Mövzuya qayıdacağıq.
Redaksiyadan: Yazıda adı çəkilən qurumların və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
Conflict.az
KƏND QƏBİRSTANLIĞINI DA SATAN BƏLƏDİYYƏ SƏDRİ: “SİZ MƏNDƏN VİLYAM HACIYEVƏ YOX, ÇALIŞIN PREZİDENTƏ ŞİKAYƏT EDİN” - İDDİA
Cəmiyyət5 mart 2017 13:01

Qanundan kənar baş verən hadisələrin fəsadlarını aradan qaldırmağa qanunla borclu olan icra başçısı, əvəzində uzun illərdir əlaqədə olduğu “mediadakı dostları” vasitəsilə rəhbərlik etdiyi rayondakı problemlərə ictimai nəzarəti yönəldən media orqanlarına “təsir etməyə” üstünlük verir.
«Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq». Bu sözləri Prezident Bakı Biznes Mərkəzində keçirilən «2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib. Bu söz o zaman, yerində və vaxtında deyildi ki, dövləti vəzifədən istifadə etməklə kulli miqdarda sərvətə sahiblənmiş məmurların övladları sözün əsl mənasında sağalmaz virus kimi təhlükəli idilər. Belə şəxslərin özləri və valideynləri ilə bağlı ölkə başçısının atdığı təqdirəlayiq addımlardan sonra problem tam olmasa da, hiss ediləcək qədər azaldı. Məsələnin ən qəribə tərəfi isə indi həmin “tipləri” əsasən əyalətlərdə yerli icra başçılarına güvənərək özlərini “şımarıq cocuq” kimi aparan bəzi qurum rəhbərləri əvəzləyiblər. Conflict.az olaraq dəfələrlə qeyd etmişik – İmişli rayonu sanki idarəolunmaz məkandır. Burada Maliyyə idarəsinin rəisi Rəhim Rəhimov toyda adam döyür, xuliqanlıq edir, görəvindən alınır, lakin bir neçə ay sonra heç nə olmamış kimi yenidən görəvinə qayıdır. Vilyam Hacıyev isə seyr edir və susur. Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişli Suvarma Sistemləri idarəsindən alınan arayışa əsasən rayon mərkəzindən keçən MTS adlı kanalın üstündə və mühafizə zolağında müxtəlif təyinatlı obyektlər tikilir, kanalın məcrası üfunət qoxuyan zibilliyə çevrilir və idarə rəisi gizlətmədən - “mən kiməm, tikintiyə icazə sərəncamını Vilyam Hacıyev verir” – deyə açıqcasına məsələnin nədənini söyləyir, yenə də Vilyam Hacıyev susur. Rəsullu, Yalavac və Şahverdili birləşmiş kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov rayonun Rəsullu kənd sakinləri Şükürov Şahverdi Mehdi oğlunun və Şükürov Hikmət Fikrət oğlunun üstünə silah çəkir, kənd sakinləri etiraz əlaməti olaraq İcra Hakimiyyətinin binası qarşısına yürüş edirlər. Rəsullu kənd sakini Mehdi Şükürovun İmişli rayon prokuroruna və İmişli RPİ-nin rəisinə ünvanladığı şikayət ərizəsində bələdiyyə sədri Qəhrəman Qəhrəmanovun onun oğlunu və qardaşı oğlunu avtomat silahla hədələyərək “rayonda kimsə qarşımda at oynada bilməz” – dediyini yazır və səhəri gün bu məsələ mətbuatda dərc edilir, bələdiyyə sədri isə cavabında “mən onları avtomatla deyil, qoşalülə adlanan ov tüfəngi ilə hədələmişəm “ deyə etiraf edir, amma yenə də, yenə də Vilyam Hacıyev susur. Bunlar bu rayonla bağlı bildiklərimizin olduqca az bir qismidir. Qanundan kənar baş verən hadisələrin fəsadlarını aradan qaldırmağa qanunla borclu olan icra başçısı əvəzində uzun illərdir əlaqədə olduğu “mediadakı dostları” vasitəsilə rəhbərlik etdiyi rayondakı problemlərə ictimai nəzarəti yönəldən media orqanlarına “təsir etməyə” üstünlük verir. Conflict.az-a bir müddət öncə Rəsullu kənd sakinləri Şükürov Şahverdi Mehdi oğlunun və Şükürov Hikmət Fikrət oğlunun üstünə silah çəkdiyini özü də etiraf edən, lakin bu günə kimi muzeydə qorunan antikvar sayağı toxunulmaz qalan Rəsullu, Yalavac və Şahverdili birləşmiş kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanovla bağlı maraqlı faktlar daxil olub. Əldə etdiyimiz sənədlərdən və şəkillərdən məlum olur ki, bələdiyyə sədri rayonun Rəsullu kənd qəbirstanlığına aid olan sahəni ayrı – ayrı sakinlərə şəxsi evlər tikmək məqsədilə sadəcə satıb. Etiraz edənlərə “kim hara istəyir gedib şikayət edə bilər, icra başçısı deyib məndə satmışam” – deyə cavab verən Qəhrəman Qəhrəmanov son hərəkətləri, eyni zamanda “cəsarətli” etirafları ilə İmişlidəki daxili idarəetmə üsulunu çılpaqlığı ilə göstərir. “Biz gələcəkdə dünyasını dəyişən yaxınlarımızı harada basdıracağıq” - deyə etiraz əlaməti olaraq İmişli rayon İcra Hakimiyyətinə gəlmək istəyənlərə - “siz məndən Vilyam Hacıyevə yox, çalışın Prezidentə şikayət edin” – söyləyən sıradan bir kənd bələdiyyəsinin sədrinin bu qədər özündənrazı, iddialı olmasının yalnız bir səbəbi var – İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyevin baş verənlərə seyeriçi yanaşması.

