MTN generaliteti getdi...üç gömrük generalı İlham Əliyevə qarşı birləşdi - Şok faktlar/Video

Azərbaycan generalları prezident İlham Əliyevdən əl çəkmir ki, çəkmir... Türkiyədə “Balyoz”, “Ergenekon”, FƏTÖ generallarının təxribatından fərqli olaraq, milli generalitetimiz dövlət başçısının daxili siyasətinə “quyu qazır”.
AnaXeber.Az yazır ki, birinci cəhdi fiaskoya uğrayan generalitetin növbəti provokativ hərəkətləri müşahidə olunmaqdadır. Əgər MTN generalları sahibkarların dərisinə saman təpib, boğazını üzürdüsə, gömrük generalları onlardan heç nə fərqlənmir.
Sadəcə, Eldar Mahmudov - Akif Çovdarov gizli şəkildə iş adamlarını oğurladıb soyurdular, gömrük generalları isə qanuni don geyindirmək adı ilə sahibkarların “qanını içir”. Hər iki generalitet iş adamlarının həyatını zindan etməkdə olub.
MTN bəlasından qurtulmuş iş adamları dərin bir nəfəs alaraq nisbətən sərbəst şəkildə sahibkarlıqla məşğul olacağına ümid edirdilər ki, indi də gömrükçülər meydana çıxıb.
Əslində, onlar da yeni deyil, amma mahmudovçuların yoxluğu fonunda daha qabarıq və parlaq görünürlər. Bunun da sonuncu nümunəsi Biləsuvar rayon Nəsimi kənd sakini Alışov Cabirin timsalında göz qabağındadır.
İş adamının Rusiya Federasiyasından vətənə gələrkən Samur Gömrük keçid məntəqəsində başına gətirilən müsibət oxuculara tanışdır. Xəbəri olmayanlara bir qədər sonra...
AnaXeber.Az yazır ki, prezident İlham Əliyev ötən il bir neçə fərman imzaladı. Xüsusi ilə diqqət çəkən fərmanlar gömrüklə bağlı oldu. Fərmanlarla və sərəncamlarla paralel olaraq, prezident iş adamlarına şərait yaradılması haqda tapşırıqlar verdi.
İqtisadi böhran yaşayan ölkənin iqtisadiyyatına gəlir gətirmək, iş yerləri açmaq üçün sahibkarlara işləməyə imkan verilməsini dəfələrlə xatırlatdı.
Ən əsası - həm icra başçılarına, həm bütövlükdə məmur kontingentinə göstəriş verdi ki, investorlar cəlb etsinlər. Lakin gömrük generalları bunun əksinə hərəkət etməkdədirlər.
Söhbət Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Aydın Əliyev, Bakı Gömrük İdarəsinin rəisi, general-mayor Vüsal Novruzov və gömrüyün qeyri-rəsmi kuratoru, fövqəladə hallar naziri, keçmiş DGK rəhbəri, general-polkovnik Kəmaləddin Heydərovdan gedir.
Göründüyü kimi, üç general İ.Əliyevin siyasətinə qarşı sıx birləşib. Prezident monopoliya, bürokratiya, inhisarçılıq, soyğunçuluq, sahibkarların sıxışdırılmasına qarşı sərt xəbərdarlıqlar edir, mühüm fərmanlar imzalayır, göstərişlər verir.
Əfsus ki, gömrük generalları MTN generalitetindən fərqlənməyərək iş adamlarına “divan tutur”lar. C.Alışovun başına gələnlər də bu prizmadan dəhşətli görsənir.
AnaXeber.Az yazır ki, iş adamı azadliq.info-ya danışıb. 2005-ci ildən Dağıstanda tikinti biznesi ilə məşğul olan C.Alışov prezidentin iş adamlarına çağırışından sonra ruhlanaraq illərlə qazandığı pulu Azərbaycana gətirib istehsalla məşğul olmaq fikrinə düşüb.
Azərbaycan Resbublikasına daxil olarkən kömrük keçid məntəqəsində üzərində olan 88 min ABŞ dollarını gömrük işçilərinə təqdim edib. Ona 28 min ABŞ dolları olan qəbz təqdim edilib. Cabir Alışov həmin sənədi imzalamaqdan imtina edib.
