"Məmurların maşın və arvad kolleksiyalarını..." - Hafiz Hacıyev
"Məmur övladlarının milyonluq maşın kolleksiyaları, arvadlarının və saxladıqları qadınların boynundakı, sinəsindəki brilyantlar hansı pullarla alınıb?"
Son günlər məmur övladlarının həddini aşması hallarına tez-tez rast gəlinir. Belələləri atalarının dövlət büdcəsindən oğurladığı milyonlar hesabına aldıqları “Gelandewagen”ləri, “Lamborghini” və ya “MacLaren”ləri hamının gözünə soxmaqdan belə çəkinmirlər. Üstəlik Bakının yollarında saatda 220 kilomer saatla şütüdüklərini hamıya sübut etmək üçün "spidometr"in göstəricisini də çəkib sosial şəbəkələrdə yayırlar. Məsələn, onlardan biri - bir ailənin iki üzvünün öldürən, üç üzvünü ağır yaralayan “Gelandewagen”in sürücüsü isə Xəzər Dəniz Neft Donanmasının keçmiş rəisi Mübariz Mədətovun oğlu 1976-cı il təvəllüdlü Xalid Mədətovdur. Qəzadan sonra o və yanındakılar “Gelandewagen”in dövlət nömrə nişanını (90 FE 007) açaraq aradan çıxıblar.
İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin də adı mətbuatın dilindən düşmür. Prokurorluq orqanında çalışan oğul Hacıyev bahalı həyat tərzini xoşlayır və atasının qazandığı pullarla demək olar ki, bütün günü kef çəkir. Bir müddət əvvəl Bakının ən məşhur restoranlarından birində onun ofisiantı döyməsi, «Bentley», «Land Rover», «Mercedes S class», «Mercedes Galendevagen» və sair bahalı maşınlar ibarət avtobomil kolleksiyası və s mövzularda barəsində mətbuatda yazılanları buna misal gətirmək olar.
Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə bu cür qudurğan məmur övladları haqda danışıb və onlara qəti xəbərdarlıq edib. Prezident belələrinə görə məsuliyyəti atalarının daşıyacağını və onların işdən çıxarılacaqlarını, sərt cəzalanacaqlarını deyib.
Müasir Müsavat Partiyasın sədri Hafiz Hacıyev Sfera.az saytına həddini aşan məmurlar və övladları barədə ekskluziv açıqlama verib. Partiya sədri bizimlə söhbətində maraqlı məqamlara toxunaraq deyib: "Dəfələrlə cənab Prezident deyib ki, qudurğan övladlarınızın, arvadlarınızın davranışına nəzarət edin. Bu məmurların dövlət büdcəsindən indiyə kimi oğurladıqları vəsaitlər əllərindən alınıb dövlətin nəzarətinə keçirilməlidir. Məsələn, Rabitə və Texnologiyalar nazirliyinin aparat rəhbərinin 32 milyonluq əmlakını dövlətin balansına keçirmək istəyirlər. Mən bu addımı alqışlayıram. Digər büdcə talayan məmurlara da bu metod tətbiq olunmalıdır. Bu məmurların maşın və arvad kolleksiyaları, saxladığı qadınların adlarına ölkədə və xaricdə aldıqları mal-mülk, bir sözlə, hamısı müsadirə olunmalıdır. Məmurların hamısının fəaliyyəti ciddi yoxlanılmalıdır ki, onların hansı yolla bu qədər əmlaka sahib olması araşdırılıb barələrində cəza tədbirləri həyata keçirilsin. Onlardan soruşulmalıdır ki, özlərinin, övladlarının milyonluq maşın kolleksiyaları, arvadlarının və saxladıqları qadınların boynundakı, sinəsindəki brilyantlar hansı pullarla alınıb. Baxmayaraq ki, aldıqları maaş 1700 manatdan çox deyil. Hər şeyin hesabatını verməlidirlər. Həmçinin elə məmurlar həbs olunsa, əmlakları əllərindən alınsa, digər harın məmurlara dərs olar. Onda Azərbaycan xalqı görəcək ki, onların əmlakını talayanların aqibəti pis olacaq. Mən problemin həllini bu cür görürəm. Əgər belə olsa, nazirlər özləri istefa verəcəklər ki, biz nə qazanırıq, bu maaş bizə çatmır. İndi onlar vəzifədən ona görə belə möhkəm yapışıblar ki, orda rüşvətlə var-dövlət qazanırlar. Bəlkə onlar cəzalansalar, istefa mədəniyyəti də formalaşar və yerlərini gənc kadrlara verərlər".
NUH.az
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Bacısı oğlundan keçmiş deputata ittiham: Ştutqartı əlimizdən alıb
21 yanvar 2026 16:58
- Nepal Çinə ARVAD SATMAQ istəmir
4 yanvar 2026 21:23
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- Prezidentdən mühüm Zəngəzur dəhlizi AÇIQLAMASI - Bakıda ilk dəfə keçirilən forumda VACİB MESAJLAR
24 noyabr 2025 11:52
- Prezident: Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır
21 noyabr 2025 12:25
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 2025 17:20
- Qarakənd faciəsindən 34 il ötür
20 noyabr 2025 17:02
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
- Millimiz Gürcüstana 0:6 uduzdu
06 fevral 18:34
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
06 fevral 17:47
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
06 fevral 17:40
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
06 fevral 08:45
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