Əksini iddia etmək sadəcə hekayədir. Toyda sərxoş vəziyyətdə xuliqanlıq edərək adam döyən İmişli Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimov məhz həmin hadisəyə görə görəvindən müvəqqəti alındı və bir neçə ay sonra, heç nə olmamış kimi bu gündə həmin quruma rəhbərlik edir? Edir.
Əgər adamın hərəkətlərindən qanundankənar hallar yox idisə nədən görəvdən alınmışdı? Bəs hansı vasitələrdən istifadə etməklə yenidən görəvinə qayıtdı? İmişli Suvarma Sistemləri İdarəsinin balansında olan MTS adlı kanalın üstü və mühafizə zolağı ayrı – ayrı şəxslərə müxtəlif təyinatlı obyektlərin tikilməsi üçün satılıb? Satılıb.

Həmin obyektlərin şəkilləri dəfələrlə mətbuatda, o cümlədənConflict.az-da dərc edilib? Edilib. Bu obyektləri tikmək üçün rayon icra hakimimyyəti başçısının qolu ilə təsdiqlənmiş sənəd tələb edilir? Edilir. Qəhrəman Qəhrəmanovla bağlı silahla hədələmə olayının üstündən bir ay keçməmiş ikinci şok effekt yaradacaq hadisə baş verir – kənd qəbirstanlığının ərazisi satılır. Bu məsələ dərc etdiyimiz sənədlərdə və şəkillərdə də öz təsdiqini tapır. İnanmaq istəyirik ki, öncəki hadısələr zamanı susan, idarəçilikdən daha çox seyriçi təəssüratı yaradan İmşli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, onu artıq 13 ildir ki, Göy – Göldən Samuxa, oradan da İmişliyə ardıcıl olaraq icra başçısı təyin edən Prezidentinə dil uzadan bələdiyyə sədrinə yerini göstərmək cəsarəti nümayiş etdirəcək.