Pullar isə gömrük işçilərində qalıb. Bundan sonra məlum olub ki, ona Gömrük Komitəsinin İstintaq idarəsində cinayət işi açılıb.
Amma əlində olan səs yazısını təqdim edəndən sonra bəyənnaməni düzgün təqdim etməməyi əsas gətirərək 88 min ABŞ dolları məbləğində pulunu və sənədlərini bu günə kimi özünə qaytarmırlar.
Cabir Alışov hazırda 3 azyaşlı övladının Mahaçqala şəhərində qaldığını bildirir. Həm işindən, həm ailəsindən kənar qalıb. Azərbaycanda qaldığı hər saniyə üçün peşmançılıq çəkdiyini bildirən vətəndaş: “Belə hadisələri eşidən kim ölkəyə pul gətirmək istəyər?”,- deyir.
Qanunla hər bir vətəndaş ölkəyə 10 min dollar məbləğində pul bəyannaməsiz keçirə bilər. Qanun bunu qadağan etmir. C.Alışovun üzərində 88 min dollar olduğu üçün bəyannamə yazmalıdır.
İş adamı da yazmaq istəyib, amma pulunu əlindən alıblar. Səs yazısını görəndə cinayət işi açıb vəziyyətdən çıxmaq istəyiblər. Sanki bu adam ölkədən 88 min pul çıxarır yaxuda da hansısa missioner təşkilata maliyyə aparır.
Əksinə, bir investor kimi ölkəyə pul gətirirsə, Azərbaycan ərazisinə pul girirsə buna heç bir maneə olmamalıdır. Halbuki, Rusiya tərəf Alışovu sorğu-sual edə bilərdi ki, ölkəmizdən bu qədər kapitalı hara aparırsan?
AnaXeber.Az yazır ki, əgər sahibkar Rusiya gömrüyünü maneəsiz keçirsə və problem yaranmırsa Azərbaycana daxil olan vəsait niyə gömrükdə saxlanmalıdır? Bu, birbaşa gömrük generallarının qurduğu sistemin prezidentin investorlarla bağlı tapşırıqlarına zidd fəaliyyətidir.
Heç bir halda Azərbaycanda pul çıxmırdı, vəsait daxil olurdu, gömrük də sevinməliydi ki, ölkəyə pul girir. Hazırda 88 min dollar təxminən, 160 min manat edir.
İş adamı qazandığı pulla Biləsuvarda müəssisə aça bilərdi, işsiz adamları yanına cəlb edərdi, xeyir dövlətə, vergiyə və xalqa qalardı. Amma öz mənfəətini düşünən məmurları dövlət və xalq maraqlandırmır. Yada salaq ki, bir neçə il qabaq oxşar aqibətlə Hacıqabul sakini, sahibkar Tərlan Quliyev qarşılaşmışdı.
Sadəcə, iş adamı ölkədə pul çıxarıb Dubaya iş alınca gedirdi. Yəni, mal vurub vətənə qayıdacaqdı. Lakin onu saxlayıb Hava Limanında Baş Gömrük İdarəsinin qaçaqmalçılıqla mübarizə şöbəsinə aparıblar.
Orada ondan ölkədən apardığı pula görə 2 min dollar rüşvət istəyiblər. Tələb olunan məbləği vermədiyinə görə xarici pasportu və 16 min 927 dollar pulu gömrükçülər tərəfindən götürülüb. 10 ay sonra xarici pasportu qaytarılsa da, pulu tam qaytarılmayıb.
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
5 iyul 2025 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
5 iyul 2025 10:44
- Ermənistan Rusiyaya NOTA verdi
5 iyul 2025 00:44
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
4 iyul 2025 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
4 iyul 2025 14:08
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
3 iyul 2025 21:38
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Prezident bu yolun açılışını ETDİ
3 iyul 2025 11:58
- Araz Ağalarov barəsində icraat başladıldı
2 iyul 2025 23:12
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23