Eks-deputatın “imperiyası” süqut edir: bank və universitet bağlanır
Hadisə23 fevral 2017 18:31

Keçmiş deputat, biznesmen Əhməd Vəliyevin “imperiyası” süqut etməkdədir.
Politika.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, sabiq millət vəkilinin rəhbəri olduğu “Muğanbank” və “Odlar Yurdu Universiteti yaxın gələcəkdə fəaliyyətini dayandıracaq.
Ə.Vəliyev erasının bitdiyini iddia edən mənbə qeyd edir ki, ali məktəbin “Təfəkkür” universitetinin taleyini yaşayacağı, bankın da “Zamin bank”, “Bank Standart”ın aqibəti ilə üzləşəcəyi gözləntisi var.
Məlumatlara görə, təhsil sektorunda gedən islahatlar və adı rüşvətə bulaşmış, karton diplom istehsal edən təhsil ocaqları qapadılır, devalvasiyadan çökən, kredit verməkdən başqa işi olmayan bankların lisenziyası ləğv olunur. Bu tendensiyanın davamı olaraq Ə.Vəliyevin biznes şəbəkəsi iflas edir.
Sabiq millət vəkili Əhməd Vəliyevə bağlı olan təsisatların başı üzərini qara buludlar alıb. Əhməd Vəliyevin birbaşa nəzarətində olan Odlar Yurdu Universiteti və "Muğanbank" əvvəlki etimadını itirdiyindən ciddi risklərlə üz-üzədir.
İndiki halda nə Odlar Yurdu Universitetinə, nə də "Muğanbank"a qarşı hansısa təzyiqlərin olduğunu iddia etmək doğru olmazdı.
Adıçəkilən hər iki qurumda işlərin "axsaması" sadəcə olaraq Əhməd Vəliyevin adının arzuolunmaz olaylarda hallanmasıdır ki, bu da istər-istəməz həm Odlar Yurdu Universitetində, həm də "Muğanbank"da problemlərin yaranması ilə müşaiyyət olunur.
Məlum "dollar ajiotajı" fonunda digər bankların fəaliyyətində də müəyyən problemlər yaranıb. Amma "Muğanbank"dakı problemlər miqyasına görə digərlərindən fərqlənir.
İndi həm dollar ajiotajı, həm də bankın sahibi Əhməd Vəliyev haqda heç də xoş olmayan iddiaların səslənməsi "Muğanbank"a müştəri etimadını sıfıra endirib.
Əhməd Vəliyevin formalaşan yeni parlamentdə təmsil olunmaması da etimadsızlıq mühitinin formalaşmasında böyük rol oynayıb". Adıçəkilən bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir.
Onların "Muğanbank"dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda "Muğanbank"ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib.
Qeyd edək ki, səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir - Mehdiyev Elmir Maqbet oğlu - 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri - red.), Vəliyeva Vəfa Əhməd qızı - 12,05 % (Əhməd Vəliyevin qızı - red.), Mehdiyev Maqbet Rəhim oğlu - 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi - red.) Mehdiyeva Fəridə Cahandar qızı - 11.35 % (Ə.Vəliyevin qudası - red.)
Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır.
Beləliklə, aydın olur ki, "Muğanbank" Əhməd Vəliyevin hansı açıqlama verməsindən asılı olmayaraq ona və ailə üzvlərinə məxsusdur. Təbii olaraq, həm universitetin, həm bankın lisenziyasının ləğvi aktualdır.
NUH.az
Oxşar xəbərlər
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
9 oktyabr 2025 10:57
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
8 oktyabr 2025 10:07
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
6 oktyabr 2025 22:55
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
6 oktyabr 2025 15:34
- NAR-ın dəstəyi ilə Bütün Vücudlar Danışır layihəsinin hesabat tədbiri - Fotolar
6 oktyabr 2025 13:34
- Mikayıl İsmayılovun obyektlərində YOXLAMALAR BAŞLADI...
7 oktyabr 2025 15:34
- Bal və kişmiş möcüzəsi: Quru öskürəyi kəsir, qıcıqlanmanı aradan qaldırır
6 oktyabr 2025 09:31
- Altı ölkədə hələ də it əti yeyilir
5 oktyabr 2025 23:43
- 16 İLDİR Şuşanın icra başçısı işləyən Bayram Səfərov NƏHAYƏT GÖRÜNDÜ - Fotolar
5 oktyabr 2025 16:13
Xəbər lenti
- Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilir
09 oktyabr 15:37
- Əminə Yusifqızı vəfat etdi
09 oktyabr 14:53
- Prezident Tacikistana səfərə getdi (FOTO)
09 oktyabr 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
Video & Fotoqalereya
Video
Fotoqalereya