- Azərbaycan Polisi 107 yaşında!
- Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – Sonra da deyirik bizi niyə sevmirlər?
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
Ailə Nazirliyi, yoxsa Dövlət Xidməti?!

Dövlət Miqrasiya Xidmətinin (DMX) işindəki çatışmazlıqlar barədə çoxdan həyəcan təbili çalınırdı. Lakin bu siqnallar o qədər yayğın idi ki, onları sistemləşdirmək, detal və faktları dəqiqləşdirərək bunun əsasında ümumi qənaətə gəlmək üçün aylarla işləmək lazım gəlirdi.
Bəri başdan deyək ki, DMX-dan gələn şikayətlərin sayı xüsusilə son iki ildə, yəni Firudin Nəbiyev bu quruma rəhbər təyin olunandan sonra artıb. Ona görə də virtualaz.org saytı bu qurumla bağlı araşdırmasına elə F.Nəbiyevin özünün tərcümeyi-halından başlamaq qərarına gəldi. Məqsəd odur ki, oxucular məsələnin mahiyyətini daha asanlıqla başa düşsün.
5 ilə necə general olmaq mümkündür?
F.Nəbiyev 1960-cı ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında anadan olub. 1988-ci ildə Rusiyanın İvanovo şəhərində Kimya Texnologiyası İnstitutunu bitirib. Elə həmin ildən etibarən Azərbaycanın Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələr tutub.
2001-ci ildə F.Nəbiyevin həyatında gözlənilməz hadisə baş verdi. O, Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini təyin olundu. 2003-cü ildə sərhəd xidmətinin statusu dəyişəndən sonra onun da vəzifəsi dəyişdi. F.Nəbiyev Dövlət Sərhəd Xidməti (DSX) rəisinin maddi-texniki təchizat məsələləri üzrə müavini - DSX-nin Maddi-Texniki Təchizat Baş İdarəsinin rəisi oldu.
Bundan sonra isə tutduğu vəzifəyə müvafiq ali təhsil almaq qərarına gəldi və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu. 2006-cı ildə, yəni cəmi 5 il ərzində isə general-mayor hərbi rütbəsini almağa nail oldu.
F.Nəbiyev 2008-ci ildə DSX rəisinin birinci müavini - DSX-nin Baş Qərargah rəisi postuna irəli çəkilib.
Başqa sözlə, yüngül sənaye sahəsində çalışdığı 13 il ərzində heç bir titula yiyələnməyə nail olmayan F.Nəbiyev DSX-da cəmi 7 ilə başgicəlləndirici karyera qazanıb, bu xidmətdə ikinci şəxsə çevrilib.
Lakin hələ bunlar da hamısı deyil. F.Nəbiyev 2012-ci ildə artıq Dövlət Miqrasiya Xidmətinin rəisi idi və ona “III dərəcəli miqrasiya xidməti dövlət müşaviri” xüsusi ali rütbəsi verilmişdi. O, xidmət dövründə 6 medal və 2 ordenlə də təltif edilib.
Belə görünür ki, F.Nəbiyev Dövlət Sərhəd Xidmətinin kollektivi ilə bərk dostlaşıbmış. F.Nəbiyev ya buna görə, ya da ona himayədarlıq etdiyi üçün minnətdarlıq əlaməti olaraq öz keçmiş şefi və yerlisi, DSX rəisi, general Elçin Quliyevin birdən-birə 6 yaxın qohumunu DMX-da rəhbər vəzifələrə təyin edib.
Ailə podradı
Beləliklə, Elçin Quliyevin əmisi oğlu Elfan Quliyev DMX-da idarə rəisi, digər əmisinin oğlu Nizami Quliyev kadrlar şöbəsinin müdiri, əmisi nəvəsi Rəşad Quliyev isə baş inspektor vəzifələrinə təyin ediliblər.
Elçin Quliyevin dayısı, general-mayor Pərviz Musayev isə DMX rəisinin, yəni F.Nəbiyevin özünün müavini təyin olunub.
F.Nəbiyev bununla da kifayətlənməyərək E.Quliyevin xalası oğlunu DMX-nin aparat rəhbəri, E.Quliyevin qardaşı Akif Quliyevin qaynı Namiq Səfərovu isə mərkəzi aparatın şöbə rəisi təyin edib. Minnətdarlıq daha necə olar?!
Lakin F.Nəbiyevin ürəyi o qədər genişdir ki, bunlarla da qane olmayıb, digər keçmiş iş yoldaşlarını da unutmayıb. Bəzilərini sadalayaq.
DMX-nin Lənkəran regional idarəsinin rəisi Səmədağa Abdullayev DSX rəisi Elçin Quliyevin baş köməkçisi, general-mayor Cavid Abdullayevin qardaşıdır.