Və cənab icra başçısına onu da xatırlatmaq istəyirik ki, sənəddə adı keçən Cəbiyeva Gülbəniz Həsənqulu qızı İmişli rayon Rəsullu, Yalavac və Şahverdili birləşmiş kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanovun müavini Rövşən Cəbiyevin həyat yoldaşıdır. Bunu nə Gülbəniz xanım nə də Rövşən müəlim inkar edirlər. Hətta Qəhrəmanova bu ərazini almaq üçün verdikləri məbləği belə gizlətmirlər. Digər sənəddə isə həmin birləşmiş bələddiyyəyə aidiyyatı olmayan Xəlfəli kənd sakini Qafarov Mənsur Kamil oğluna, Yalavac kəndi ərazisində həyətyani torpaq sahəsinin ayrılması göstərilir. Məlumatı verən mənbə həmn sənədin ekspertiza yoxlamasından keçməsinin də vacibliyini bildirdi. Mənbə əlavə olaraq onu da qeyd etdi ki, Qəhrəman Qəhrəmanov da, İmişli Maliyyə idarəsinin, İmişli Suvarma Sistemləri idarəsinin və hələ adını çəkmədiyimiz digər qurumların rəhbərləri kimi onların qanunsuz əməllərinə etiraz edənləri həbslə hədələyirlər. Maraqlıdır, İmişlidə qərarlar qanunlara müvafiq qəbul edilir, yoxsa hansısa kiçki çaplı məmurun sifarişi ilə?Görəsən bu kiçik çaplılar kimə və ya nəyə güvənərək yüz mindən çox əhalisi olan bir rayonu təhdid altında saxlayırlar? “...Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam...” Bunu isə yüz mindən çox əhalisi İmişlinində, İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevində, rayonun Rəsullu, Yalavac və Şahverdili birləşmiş kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanovun da, İmişli Maliyyə İdarəsini rəisi Rəhim Rəhimovun da, Əhməd Əhmədzadənin də, onun rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişli Suvarma Sistemləri idarəsinin rəisinin də, on milyona qədər əhalisi olan Azərbaycanın Prezidenti deyir.

Mövzuya qayıdacağıq.
Redaksiyadan: Yazıda adı çəkilən qurumların və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
Conflict.az
Oxşar xəbərlər
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 2025 01:52
- Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir (FOTO)
18 avqust 2025 23:50
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 2025 22:03
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 2025 10:16
- Yeməklərə qonan milçəklərdən bezmisiniz? - ən sadə üsul, həşəratlar birdəfəlik QAÇACAQ
18 avqust 2025 09:58
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 2025 17:29
- Balakəndə camış sahibini vurub öldürdü
17 avqust 2025 17:18
- 15 milyona torpaq sahəsi aldı
17 avqust 2025 09:50
- Ərdoğanın oğlu Azərbaycana gəldi
17 avqust 2025 09:02
- Avropanın tərk edilmiş ən qorxulu 4 kəndi (FOTO)
16 avqust 2025 10:29
Xəbər lenti
- Çin və Hindistan RAZILIĞA GƏLDİ
20 avqust 08:39
- Uzunömürlülüyün sirri: Alimlərin müəyyən etdiyi 5 əsas amil
20 avqust 08:26
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 01:52
- Pezeşkian İrəvandan Minskə getdi
20 avqust 01:15
- NAR nüfuzlu Stevie mükafatına layiq görüldü
20 avqust 00:55
- Fransa Azərbaycana yeni səfir təyin etdi
19 avqust 23:37
- Şair Məmməd İsmayıl vəfat etdi
19 avqust 22:14
- Şəmkirdən Britaniyaya uzanan yol - Azərbaycanlı gəncin uğur hekayəsi
19 avqust 15:32
- Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcək ŞAHZADƏ
19 avqust 14:38
- Prezident The Goldman Sachs Group Inc şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul etdi (FOTO)
19 avqust 12:01
- AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
19 avqust 10:43
- Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib
19 avqust 10:06
- Putin-Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?
19 avqust 09:41
- İran prezidenti İrəvanda Göy Məscidi ziyarət etdi, namaz qıldı
19 avqust 00:34
- Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir (FOTO)
18 avqust 23:47
- Trampla Zelenski Ağ Evdə görüşdü (YENİLƏNİB)
18 avqust 22:25
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 21:38
- Pezeşkian İrəvandadır - Foto
18 avqust 16:34
- Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
18 avqust 16:15
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 12:22
- Azərbaycanın bütün bölgələrində və Bakıda QOYUN və KEÇİ-lər AZALIB
18 avqust 11:30
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 10:16
- Yeməklərə qonan milçəklərdən bezmisiniz? - ən sadə üsul, həşəratlar birdəfəlik QAÇACAQ
18 avqust 09:58
- Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər saxlanıldı
18 avqust 09:43
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
18 avqust 09:30
- Zelenski Vaşinqtondan ilk açıqlama verdi: Krımdan imtina etməyə dəyməzdi...
18 avqust 09:09
- Zelenski Trampla görüşmək üçün ABŞ-a yola düşdü
18 avqust 00:06
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
17 avqust 21:53
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 17:29
- Sabah Avropa liderləri Trampla görüşəcək
17 avqust 17:24
Video & Fotoqalereya
Video
Fotoqalereya