"Nə qədər ki, Arif Alışanov AzTV-yə rəhbərlik edəcək..."
Siyasət15 fevral 2017 20:48
Fevralın 14-ü Azərbaycanda televiziyanın kütləvi yayıma başladığı gündür. Həmin tarixdən düz 61 il keçir. Azərbaycan televiziyası (AzTV) bu əlamətdar gün ərəfəsində hansı problemləri yaşayır, telekanallarımızın durumu necədir? Tamaşaçılarımız nəyə görə yerli kanallara, o cümlədən AzTV-yə baxmırlar?
Moderator.az-ın əməkdaşı bu və ya başqa suallarla teleradio tarixinin tədqiqatçısı, media eksperti, professor Qulu Məhərrəmliyə müraciət edib.
- Qulu müəllim, istərdim söhbətimizə dünən və bu gün mediada yayılmış məhkəmə xəbəri ilə başlayaq. Bir ilə yaxın çəkən məhkəmə nəticə etibarilə AzTV sədrinin iddiasını təmin etməyib. Özünüzü qalib kimi necə hiss edirsiniz?
- Bilmirəm ki, siz söhbəti niyə bu sualla başladınız, məncə, qeyri-adi heç nə baş verməyib. Deməliyəm ki, bu məhkəmədə söhbət qalib və ya məğlubdan yox, yalnız zərər çəkmiş, zədələnmiş insan münasibətlərindən gedə bilər. AzTV sədri tənqidə dözümlü yanaşmalı idi. Onun məhkəməyə müraciəti də, ondan əvvəl düzəltdiyi tragikomik şou da tamamilə mənasız bir şey idi. Bu qədər!
- Amma jurnalistlər gözləyir ki, siz hər halda asan olmayan bu məhkəmə barədə geniş açıqlama verəsiniz.
- Məhkəmə barədə mediada davamlı materiallar gedib, çoxlu xəbər, müsahibə, araşdırma və rəylər çap olunub. Hətta, dostlardan biri bunları toplayıb diffamasiya kontekstində bir kitab hazırlamaq fikrinə düşüb. Düzdür, burada xeyli gizli laylar da var, amma mən hələlik bu barədə danışmaq istəmirəm.
- Elə isə keçək əsas mətləbə. Ötən il saytımıza verdiyiniz müsahibədə telekanalları, xüsusilə də AzTV-ni ciddi tənqid etmişdiniz. Ötən bir ildə nə dəyişib, indi teleməkanda vəziyyət necədir?
-Yaxşı cəhət odur ki, ötən il biz ölkəmizdə radionun kütləvi yayıma başlamasının 90, televiziyanın 60 illiyini qeyd etdik. Bu yubileylər teleradionun cəmiyyət həyatındakı rolunu, mədəniyyətimizin, musiqi sənətimizin, ana dilimizin inkişafındakı əhəmiyyətli rolunu və təsirini bir daha qabarıq şəkildə göstərdi. Azərbaycan teleradiosunun tarixini tədqiq etmiş bir adam kimi bu yubileylər məndə xeyli xoş duyğular yaratdı.
- Deyəsən, bu yubileyin keçirilməsi ilə bağlı siz belə bir ifadə işlətmişdiniz ki, “AzTV-nin keçmişi var, bugünü yoxdur, sabahı isə qaranlıqdır”.
- Mən bu sözləri bir az başqa cür, həm də yubiley proqramının qüsurlu tərtibi və ssenarisi barədə demişdim. Həqiqətən, o tərtibat və təqdimatdan, xüsusən vizual materiallardan, belə təsəvvür yaranırdı ki, teleradionun parlaq keçmişi var, amma bugünü və sabahı yoxdur. Xüsusən müstəqillik dövrünün çoxşaxəli teleradio sistemi və yaradıcılıq uğurları görünmədi. Hərçənd, AzTV-nin bu günü və gələcəyi ilə bağlı sözləri, elə siz deyən mənada da qəbul etmək olar. Nə qədər ki, dövlətin büdcədən maliyyələşdirdiyi və hər cür qayğı göstərdiyi bu kanala Arif Alışanov kimi səriştəsiz və yaradıcılıqdan uzaq adam rəhbərlik edəcək, ölkənin əsas televiziyası elə bu vəziyyətdə olacaq.
