- Türk nazir bütün orqanlarını bağışladı
- Fəzail Ağamalının gizli saxladığı nəvələri görün kimlər imiş - ADLARI MƏLUM OLDU
- Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar
- HƏRBİ gücü ÇOX BÖYÜK, ərazisi ÇOX KİÇİK 5 ÖLKƏ
- Milli Məclisdə büdcə müzakirəsi başladı: Nazirlər iştirak edir
İlham Əliyevdən humanist addım - Probasiya nədir?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam (tam mətn) imzalayıb.
Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb.
Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi və s. istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək barədə Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə edilib, Ədliyyə Nazirliyinə tapşırıq verilib.
Həmçinin Ədliyyə Nazirliyinə Probasiya xidmətinin təşkili ilə əlaqədar təkliflərini bir ay, elektron nəzarət vasitələrinin tətbiqi məqsədilə normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair təkliflərini Baş Prokurorluq ilə birlikdə bir ay, məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Baş Prokurorluğa həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə, digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünü araşdırmaq, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatları müstəsna hallarda həbsin tətbiqinə dair cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda vermək tövsiyə edilib.
Məhkəmələrə tövsiyə olunub ki, həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar, bununla bağlı təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar və cəzanın təyin edilməsi əsaslarına dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər.
Ali Məhkəməyə tövsiyə edilib ki, həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsini mütəmadi ümumiləşdirsin və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etsin.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə isə Ədliyyə Nazirliyinin təklifləri əsasında penitensiar xidmətin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə tam komplektləşdirilməsini təmin etmək tapşırılıb.
Sənədə əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, elektron nəzarət vasitələrinin tətbiqi ilə əlaqədar maliyyələşmə məsələlərini Ədliyyə Nazirliyinin və Baş Prokurorluğunun təklifləri əsasında həll etsin, məhkumların məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanması və təminatına dair Cəzaların İcrası Məcəlləsinin müddəalarına riayət olunmasının təmin edilməsi məqsədilə tikinti və təchizat işlərinin yerinə yetirilməsi üçün vəsaitin ayrılması mümkünlüyünə baxsın, ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydasını təsdiq etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov hesab edir ki, prezidentin sərəncamı tarixi əhəmiyyətə malikdir.
“Azərbaycanda indiyə qədər cəza sisteminin humanistləşdirilməsi ilə bağlı bir sıra addımlar atılıb. Ölkə başçısı bununla bağlı ciddi qərarlar qəbul edib. Prezidentin ötən gün imzaladığı sərəncam həmin sənədlərin davamıdır. Hesab edirəm ki, sərəncam cəza sistemində humanistləşdirmə istiqamətində atılan tarixi addımdır”.
S.Məmmədov vurğulayıb ki, prezidentin sərəncamı orada qeyd olunan sahələr üzrə çox ciddi dönüş yaradacaq: “Ədliyyə Nazirliyi ilə Avropa İttifaqının arasında layihə var və orada probasiya məsələləri qoyulub. Probasiya bizim üçün aktualdır. Avropada probasiya geniş tətbiq olunur. Bizdə də zaman-zaman probasiya elemenetləri olub. İndi görünür, alternativ cəza növlərinin tətbiqini ayrıca koordinasiya etmək lazımdır. Ümidvaram ki, probasiya xidmətində ictimaiyyət nümayəndələri ən azı müşahidəçi qismində təmsil olunacaq. Hesab edirəm ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrin yükünün azaldılması, həm dekriminallaşdırma, həm probasiya, həm də elektron nəzarət vasitələrinin tətbiqinə ehtiyac var. Bu aktual məsələdir.
Elektron nəzarət dünyanın bir sıra ölkələrində tətbiq olunur. Məsələn, elektron brosletlər sistemi var. Bu vasitə ilə şəxsi nəzarət altında saxlamaq olur. Məqsəd odur ki, həmin şəxs qaçıb aradan çıxmasın və yeni cinayət əməlləri törətməsin.
