Mehriban Əliyeva kimsəsiz gənclərə toy etdi - FOTOLAR
Martın 4-də valideyn himayəsindən məhrum olan Yasəmən və İbrahim Abzotovların toy mərasimi keçirilib.
Mərasim Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunub.
Valideyn himayəsindən məhrum olan İbrahim və Yasəmən Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüblər. Elə onların məhəbbət hekayələri də burada başlayıb.
Fondun prezidenti Mehriban Əliyeva, vitse-prezidenti Leyla Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində olur, onların gündəlik qayğıları, təlim-tərbiyələri, təhsilləri, asudə vaxtlarının təşkili ilə maraqlanır və dəstək olurlar. Bütün görülən işlər və qayğı nəticəsində artıq Heydər Əliyev Fondu bu uşaqlar, yeniyetmələr üçün bir ailəyə çevrilib.
Fondun prezidenti Mehriban Əliyeva uşaq evlərində məskunlaşan gənclərə əsl ana qayğısı göstərir və bu münasibət yalnız onlar uşaq evlərində məskunlaşdıqları müddətdə deyil, həmin müəssisələrdən ayrıldıqdan sonra da davam edir. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən gənclər üçün Abşeron və Nizami rayonlarında yaşayış binaları inşa edilib. Həmçinin bu gənclərin işlə təmin edilməsi məsələsi də diqqətdə saxlanılır.
Heydər Əliyev Fondunun əməkdaşlarının müxtəlif bayram və əlamətdar günləri də uşaq evlərində məskunlaşan uşaqlar, gənclərlə birlikdə qeyd etmələri artıq bir ənənədir.
İbrahim Abzotovla on yeddi ildir dostluq etdiyini deyən Hicran Novruzov gənclərə ailə səadəti arzulayıb: “İbrahim fəal, savadlı və mərd bir oğlandır. Onu 11 yaşından tanıyıram. Bu müddətdə İbrahimlə aramda çox möhkəm dostluq yaranıb. Mən bu dostluqdan məmnunam. Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya valideyn himayəsindən məhrum olan uşaqlara göstərdiyi bu dəstəyə görə minnətdaram”.
Qeyd edək ki, İbrahim Abzotov 1989-cu ildə Bakıda doğulub. Kiçik yaşlarından valideyn himayəsindən məhrum olan İbrahim Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüb.
Məktəb illərində İbrahim Abzotovun nizam-intizamlı, savadlı və sağlam düşüncəli bir şagird olduğunu bildirən Elçin Abbasov İbrahimlə bir yerdə oxuyub. Sinif yoldaşına ən xoş arzularını çatdıran E.Abbasov deyib: “Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Onlar valideyn himayəsindən məhrum olmuş uşaqlara hər zaman diqqət və qayğı ilə yanaşırlar. Bugünkü gün də bu qayğının, diqqətin daha bir göstəricisidir. Ölkəmizdə gənclər, o cümlədən valideyn himayəsindən məhrum olanlar üçün hər cür şərait yaradılıb”.
Yasəmən Abzotova 1994-cü ildə Bərdə rayonunun Alaçadırlı kəndində dünyaya gəlib. 2001-ci ildən valideyn himayəsindən məhrum olub. Nizami rayonundakı 1 saylı uşaq evində təlim-tərbiyə alıb. 2012-ci ildə Nizami rayonu 220 saylı məktəbi bitirən Yasəmən Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olub.
Yasəmən Abzotova ilə Azərbaycan Dillər Universitetində birgə təhsil alan Türkan Qurbanzadə ən yaxın rəfiqəsinə xoşbəxtlik və ailə səadəti arzulayıb: “Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya valideyn himayəsindən məhrum uşaqlara, gənclərə göstərdiyi dəstəyə görə sonsuz minnətdarlığımı bildirirəm. Bu gənclərin qayğıya böyük ehtiyacları var”.
Nizami rayonu 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova yeni ailə quran gənclərə xoşbəxtlik, gələcək ailə həyatlarında uğurlar diləyib: “Bilirsiniz ki, fəaliyyətə başladığı gündən Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyeva valideyn himayəsindən məhrum olan uşaqların təlim və tərbiyəsi istiqamətində, eləcə də ölkəmizdə təhsil və sosial sahələrdə çoxsaylı tədbirlər reallaşdırıb. Valideyn himayəsindən məhrum olan uşaqlara hər zaman xüsusi qayğı ilə yanaşıb. Mehriban Əliyeva ölkəmizdəki uşaq evlərinin fəaliyyətini daim diqqətdə saxlayır. Bugünkü toy mərasimi bir daha göstərir ki, ölkəmizdə hər bir vətəndaşın, hər bir gəncin arxasında Azərbaycan dövləti dayanır”.
Yeri gəlmişkən, Yasəmən 2016-cı ildə universiteti bitirdikdən sonra Heydər Əliyev Mərkəzində çalışır. İbrahim isə təhsilini başa vurduqdan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işlə təmin olunub.
Ailə quran gənclər Nizami rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan gənclər üçün inşa edilmiş yaşayış binasında mənzillə də təmin edilib.
Toy mərasimində bəylə gəlinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından avtomobil hədiyyə olunub.
Qaynar.Az



- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 2026 12:46
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 2026 11:27
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 2026 18:43
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 2026 12:13
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 2026 21:01
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 2026 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Xocavənd, Qırmızı Bazar və Xanobaya köç karvanları yola salındı (FOTO)
28 aprel 2026 09:23
- Zərifə Əliyevanın doğum günüdür
28 aprel 2026 00:36
- Qəbələdə rəsmi lanç verildi - Fotolar
27 aprel 2026 16:05
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