- Bəzən AzTV-nin verilişlərini elə ağır cümlələrlə tərif edirlər ki, adam bilmir ekranda gördüyünə inansın, yoxsa bu yazılara?
- Siz boğazdan yuxarı tərifləri, şit yubiley yazılarını və məqsədli tərifləri bir yana qoyun, reallıq başqadır: bu gün AzTV baxılmır, çünki verilişlərin əksəriyyəti auditoriyanı maraqlandırmır, bəsit, quru və cansıxıcıdır. Televiziyanın ölçüləri kiçilir, yaradıcılıq miqyası daralır, verilişlərdə sxematiklik artır, dilin süniləşməsi prosesi gedir, yaxşı ənənələr itir, proqramlar lağ obyektinə çevrilir. O boyda telekanal bir babat sayt qədər auditoriya toplaya bilmir. Əsas səbəb yaradıcı mühitin olmamasıdır.
Baxın, dövlətin ayırdığı milyonlara yaxşı texnika da almaq, əla dekorasiya da qurmaq mümkündür. Amma həmin texnikaya ruh verən, dekorasiyaya məna gətirən yaradıcı insandır, AzTV-də, məhz həqiqi yaradıcı insan, yaradıcılıq enerjisini məharətlə yönəldən prodüser və menecer çatmır. On illik acı təcrübə göstərdi ki, indiki sədrdə belə bir qabiliyyət yoxdur.
- Bəs dövlətin ayırdığı milyonların müqabilində niyə babat verilişlər hazırlanmır, hələ bir əməkdaşlar maaş almamaqdan və ya onun azlığından şikayətlənirlər...
- Sualın ikinci hissəsindən başlayaq. Maliyyəçi sədrin rəhbərlik etdiyi son on ildə AzTV-nin illik büdcəsi 12 milyondan 38 milyon manata çatdırılıb. Qurum bu dövrdə dövlət büdcəsindən dollar qarşılığı ilə təxminən 660 milyon manatdan çox vəsait alıb. Paradoks budur ki, büdcə pulu artsa da əməkdaşlarnın sayı iki dəfə azaldılıb. Düzdür, xüsusi saatları çox olmayan (əsasən təkrar verilişlər yayımlayan) Mədəniyyət və İdman kanalları açılıb, amma əvəzində əməkdaşların 70 faizi maaşdan məhrum edilib, qonorar və quruluş haqları üç dəfə azaldılıb, böyük vəsait tələb edən televiziya filmləri, orijinal tamaşalar, dram səhnələşdırmələri, kütləvi verilişlər və s. yoxa çıxıb.
AzTV əhlinin öyündüyü bəzi baxımlı verilişlərin bu kanala dəxli yoxdur, kənarda hazırlanır. Məsələn, “Çto, Qde, Koqda?” Rusiyanın eyni adlı verilişidir və prodakşn vasitəsilə ərsəyə gəlir. Məşhur muğam müsabiqələri H.Əliyev Fondunun təşəbbüsü və yardımı ilə hazırlanır. “Mən azərbaycanlıyam” və həftədə 5 gün efirə çıxan “Müasir Azərbaycan gəncliyi”(MAG) proqramları da AzTV-nin məhsulu deyil, Gənclər və İdman nazirliyinin təşəbbüsü və maddi yardımı ilə ortaya çıxır.
- Nədənsə, “Səs Azərbaycan”ı demədiniz. Bütün dünyada uğurlu layihə olduğu halda, deyəsən AzTV bunu da korladı.
