Əflatun Amaşov Mehman Hüseynovdan danışdı - jurnalistin həbsinə təəssüflənirəm
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov həbs edilən blogger Mehman Hüseynovla bağlı açıqlama yayıb.
O özünün "Facebook" səhifəsində bu barədə fikirlərini bölüşüb. Mətbuat Şurasının sədri Mehman Hüseynovun həbsinin söz və ifadə azadlıqlarının pozulması kimi qiymətləndirilməsini yanlış hesab edir.
"Qaynar" sözügedən açıqlamanı diqqətinizə çatdırır.
“Ümumən jurnalist həbsinə təəssüflənirəm. Fərqi yoxdur nəyə görə həbs olunub. Hesab edirəm ki, azadlıqdan məhrum etmək cəzası bu və ya digər şəkildə jurnalist peşəsinə aidiyyatı olan şəxslər üçün ağır cəzadır. Çünki prinsipcə jurnalistlər həm təbiət etibarilə daha çox azaddırlar, həm də cəmiyyətə azad yaşamağı aşılayacaq qədər nümunəvidirlər. Ancaq hiss etdiyim ağırlıq hüquqi dövlətin prinsiplərinə xələl gətirmək qədər ağır ola bilməz. Nəhayət, jurnalistlər də vətəndaşdırlar və bütün vətəndaşlar kimi qanun qarşısında məsuliyyət daşımalıdırlar. Mehman Hüseynov həmçinin”, - deyə Əflatun Amaşov bildirib.
Mətbuat Şurasının sədri Mehman Hüseynovun həbsinin söz və ifadə azadlıqlarının pozulması kimi qiymətləndirmənin səhv fikirlər olduğunu qeyd edib:
“Mehman Hüseynovun hazırladıqları materiallar tənqidi ruhlu idi. Belə bir adam barədə azadlıqdan məhrumetmə hökmünün çıxarılması istər-istəməz başqa söz-söhbətlərə yol aça bilər və açdı da. Bir sıra beynəlxalq təşkilatlar hadisəni söz və ifadə azadlıqlarının pozulması kontekstində dəyərləndirdilər. Ancaq bu belə deyil. Çünki Mehmandan da kəskin yaradıcılıq üslubu olan jurnalistlər var ki, onlara kimsə nəsə demir. Digər tərəfdən, həmin jurnalistlərin gerçək jurnalistikaya daha çox aidiyyatı var, nəinki Mehmanın. Bunu hər kəs çox gözəl anlayır. Sadəcə bəzilərinin anlamaq istəmədiyi məqamlar var. Bu da siyasi baxışlarla əlaqədardır. Mehman Hüseynovla bağlı məhkəmə qərarına reaksiyalar da əsasən siyasi ritorika məhsulu kimi görünür. Eynilə ona qarşı çıxanlar, onu jurnalist kimi qəbul etməyənlər də var. Elə təəssürat yaranır ki, jurnalistin durumuna reaksiyalar, elə əks-reaksiyalar da əvvəldən hazırlanıbmış”.
Əflatun Amaşov məsələnin Mətbuat Şurasının diqqətində olduğunu yazıb:
“Yenə də deyirəm, jurnalist həbsi ümumən yaxşı hal deyil. Sadəcə məsələdən siyasi divident götürmək cəhdi də yolverilməzdir. Ortada daha çox bu cəhdi görürəm və təəssüflənirəm. Hər bir halda məsələ Mətbuat Şurasının diqqətindədir”.
NUH.az
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Şəmşad Ağanın ailəsində daha bir itki
24 fevral 2026 10:31
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
