- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
““Killer” olub, əhalini qırırlar” - Qaz böhranının əsl səbəbi, milyardlarla yeyinti...
- Mirvari xanım, Dövlət Statistika Komitəsi "Azəriqaz”da 144,4 milyon kub metr qaz itkisi ilə bağlı məlumat yayıb. Necə düşünürsünüz, bu qədər qaz itkisi təkcə sızmalar nəticəsində yarana bilərmi?
- Bu haqda bizim təşkilat iki-üç ildir informasiya verir ki, Azərbaycanda böyük qaz itkisi var. Bəs itkinin hesabatı aparılırmı? Həmin qaz itkisini təkcə qaz sızmalarında axtarmasınlar. Getsinlər qeydiyyatdan kənarda qalmış obyektlərdə, fabriklərdə, broyler zavodlarında axtarsınlar. Əgər axtarış olsa, qeydiyyat olsa, bilinəcək ki, yoxa çıxan mavi yanacağın aqibəti necə olub. Məhz öz səhvlərinin ucbatından yaranmış bu itkini bağlamaqdan ötrü 2016-cı ilin noyabrdından bu yana ölkədə qaz böhranı yaradıblar. Qaz təsərrüfatına cavabdeh şəxslər isə Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəhman Qurbanov, "Azərqaz”ın rəisi Əkbər Hacıyevdir. Onlar cavab verməlidirlər.
- Qurum özü qaz itkisinin sızmalar nəticəsində yarandığı ilə bağlı açıqlama verib.
- Hər gün iki-üç rayonda və yaxud ümumilikdə regionlarda qazın verilməsi dayandırılır. Bildirilir ki, təmir işləri aparılır. Əgər burda sızma varsa, niyə təmir olunmur, əgər təmir olunursa, niyə yenidən sızmalar əmələ gəlir? Bu borulardakı sızmalardan insanlar həlak olursa, partlayışlar baş verirsə, bəs niyə "Azəriqaz”ın vəzifəli şəxsləri məsələ ilə bağlı cinayət işinə cəlb olunmurlar? Əgər "Azəriqaz” müstəqil qurum tərəfindən yoxlanılsa, əhalinin qazla təminatında fasilələrin verilməsinin səbəbi, milyonlarla kub qazın hara axıb getməsi, borulara hava vurularkən sayğacların hesaba alması üzə çıxacaq. Onda bilinəcək ki, bu,qaz itkisidir, yoxsa oğurluq.
- Dediyinizdən belə başa düşdüm ki, 2016-cı ilin noyabr ayından başlayan qaz böhranının səbəbi elə qaz itkisidir. Yəni yaranan qaz itkisini ört-basdır eləmək üçün ölkəyə verilən qazın miqdarı azaldılıb.
- Bəli. Məsələnin bağlanması üçündür. Mən bir məsələyə də toxunmaq istərdim. 2016-cı ilin yay aylarında Hesablama Palatası hesabat aparıb, lakin həmin akta dekabr ayının axrında qol çəkilib. Bunun özünü də araşdırmaq lazımdır. Problem təkcə qaz itkisi ilə bitmir. Gün ərzində nə qədər insan qazdan zəhərlənir, partlayışlar baş verir. Bu qədər insan tələfatı heç müharibə şəraitində olan cəbhəyanı ərazilərdə baş vermir. "Azəriqaz” "killer”ə dönüb. Bunun kökündə qaz təsərrüfatının il ərzində evlərdə yoxlama aparmaması dayanır, hadisənin səbəblərini əhalinin öz üzərinə yıxırlar. Struktur dəyişəndən həmin qaz sızmaları ilə bağlı məsələ "Azəriqaz”ın öhdəliyinə verilsə də, Fövqəladə Hallar Nazirliyi ilə bu qurum öz aralarında heç cür razılaşmaya gələ bilməyiblər.
"Azəriqaz”ın fəaliyyəti Dövlət Neft Şirkəti səviyyəsində yox, müstəqil bir qurum tərəfindən yoxlanılmalıdır.
- Qazın qiymətinin artırılmasının arxasında da bu qaz itkisi məsələsi dayana bilərmi?
- Subyektiv olaraq demək istəyirəm ki, bəli, qazın məvciblərinin qalxmasında da həmin bu itkinin ört-basdər edilməsi dayanır.
