki...
Bilirsiniz onlar neçə-neçə adamı bədbəxt edib, həyatlarını məhv ediblər?”
Şikayətçi bütün bunlara baxmayaraq, ümidini hələ kəsmədiyini, şikayətlərinə ölkə başçısının reaksiya verəcəyinə ümid etdiyini bildirib.






Oxşar xəbərlər
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 2026 00:13
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 2026 12:18
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 2026 09:53
- Azərbaycada məşhur icra başçısı vəfat etdi
26 aprel 2026 23:50
- Şəhər məni əritdi, gedirəm uzaqlara... - Zahir Əzəmətin şeirləri
26 aprel 2026 22:08
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
Xəbər lenti
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
Video & Fotoqalereya
Video
Fotoqalereya