- Ötən il mənə aramsız hücumlarda Alışanovun “peşəkarlığı”ndan və kanalın uğurlarından dəm vuranlar, əsasən “Səs Azərbaycan”ı gözə soxurdular. Adını peşəkar qoyub uğur nümunəsi kimi “Səs Azərbaycan”dan danışmaq biabırçılıqdır. Axı bu beynəlxalq layihədə yaradıcılıq adına AzTV-lik nə var ki? İngilis ideyanı, holland formanı verib, italyan rejissuranı, ukraynalı operator işini tənzimləyir. Bəyəm biz o günə qalmışıq ki, texniki icra ilə öyünək?! İştirakçılarının, əsasən xarici mahnılar ifa etdikləri “bu verilişdən nə qazandıq” sualı üzərində düşünən yoxdur, əvəzində sədrin hansısa yaxın qohumunun burada nə qədər pul qazanması müzakirə mövzusudur.
İkincisi, dövlətdən maliyyələşən heç bir rəsmi telekanal, məsələn, TRT, yaxud RTR kimi kanallar ömründə belə layihələrə məhəl qoymaz, pul xərcləməz. Yalnız bəsit təfəkkürlü adamlar dövlətin pulunu havaya sovurması ilə öyünə bilər.
- Doğurdanmı AzTV-nin texniki imkanları tərifləndiyi qədərdir?
- Bəli, dövlətin büdcədən ayırdığı pullar sayəsində müstəqillik dövründə bu telekanalın texniki bazası gücləndirilib, xüsusən Gürcüsan və Ermənistanla müqayisədə bizim böyük üstünlüklərimiz var. Amma nə qədər paradoks olsa da, bu texniki imkanların müqabilində AzTV hələ ultra-HD sisteminə, yəni rəqəmli yayım formatna keçə bilməyib, bu yöndə iş aparılmayıb. Alınan çox bahalı rəqəmli kameralar illərdir ki, anbarlarda yatıb qalıb, istehsalata verilməyib.
Teleməkanda yalnız CBS (eləcə də CBS sport) və ATV kanalı vaxtında tam rəqəmli yayıma keçib. Bu formata iki ay əvvəl keçmiş AzTV isə hələ uzun illər xaricdən kaset alırdı. Bir araşdırmada rast gəldim ki, Alışanov son beş ildə təxminən 600 min manatlıq kaset alıb, mütəxəssislər hesablamışdılar ki, əvvəla, bu sayla günə 82 kaset düşür, ikincisi isə bu qədər kaseti saxlamağa 3-4 böyük anbar lazımdır. Aydındır ki, bu alış-verişin arxasında hansı məqsəd dayanır? Yəni burada TV-nin gələcəyi, strateji düşüncə öndə deyil, ona görə yaradıcılıq məsələləri arxa planda qalır.
Mən hələ onu demirəm ki, dövlətdən külli miqdarda vəsait alan bu TV öz proqramlarını çap eləmir, adını da qoyur ki, proqram qəzeti bağlanıb, sadəcə rüsvayçılıqdır. Bu təfəkkürlə televiziyanı hara aparmaq olar?
- Axı AzTV-nin bəzi verilişləri haqqında müsbət fikirlər də yazılır, siz bunlarla razısınız?
- Əlbəttə, yaxşı verilişlər haqqında yaxşı danışılmalıdır. Məsələn, son aylarda Mədəniyyət kanalında müəyyən canlanma, bəzi maraqlı verilişlər görürəm. Portret xarakterli olsa da “Sevilənlər” verilişi üzərində yaradıcı iş dərhal görünür. Yaxud “Məclisi-üns” kimi nümunə var və bu veriliş ona görə yaxşı izlənir ki, ideyası, forması, rejissurası, xüsusən aparıcısı və dəvət olunan qonaqları maraqlıdır. Bir az milli “hayd park”a oxşasa da, veriliş özünün xoş aurası, yaradıcı enerjisi ilə tamaşaçını cəlb edir. Bütövlükdə AzTV ekranında, məhz bu təbiilik və yaradıcı enerji çatmır. Buna görə zahiri parıltılara baxmayaraq, bəzi istisnalarla telekanalda yaradıcı həyat ölü gündədir. Halbuki bu telekanalda mənim də tanıdığım çoxsaylı istedadlı jurnalistlər, rejissorlar var, amma nədənsə bu insanlara yaradıcılıq meydanı verilmir, əvəzində başqa istedadsız “sevimli” və “fərasətlilər” meydan sulayır.
