İcra başçısının Vidadi Zeynalovu xilas planı - Əli Abbasov hədəfdə/ FOTO
Cəmiyyət6 mart 2017 18:53

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov yaxın vaxtlarda azadlığa buraxıla bilər. BakiPost.az daxil olan məlumata görə, o, dövlətə vurduğu ziyanı tam şəkildə ödəmək, sonra da sabiq nazir Əli Abbasovun üzünə durub, cinayətləri onun tapşırığı ilə törətdiyini deməklə məhbəsdən qurtulmağa çalışacaq. Buna görə də, yaxın adamları sabiq aparat rəhbərinin mənimsədiyi pulların geri qaytarılması üçün əmlaklarını satışa çıxarıblar.
Bu işlərə V.Zeynalovun bacısı əri, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, yaxın qohumu BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən Rəfail Mehrəliyev, Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi "Tender kralı” kimi tanınan Ramazan Məmmədov rəhbərlik edir. Onlar V.Zeynalovun həbs qoyulmayan (öz adına olmayan) obyektləri, villaları ilə yanaşı öz mülklərini də tez bir zamanda satıb məsələni həll etməyə çalışırlar.
Ceyhun Cəfərov

Belə obyektlərdən bir də Yasamal rayonu, "Qələbə dairəsi” adlanan yerin yaxınlığındakı hələ tikintisi başa çatmamış 6 mərtəbəli binadır. Məlumata görə, Rafael Mehrəliyevə məxsus bu bina dəyərindən xeyli ucuz qiymətə satılır.

V.Zeynalovun yaxın adamlarının belə təşvişə düşməsinin səbəbi onlarının özlərinin də vəzifələrini itirə bilmək qorxusudur. Bildirilir ki, Zeynalovun tez bir zamanda həbsdən çıxmasında vəzifədə olan yaxın adamları daha çox maraqlıdır. Onlar hesab edir ki, V.Zeynalovun günahları boynundan atması və sabiq naziri qurban verməsi onların gələcək taleyini həll edir. Bəlli olduğu kimi Zeynalovun həbs edilməsi onun bir çox yaxın adamlarının vəzifəsini itirməsinə, hətta bəzilərinin ölkədən qaçmasına səbəb olub. Yeznəsi, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, yaxın qohumu BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən Rəfail Mehrəliyevin isə görəvdən alınması gündəmə gəlib. Buna görə də, onlar bütün imkanlarını səfərbər edib keçmiş aparat rəhbərini "təmizə çıxarmağa” çalışırlar. Hesab edirlər ki, o hər hansı bir şəkildə həbsdən qurtula bilsə, geniş əlaqələrinin hesabına, heç olmasa yaxın adamlarının reputasiyasını qoruya biləcək, onların vəzifədə qalmasını təmin edəcək.
Məlumat üçün bildirək ki, Vidadi Zeynalov fevralın 22-də məhkəmədə dəyən ziyanı ödəməyə hazır olduğunu bildirib.
Vidadi Zeynalov və yaxınlarının adına olan 67 əmlakın üzərinə həbs qoyulub. İstintaq zamanı aparılan qiymətləndirməyə görə, həmin əmlakların ümumi dəyəri 43 milyon manatdan çoxdur.
Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər cəmi 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər.
Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.
Təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanır.
NUH.az
Oxşar xəbərlər
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
14 oktyabr 2025 23:16
- Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq HƏBS
14 oktyabr 2025 23:08
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 2025 15:19
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 2025 11:15
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 2025 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 2025 22:58
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 2025 18:45
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 2025 13:57
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 2025 01:06
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 2025 22:19
Xəbər lenti
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
14 oktyabr 23:16
- Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq HƏBS
14 oktyabr 22:19
- Prezidentin tarixi Misir səfərindən görüntülər - VIDEO
14 oktyabr 21:06
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 20:39
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 15:08
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 12:33
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 12:13
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 11:50
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 11:14
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 10:57
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
Video & Fotoqalereya
Video
Fotoqalereya