Başqa bir məsələ cəzaların dekriminallaşdırılası ilə bağlıdır. Elə cəzalar var ki, onların dekriminallaşdırılmasına ehtiyac var. Sərəncamda da dekriminallaşdırma məsələsi qoyulub. Hesab edirəm ki, elə cəzalar var ki, onlar inzibati məsuliyyətlə, yaxud pul cəriməsi ilə əvəzlənə bilərsə, bununla bağlı təkliflər hazırlanıb təqdim olunmalıdır. Bunların hamısı vacib məsələdir”.
Komitə üzvü bildirib ki, sərəncamda əksini tapan digər bir vacib məsələ qətimkan tədbirləri ilə bağlıdır:“Prosessual məcburiyyət tədbiri kimi bizdə xeyli qətimkan tədbiri var. BMT-nin İnsan Hüquqları Komitəsi bu məsələyə diqqət cəlb etmişdi. Bizim təşkilat da BMT-yə təqdim etdiyi alternativ hesabatda bunu bir problem kimi göstərmişdi. Eyni zamanda Ali Məhkəminin Plenumu məsələyə toxunmuşdu. Məhkəmə Hüquq Şurasının iclasları zamanı şura sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev dəfələrlə bununla bağlı mövqe ortaya qoyub. Bildirilib ki, bəzən Azərbaycanda inzibati rayonlar üzrə həbs qətimkan tədbiri üzrə təqdimatlar yüz faiz təmin olunur. Ümumiyyətlə, lüzum olmayan yerdə qətimkan tədbiri kimi həbsin seçilməsi məqsədəuyğun deyil. Çünki, insanların azadlıq hüququ pozulur. Bu Avropa Konvesiyasının beşinci maddəsinin pozulması deməkdir. Bununla bağlı Azərbaycanda bir sıra məhkəmə qərarları var ki, beşinci maddənin pozuntusu göstərilib. Ona görə də mümkün halda digər qətimkan prosessual məcburiyyət tədbirləri seçmək olar. Məsələn, başqa yerə getməmək, zaminliyə verilmək, pul girovu qoymaq və.s. Bu məsələ təbii olaraq ölkə başçısının diqqətini cəlb edib və sərəncama daxil edilib.
Növbəti məsələ ictimai işlərə cəlbetmədir. Azərbaycanda ictimai işlərə cəlbetmə cəza növü kimi qalsa da, formal xarakter daşıyır. Belə cəza növü təyin olunubsa, bunun üçün müvafiq iş yerləri olmalıdır ki, şəxslər gedib orada ictimai işləri yetirsinlər. Əks halda məhkəmələr tərəfindən verilən cəzalar havadan asılı qalır.
Eyni zamanda məşğulluğun təmin olunması cəzaçəkmə müəssisələrində əmək islah prosesinin əsas tərkib hissələrindən biridir. Bu, Avropa penitensiar qaydalarında, BMT-nin minimal standart qaydalarında, bizim icra məcəlləsində göstərilib. SSRİ dövründə bu cəza islah əmək koloniyaları sistemi idi. Burada əmək istismar olunurdu. Məcburi əmək tətbiq olunurdu və hər bir məhkum işləməli idi. Bizim qanunvericilik bu münasibətdə liberaldır, yəni işləmək könüllüdür. Amma, könüllü işləmək istəyənlər üçün iş yerləri çox azdır. Cənab prezidentin sərəncamında istehsal sahələrin bərpa edilməsi məsələsi qoyulub”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı imzaladığı sərəncam ölkədə həyata keçirilən məhkəmə-hüquq siyasətinin məntiqi davamıdır.