Əlbəttə, mən AzTV şəraitində siyasi proqramlar hazırlamağın çətinliklərini, belə proqramlara verilən tələbləri, bunun üçün hansı yüksək hazırlığın olmasını anlayıram. Bəs maraqlı elm, tədris proqamlarına, öyrədici verilişlərə nə söz? Cəmiyyəti düşündürən problemlərə dair söhbətlər, diskussiyalar niyə hazırlanmasın?
- Son illərdə A.Alışanovun bir taktikası da ondan ibarətdir ki, başqa telekanalda reytinq qazanmış proqramları və aparıcıları pulla şirnikləndirib AzTV-yə gətirməsi də yaxşı qarşılanmır. Buna necə baxırsiz?
- Burada iki məqam var: zövq və əxlaq. Ekranda vaxşı veriliş görmək istəyi zövq məsələsi, özəl telekanallarda uğur qazanmış reytinqli verilişlərin komandasını pulla şirnikləndirib yoldan çıxarmaq isə əxlaq problemidir. İTV-dən “Ovqat” verilişini qoparmaq pis nümunə idi, ATV-dən “Nanəli”ni qoparmaq cəhdi də eləcə. Halbuki AzTV-nin özündə bunlardan da parlaq format qura biləcək yaradıcı adamlar var, sadəcə oların ruhi azadlığı sədr üçün arzulanan deyil.
Hamı istəyərdi ki, AzTV-nin öz beyin mərkəzində düşünülən, yüksək peşəkarlıqla ərsəyə gələn, müasir standartlara cavab verən, cəmiyyətədə maraq və rezonans doğuran, maaarifləndimə işini səmərəli şəkildə reallaşdıran verilişlər olsun. Təəssüf ki, belə beyin mərkəzi iflic olub, düşünənlər də Alışanov tezliyinə kökləndiyi üçün ortaya bir şey çıxara bilmirlər.
- Hadisələrin gedişi göstərdi ki, A.Alışanov İTV-də də söz sahibidir. Sizcə, bu, qeyr-normallıq deyil?
- Bu kontekstdə işlətdiyiniz “qeyri-normallıq” sözü çox incə səslənir. İTV-nin qurulması üçün müəyyən faydalı işlər görmüş İ.Ömərovdan sonra gələn rəhbərin dövründə bu kanalın da kadr və maliyyə işlərinin Alışanovun patronajı altına keçməsi çox kədərlidir. Həmin dönəmin təhlilindən bəlli olur ki, bu kanalın onsuz da ürəkaçan olmayan, özəl kanallara prinsipal şəkildə uduzan reytinqi Alışanovun komandasının gəlişi ilə 30 faizədək aşağı düşüb. Aydınca görünür ki, İTV-nin mənəvi siması da dəyişib. Məncə, kadr işləri və maliyyə məsələlərində nə baş verdiyini, AzTV sədrinin buralarda hansı “şücaətləri” göstərdiyi yəqin ki, nə zamansa ciddi araşdırlacaq.
- Belə çıxır ki, siz bir sədr kimi A.Alışanovun çoxşaxəli “istedadı” barədə öz fikirlərinizdə qalmısınız...
- Sizə deyim ki, mən bu adamı heç bir istehza olmadan istedadlı hesab edirəm. Alışanov istedadsız olsaydı, bu qədər pul qazanmaz, saysız-hesabsız yoxlamalardan, istintaqlardan quru çıxıb, bu imic və bioqrafiya ilə sədr ola bilməzdi. Adamlara tələ qurmaq, tabeliyindəkiləri bir parça çörəyə görə rəzil etmək, onları daim qorxu içində saxlamaq, şəxsiyyəti olanları alçaltmağa çalışmaq – bunlar Alışanov istedadının cüzi bir hissəsidir. Və mən məhkəmə çıxışlarımda bu barədə ətraflı danışmışam...
NUH.az
Oxşar xəbərlər
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 2025 00:28
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 2025 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 2025 21:44
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
9 dekabr 2025 20:20
Xəbər lenti
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 12:50
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 11:42
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 11:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