DMX-nin Şəki regional idarəsinin rəisi İlqar Mehdiyev DSX rəisinin müavini, general-mayor İlham Mehdiyevin qardaşıdır.
DMX-nin şöbə rəisi Şəfəq Tağıyeva DSX generalı Rəsul Tağıyevin bacısıdır.
DMX-nin baş inspektorları Gəray Nuriyev, Fuad Sadıqov və Ayla Şirinzadə isə müvafiq olaraq DSX rəisinin müavini Azad Ələkbərovun kürəkəni, DSX rəisinin I müavini Rəşad Sadıqovun qardaşı və DSX generalı Feyruz Şirinzadənin qızıdır...
Necə deyərlər, Dövlət Xidməti deyil, “Elçin Quliyev və Co.” törəmə müəssisədir... Amma yox, qanunsuz miqrasiya ilə mübarizə aparmalı olan iki müxtəlif qurumun səylərinin birləşdirilməsi heç də pis ideya deyil. Bu qurumların belə qohumluq əlaqələrinin əla faydası ola bilər. Təbii ki, orada çalışan qohumlara, ümumi işə yox!
F.Nəbiyev özününkülərin də xətrinə dəyməyib. Təkcə onu demək kifayətdir ki, F.Nəbiyevin kirvəsi İntiqam Məmmədov DMX-nin Bakı idarəsinin, bibisi oğlu Şəhriyar Tağıyev isə DÇX-nin şöbə rəisidir.
Amma onlar heç olmasa yaxın qohumlardır. Bəs DMX-nin Baş İdarəsinin rəisi Rövşən Səfərova nə sözünüz?! R.Səfərovun üçüncü həyat yoldaşı F.Nəbiyevin qohumudur.
DMX-da vəzifə tutan neçə-neçə məmuru hələ sadalaya bilmədik. Gəlin onların əvəzinə ölkənin başqa dövlət qurumlarında rəhbər vəzifələrdə çalışan şəxslərin DMX-da vəzifə tutan qohumlarını sadalayaq.
DMX rəisinin müavini İqbal Babayev müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin qaynıdır.
DMX-nin şöbə rəisi Emin Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əmisi oğludur.
DMX-nin maliyyə şöbəsinin rəisi Ayaz Babayev “Azəryolservis” ASC-nin şefi, deputat Cavid Qurbanovun yaxın qohumudur (həyat yoldaşı xətti ilə).
DMX Baş İdarəsinin rəisi Elxan Vəliyev ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qohumudur.
DMX-nin şöbə rəisi Orxan Kazımov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun qohumudur (A.Rəhimov F.Nəbiyevə qədər DMX-nin rəisi olub).
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qohumu Maqsud Bədəlli isə DMX-da vur-tut baş inspektor vəzifəsində çalışır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın qohumu Babək Hüseynov da DMX-da baş inspektor vəzifəsini tutur.
Səfərov qardaşları onların fonunda dərhal seçilir: Rövşən Səfərov idarə rəisidir, Mehman Səfərov isə şöbə rəisi. İki qardaşın eyni dövlət idarəsində rəhbər vəzifələr tutması necə mümkün olub?! Məlum deyil.
DMX-da hüquq-mühafizə orqanlarında çalışan nüfuzlu şəxslərin qohumları da az deyil.
Məsələn, Dövlət Xüsusi Mühafizə Xidmətinin yüksək rütbəli əməkdaşlarından olan Elman Hüseynovun qardaşı Cəmil Hüseynov DMX-da şöbə rəisidir. Cəmil Hüseynovun oğlu Emil Hüseynov da DMX-da çalışır.
Qanunsuz Miqrantları Saxlama Mərkəzinin rəisi Əsgər Əhmədov Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədovun əmisi oğludur. DMX-nin baş inspektoru Emil Abuzərli isə MTN-in Nərimanov rayon şöbəsi rəisinin oğludur...
Daha da dərinə getməyə, siyahını uzatmağa ehtiyac yoxdur. Amma bu siyahını F.Nəbiyevin sahibkar dostlarının qohumları ilə də tamamlamaq olar.
Kafelər, restoranlar, salonlar sahibi...
Yeri gəlmişkən, F.Nəbiyevin dövlət orqanlarında yüksək post tutmasına baxmayaraq özünün də ciddi şəkildə bizneslə məşğul olmasına dair fikirlər dolaşır. Deyilənlərə görə, o, bir çox kafe və restoranların sahibidir, üstəlik türk ustaların çalışdığı çoxsaylı gözəllik salonlarına “krışalıq” edir.
F.Nəbiyev bacarıqlı və təşəbbüskar adamdır. O, nüfuzlu adamların qohumlarını öz ətrafına toplamaqla bir güllə ilə iki dovşan vurur. Əvvəla, ölkənin yüksək rütbəli məmurlarını özünə yaxınlaşdırır, eyni zamanda onları özünə haradasa borclu edir. İkincisi isə DMX-da “özününkülər” səviyyəsinə çatdırdığı həmin qohumlar vasitəsilə istənilən problemlərinin həllinə asanlıqla nail olur.
