Əli Həsənov veteranlarla görüşdü - FOTOLAR
Siyasət19 fevral 2017 18:17
Fevralın 18-də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında veteranlarla görüşərək onların qayğıları ilə maraqlanıb.
Trend-in məlumatına görə, görüşdə Prezident İlham Əliyevin veteranlara göstərdiyi diqqət və qayğıdan söhbət açılıb, dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.
Prezidentin köməkçisi vurğulayıb ki, ölkə həyatında daim fəallıq göstərən veteranlar yalnız mənsub olduqları nəslin və ailələrin deyil, bütün xalqın fəxri, ağsaqqalı və ağbirçəyi hesab edilir.
Azərbaycanda müharibə əlilləri və veteranlarının yüksək dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edən Əli Həsənov bildirib ki, bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti canlanıb, veteranlara münasibət əsaslı şəkildə dəyişib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Təkcə cari ilin əvvəllərində müvafiq sərəncamlar imzalanıb, İkinci Dünya müharibəsi veteranları - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Aleksandr Qritçenko və Fatma Səttarova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Hər iki qocaman veteran bu yüksək dövlət mükafatına ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə layiq görülüb.
Sonra Prezidentin köməkçisi Azərbaycan Prezidentinin fəxri diplomlarını Fatma Səttarovaya və Aleksandr Qritçenkoya təqdim edib, onlara cansağlığı və işlərində uğurlar arzulayıb.
Fatma Səttarova və Aleksandr Qritçenko yüksək təltifə və diqqətə görə Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Prezident İlham Əliyevin müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsini gücləndirmək istiqamətində ardıcıl addımlar atdığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda veteranlara sözün həqiqi mənasında mənəvi sərvət kimi yanaşılır. Azərbaycan veteranları dövlətimizin başçısının daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyir və bu siyasətin gələcəkdə də uğur qazanması üçün bütün bilik və bacarıqlarını sərf etməyə çalışırlar.
NUH.az




Oxşar xəbərlər
- Qəbələdə rəsmi lanç verildi - Fotolar
27 aprel 2026 16:05
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 2026 19:59
- Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Fotolar
25 aprel 2026 11:46
- Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi - Fotolar
22 aprel 2026 11:25
- Latviya Prezidenti Azərbaycana səfərə gəldi - Fotolar
22 aprel 2026 00:16
- Nasizmin qurbanı olan azərbaycanlılar üçün Bergen-Belzendə xatirə lövhəsi açıldı - FOTOLAR
21 aprel 2026 00:12
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 2026 12:36
- Əliyevlə Şaraa görüşdü - Fotolar - Yenilənib
17 aprel 2026 12:36
- Sahibə Qafarova Simonyanla görüşdü - Foto
16 aprel 2026 17:25
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 2026 18:40
Xəbər lenti
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
Video & Fotoqalereya
Video
Fotoqalereya