Komitə sədri qeyd edib ki, bu, müasir dövrün tələblərinə uyğun olaraq islahatların keyfiyyətcə yeni mərhələsidir: “Sərəncam həmçinin Azərbaycanda bütövlükdə insan hüquqlarına həssas və hörmətlə yanaşmanın göstəricisidir”. /Azvizion.az/
NUH.az
- İlham Əliyevə təbrik məktubları gəlir
4 noyabr 2025 22:24
- Məşhur dələduz hakim qarşısında – Bu gün sabiq səfirin yaxınının məhkəməsidir
4 noyabr 2025 14:25
- Azərbaycanda ÜDM niyə çox artmır? - Prezident açıqladı - Video
4 noyabr 2025 12:41
- O xəritələrdə Sevan gölü adlı göl yoxdur, Göyçə gölüdür – İlham Əliyev
3 noyabr 2025 15:02
- İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış etdi (FOTO)
3 noyabr 2025 11:58
- Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirdi (FOTO)
1 noyabr 2025 13:46
- İlham Əliyev Əlcəzair Prezidentini milli bayram münasibətilə təbrik edib
1 noyabr 2025 11:24
- Milli Məclis Bəyanat qəbul etdi: Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı
31 oktyabr 2025 12:29
- Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
31 oktyabr 2025 11:07
- Ramiz Mehdiyevin -barmağı- ilə azadlıq: 8 milyonluq dələduzluq -qəhrəman-ı Elnur İbrahimov həbsdən necə qurtuldu
31 oktyabr 2025 00:39
- Türk nazir bütün orqanlarını bağışladı
05 noyabr 01:54
- Fəzail Ağamalının gizli saxladığı nəvələri görün kimlər imiş - ADLARI MƏLUM OLDU
05 noyabr 00:30
- İlham Əliyevə təbrik məktubları gəlir
04 noyabr 22:24
- Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar
04 noyabr 21:52
- Məşhur dələduz hakim qarşısında – Bu gün sabiq səfirin yaxınının məhkəməsidir
04 noyabr 14:25
- Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi
04 noyabr 14:09
- Azərbaycanda ÜDM niyə çox artmır? - Prezident açıqladı - Video
04 noyabr 12:41
- HƏRBİ gücü ÇOX BÖYÜK, ərazisi ÇOX KİÇİK 5 ÖLKƏ
04 noyabr 12:08
- Milli Məclisdə büdcə müzakirəsi başladı: Nazirlər iştirak edir
04 noyabr 11:45
- Arif Alışanovun qardaşı oğluna hökm oxundu
03 noyabr 23:34
- Buryatiyanın azadlıq səsi susdurulur
03 noyabr 22:19
- O xəritələrdə Sevan gölü adlı göl yoxdur, Göyçə gölüdür – İlham Əliyev
03 noyabr 15:02
- ADA ilə -Veysəloğlu-nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib
03 noyabr 14:56
- Ramiz Mehdiyevin keçmiş köməkçisi həbs edildi
03 noyabr 12:04
- İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış etdi (FOTO)
03 noyabr 11:58
- Nar şirəsi necə saxlanmalıdır?
03 noyabr 10:36
- Polkovnik işdən azad olundu
03 noyabr 10:22
- Peyk ötürücü taxılan türk ŞAHİNİ 103 min kilometr UÇUB və 28 ölkəni gəzib FOTO
03 noyabr 01:01
- HEYRƏT - Amerikalı QIZ gədəbəylilər kimi SAZ ÇALIR, AŞIQ MAHNISI OXUYUR VİDEO - Video
02 noyabr 23:14
- ÖMÜRLÜK SİQARET QADAĞASI tətbiq olundu
02 noyabr 22:49
- Azərbaycanda DƏHŞƏT: Sabiq direktor azyaşlı qızının pornoqrafik görüntülərini YAYDI
02 noyabr 21:53
- Siqaret çəkənlərin NƏZƏRİNƏ: Vətəndaşlar hansı halda və neçə manat cərimələnə bilərlər?
02 noyabr 14:44
- Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər də saxlanılıb - ADLAR
02 noyabr 12:15
- İçərişəhərdə Zeytun Festivalı davam edir (FOTO)
02 noyabr 12:10
- Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... İspaniyanın GƏLƏCƏK KRALİÇASI
02 noyabr 11:49
- Daha bir icra hakimiyyətində əməliyyat - H Ə B S
02 noyabr 02:21
- Ermənistanda üç məktəbdə Azərbaycan dili tədris olunacaq
02 noyabr 02:08
- Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxardı - Foto
01 noyabr 21:10
- Məktəb direktorunun QIZI şikayət etdi və ATASININ 100 min manatlıq yeyintisi üzə çıxdı
01 noyabr 20:30
- Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirdi (FOTO)
01 noyabr 13:26