Döyüşə təqaüdçülər gedir...
Təcrübəli işçilər - polkovnik-leytenant Muxtar Məmmədov, mayor Toğrul Əliyev, polkovnik Yunis Əsgərov məhz həmin qohumların köməyi ilə DMX-dakı vəzifələrindən kənarlaşdırılıblar. Bəs səbəb, daha doğrusu, bəhanə nə olub?
İdarə rəisi, polkovnik-leytenant Nəbi Şükürlü işə 10 dəqiqə gecikdiyi üçün DMX-dakı vəzifəsini itirib.
DMX-nin Xaçmaz regional idarəsinin rəisi Zakir Məmmədov tabeçiliyində olan gizir Ədalət Şahquliyevə işlə bağlı irad tutduğu üçün vəzifəsini itirib. Bəs necə? Axı Ədalət Şahquliyev F.Nəbiyevin bacısının əridir. Təcrübəli Zakir Məmmədovun yerinə isə, deyilənə görə, F.Nəbiyevin “baş kassiri”, kapitan Hidayət Rüstəmov təyin olunub...
Biz DMX-dan qovulanlar arasında yalnız təcrübəli və yüksək rütbəli şəxslərin adını sadaladıq. Nisbətən gənc, amma perspektivli kadrların da adını sadalasaq, yazı çox uzanar.
Bəs işdən çıxarılan təcrübəli kadrların yerini kim tutub? Bunlar əsasən Dövlət Sərhəd Xidmətindən ya vaxtından qabaq işdən çıxarılan, ya da təqaüdə çıxan şəxslərdir. Onlar F.Nəbiyevin qayğısı və diqqəti sayəsində DMX-dan nəinki maaş, üstəlik hələ 300 manat da təqaüd alırlar.
Bu bəxtəvərlər kimlərdir? Onların sayı çoxdur. Nümunə kimi bəzilərinin adını qeyd edək. Dövlət Sərhəd Xidmətindən təqaüdə göndərilmiş polkovnik Əbülfəz Hümbətov DMX-da idarə, Rövşən Səfərovla İsmayıl Abdullayev isə baş idarə rəisləridir.
Dövlət Sərhəd Xidmətindən təqaüdə çıxanlar arasında həmçinin DMX-nin rəis müavini, general-mayor Pərviz Musayevin, idarə rəisləri İntiqam Məmmədovun, İslam Ağayevin, Nadir İsmayılovun, maliyyə xidmətinin rəisi Kərim Məmmədovun adlarını çəkə bilərik. Şöbə rəisləri arasında isə xeyli keçmiş prokurorluq işçiləri də var...
Belə kadrların fonunda DMX-nin fəaliyyətini tənqid etmək, onun miqrantlarla kobud davrandığını, onları bəzən hətta döydüyünü, miqrasiya kartlarını havayı qeydə almalı olduqları halda bunu 3 manata etdiklərini və s. söyləmək haradasa qeyri-ciddi görünərdi. Gürcüstandan olan azərbaycanlıların burada yaşadığı əzablar haqqında isə daha dəhşətli şeylər danışılır. Bu qurum qanunsuz miqrantlardan onların deportasiyası üçün də yolpulu adı ilə pul alır. Halbuki əcnəbilər bu pulu hələ ölkəyə girərkən ödəyirlər.
Yaxşı olardı ki, bu pullar hazırda əlavə vəsaitə ehtiyacı olan dövlət büdcəsinə axsın. Amma həmin pullar büdcədən yan keçərək F.Nəbiyevin və onun himayədarlarının qohumlarının cibinə axır. Özü də DMX-da bu adamlardan heç kəs qanunla işləməyi tələb etmir. Axı onların hamısı özününküdür, özünün və nüfuzlu adamların yaxın qohumlarıdır.../turaninfo/
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
2 iyul 2025 00:11
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
1 iyul 2025 20:38
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
1 iyul 2025 16:20
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
1 iyul 2025 13:57
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
1 iyul 2025 11:36
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
1 iyul 2025 11:05
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
1 iyul 2025 00:29
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 2025 17:46
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 2025 16:43
- Azərbaycan Polisi 107 yaşında!
02 iyul 10:30
- Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – Sonra da deyirik bizi niyə sevmirlər?
02 iyul 09:58
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
02 iyul 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
02 iyul 00:48
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
02 iyul 00:10
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
01 iyul 23:27
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
01 iyul 22:47
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
01 iyul 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
01 iyul 11:05
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
01 iyul 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 17:46
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 16:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 16:49
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 16:43