Prezident bu nazirləri işdən çıxaracaq - Deputat anons verdi
Siyasət19 fevral 2017 13:43
"Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatının inkişafının önündə duran ən böyük əngəllərdən biri də oliqarxiya və məmur biznesidir. Ölkə iqtisadiyyatı demək olar ki, bir neçə məmur arasında bölüşdürülüb. Bu isə qeyri-neft sektorunun inkişafı üçün keçirilən islahatların müsbət nəticələr doğurmasını imkansız edir".
Qaynarinfo.Az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa sosial şəbəkədə bildirib. Fazil Mustafa daha sonra bildirir ki, Nəqliyyat Nazirliyinin ləğv edilməsindən, Ziya Məmmədovun vəzifədən uzaqlaşdırılmasından sonra mediada oliqarxların idarəetmədən uzaqlaşdırılması mövzusunda müzakirələr başlayıb: "Bundan öncə də ölkə başçısı bəzi nüfuzlu və oliqarxlaşmış nazirləri vəzifədən çıxararaq onların yerinə gənc, korrupsiyaya bulaşmamış kadrlar gətirilmişdi. Görünən odur ki, iqtidar oliqarxları mərhələli şəkildə iqtisadiyyatın müxtəlif sektorlarından uzaqlaşdırmaq istiqamətində iş aparır. Prezident İlham Əliyevin idarəetməni "ASAN xidmət" modelinə çevirməklə bağlı planlarının olduğu da dəfələrlə bildirilir. Elə ölkə başçısının özü də çıxışlarında bu haqda bəhs edib".
Fazil Mustafa isə düşünür ki, əsas kriteriya gətirilən yeni kadrların islahatlara meylli olmasıdır: "Hesab etmirəm ki, yaşlı kadrların yerinə gənc kadrların gəlməsi nəyisə dəyişə bilər. İslahatçı düşüncəyə sahib olan gənc kadrlar vəzifəyə gətirilərsə, bu yolla nəyəsə nail olmaq olar. Əks halda, yaş məsələsi islahatlar aparmaq üçün heç bir halda kriteriya deyil. Bu baxımdan, mən bu məsələdə bir qədər ehtiyatlı davranmağın tərəfdarıyam. Daha səviyyəli və hazırlıqlı kadrların, cəmiyyət arasında müəyyən reputasiyaya malik kadrların vəzifəyə gətirilməsi daha müsbət nəticələr verər. Bir çox belə kadrlar var. Amma onların heç də özünü doğrultduğunu söyləmək olmaz. Bu baxımdan, məsələyə gənclik deyil, keyfiyyət prizmasından baxılmalıdır. Ümid edək ki, yeni təyin olunan kadrlar bu keyfiyyət göstəricisinə cavab verəcək”.
Deputatın fikrincə, oliqarxların vəzifədən kənarlaşdırılması, monopoliya imkanlarının əllərindən alınması iqtisadiyyata əsaslı şəkildə təsir göstərə bilməz: "Bu prinsiplə məsələyə yanaşmaq doğru deyil. Çünki hakimiyyətdə qalanların içində də oliqarxiyaya daxil olan insanlar var. İndiyə qədər həbs olunanlar da oliqarx idi, onlar vəzifədən getdikdən sonra oliqarxiya dayanmadı ki... Ona görə də məsələni daha fərqli kontekstdə götürməliyik, islahatçı xarakterə sahib olan insanlar vəzifəyə gətirilməlidir. Ola bilər ki, yeni kadr korrupsiyaya bulaşmayıb, oliqarxiyaya daxil deyil, ancaq islahatların əleyhdarıdır”.
NUH.az
Oxşar xəbərlər
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 2026 12:46
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 2026 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 2026 21:52
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 2026 18:43
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 2026 13:53
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 2026 21:01
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 2026 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 2026 12:18
Xəbər lenti
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
Video & Fotoqalereya
Video
Fotoqalereya
