Saxta diplomlarda deputatın da imzası var - “Mən sadəcə icraçıyam” (QALMAQAL)
Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının 600-dən çox tələbə və məzununun taleyi hələ də qaranlıq qalır. Onların özü və valideynləri Təhsil Nazirliyindən tutmuş, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinədək çox yerə şikayət etsələr də, hələ ki, problemləri çözülməyib.
Qaynarinfo.Az Azadlıq radiosuna istinadla xəbər verir ki, filialda araşdırmalar zamanı bu təhsil ocağına qanunsuz yolla qəbul və saxta diplomların verilmə halları aşkarlanıb. Hətta təhsil naziri Mikayıl Cabbarov da açıq şəkildə demişdi ki, "Müəllimlər İnstitutunun Gəncə filialında tələbələrə saxta diplom verilib”.
Gəncə filialı bağlanarkən, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı idi. Hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri olan deputat sözügedən filialdakı qanunsuzluqlardan xəbərsiz olduğunu desə də, məzunlara verilən, amma saxta olduğu iddia edilən diplomlarda onun imzası var.
Filialın direktoru Ramiz Məmmədov cinayət məsuliyyətinə cəlb olunub. Onun işinə hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Ramiz Məmmədov həbs edilməsə də, onun haqqında istintaq və məhkəmə dövründə başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib. Övladını ali məktəbə yerləşdirmək üçün onlardan pul alındığını iddia edən valideynlər ya pullarının qaytarılmasını, ya da onun həbsini istəyirlər. Onlar məhkəmədə də bu tələbi səsləndiriblər.

"Mənə möhtərəm bir adam zəng elədi…”
Zərərçəkən İdris Əliyev deyib ki, övladının ali məktəbə yerləşdirilməsindən ötrü Ramiz Məmmədova 16 min manat verib və bu pul indiyədək qaytarılmayıb: "Mənə 16 min manat ziyan dəyib. Uzun müddətdir pulumu tələb edirəm. Xoşluqla qaytarmırsa, istəyirəm həbs olunsun. Çünki bu adam heç nəyə məhəl qoymur”.
Ramiz Məmmədov bu şəxsdən pul almadığını söyləyir: "Özü yaxşı bilir ki, pulu kimə verib. O, birinci dəfə mənim yanıma səhvən gəlmişdi. Mən ona başa saldım ki, instituta bu şəkildə adam düzəltmirlər. Mənə möhtərəm bir adam zəng elədi.
Mən də nazirə müraciət etdim. Sonra baş verənlərlə əlaqəm yoxdur. Mən kimdən pul almışamsa, qaytarmışam. Bu adam mənə şər atır”.
Zərərçəkənlərdən Mahir Həsənov deyir ki, ona 11 min 250 manat ziyan dəyib, istintaq dövründə Ramiz Məmmədov 4 min manat qaytarıb, 7 min 250 manat hələ də qalıb.
Ramiz Məmmədov bu zərərçəkənin də yalan danışdığını söyləyib: "Seyid adamsan, düz danış. Bilirəm də sən kimsən, onu-bunu şərləməklə məşğulsan”.
"Kişi kimi düzünü desələr, məni yandırmaz”
Bu işə Zabil Qasımovun sədrlik elədiyi hakimlər kollegiyası baxır. Məhkəmə yarım ilə yaxındır ki, davam edir.
Hakim Ramiz Məmmədova xatırladıb ki, istintaq zərərçəkənlərə dəymiş toplam ziyanı 922 min 660 manat müəyyənləşdirib və Gəncə filialının bağlanmasından sonra 600-dən çox tələbənin taleyinin suallı qaldığını da bildirib.
"Sizə 6 ayadək vaxt vermişik ki, bu ziyanı ödəyəsiniz. Zərərçəkmişlər hamısı Təhsil Nazirliyinə gediblər, sizdən şikayətçidirlər. Ümumilikdə 650 nəfər şikayətçi var”, – hakim belə deyib.
Cavabında Ramiz Məmmədov bildirib ki, heç bir günahı yoxdur və o, sadəcə, icraçı olub: "Kişi kimi sözün düzünü desələr, məni yandırmaz. Yalan danışırlar, böhtan atırlar”.
Ramiz Məmmədovun həbsi üçün zərərçəkənlərin verdiyi vəsatətə məhkəmənin fevralın 17-də keçiriləcək növbəti iclasında baxılacaq.
"Siz də o vaxta qədər düşünün, zərəri ödəyin, çünki biz vəsatəti müzakirə edib, qərar verməliyik”, – hakimin Ramiz Məmmədova tövsiyəsi belə olub.
NUH.az
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Sabiq nazir Siruz Abasbəylinin 80 illiyidir
30 yanvar 2026 13:52
- Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
28 yanvar 2026 14:18
- Pezeşkianın oğlundan bu qadağaya - Sərt reaksiya
27 yanvar 2026 11:36
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 2026 22:18
- Bacısı oğlundan keçmiş deputata ittiham: Ştutqartı əlimizdən alıb
21 yanvar 2026 16:58
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
- Millimiz Gürcüstana 0:6 uduzdu
06 fevral 18:34
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
06 fevral 17:47
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
06 fevral 17:40
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
06 fevral 08:45
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