Bilirsiniz, istehsalçı və istehlakçı arasında bağlanan müqaviləyə əsasən, istehlakçı istehsalçını təmiz qazla təmin etməlidir. Amma istehlakçı öz öhdəliyini yerinə yetirmir. Bir sözlə "Azəriqaz” ölkədə qeyri şəffaf və şübhəli bir quruma çevirilib. Bunun hesabatlılığı təmin olmalıdır. Bu qədər zəhərlənmə var, insan itkisi var, amma hələ də bu qurum cavabdehlik daşımır. Bunun kökündə kim və nə dayanır, mən başa düşə bilmirəm. Artıq iki ilə yaxındır ki, biz Lökbatanda baş verən zəhərlənmənin, regionlardan gələn ölüm xəbərlərinin, partlayışların niyə baş verməsi suallarına cavab tapa bilmirik. Düşünürəm ki, "Azəriqaz” özəl quruma çevirilməlidir.Onsuz da demək olar ki, tərkibində müxtəlif adda MMC-lərin yaradılması pul köçürülməsinə hesablanmış addımlardır.
Bu təsərrüfatda ciddi qüsurlar var. Bunlar dövlət səviyyəsində maraqlanılmalıdır.
- Sadaladıqlarınızdan belə aydın olur ki, ortada ciddi yeyinti ola bilər. Bu qədər insan tələfatı faktı var. Görünən odur ki, bu qurumda yoxlamanın aparılması həm də dövlətin öz marağında olmalıdır. Bəs yoxlamanın aparılmamasının səbəbi nə ola bilər?
- Biz qurumda baş vermiş hadisənin korrupsiya olmasından şübhələnə bilərik, amma dəqiq deyə bilmərik. Bu sadəcə şübhədir, şübhələrimizi sadalayırıq, əsaslar gətiririk. Amma bu əsasları təsdiqləyə bilmirik. Çünki bizə gedib orada yoxlama aparmaq icazəsi verilmir. "Azəriqaz”ın mətbuat xidmətinin bununla bağlı açıqlaması gülüncdür. Çünki oradakıların özlərinin də bu təsərrüfatdan xəbəri yoxdur. Bununla bağlı dövlət araşdırma aparmalıdır. Çünki burada dövlət və qurumlar ittiham olunur.
- Mirvari xanım, ölkədəki qazlaşma hansı səviyyədədir?
- Ölkənin əksər hissəsi qazlaşdırılmayıb. Amma hələ ölkə tam qazlaşdırılmamış biz Avropaya, Gürcüstana qaz ixrac edirik. Niyə? Görün neçənci əsrdə yaşayırıq, amma ölkə ərazisində qazlaşma sona çatmayıb. BP də çıxardığı səmt qazını bizə pulsuz verir. O qaz hara gedir? Bu sahədə ciddi araşdırma yoxdur. Bütün qışı əhalini qazsız qoydular, amma pulu qaldırılar. Bu yaxınlarda da rayonlarda 3 gün qaz olmayıb.
"Azəriqaz” hələ utanmadan "facebook”da səhifə açıb, özərini tərifləyən videoçarxlar paylaşır. Yalan danışırlar, heç qızarmaları da yoxdur.
Ölkədə sayğacların dəyişdirilməsində də problemlər var. Yəni ki, 1 həftədə tək Bakıda 100-ə yaxın sayğac dəyişdirilir. Bunun kökündə nə dayanır? Ölkədə çox ağır iqtisadi vəziyyət olanda bu problemin səbəbini ölkənin içərisində axtarmaq lazımdır. Xarici əlaqələrimizdə, neftin qiymətinin qalxıb düşməsində yox. Bu problemi qurumların işində axtarmaq lazımdır.
Bu yaxınlarda eşitmişəm ki, bu sistemdə çalışanlardan birinin – adını çəkmək istəmirəm - Londonda 2-3 milyonluq evləri var. Bu qədər vəsait ona haradan gəlir?
Ölkədə korrupsiyaya qarşı mübarizə başladı. MTN sistemində korrupsiyanı tapdılar. Zəhmət çəkib, indi də bu sistemdən başlasınlar. Çünki pulu qaldırdılar ki, təmiz qaz verəcəklər. Amma vermirlər. Bütün bunların hamısı araşdırılmalıdır.
- Demək olar ki qış ayı ərzində hər gün bir neçə nəfərin hamamda və yaxud evdə dəm qazından boğularaq öldüyünü eşidirik. Hələ bu deyiləndir. Deyilməyənlər də var. Bunun da səbəbkarı "Azəriqaz”dır? Əgər onlardırsa, bunu necə əsaslandırardınız?
- Əvvəllər mənim yaşadığım ərazidə, regionların çoxunda ceyran sobalarından və əldə düzəlmə qaz sobalarından istifadə olunurdu. O zaman niyə zəhərlənmələr yox idi? Elə təkcə bu amili götürüb, qazın tərkibini araşdırmaq lazımdır. Yəni qazın tərkibində nəsə var ki, belə zəhərlənmələr olur. Praqaya getdiyim zaman təmiz qaz yandığının şahidi oluram. Orada yeməyin bişməsi və çayın qaynaması sürətli olur. Bizdə isə təmiz qazla təminat yoxdur. Bir ildən çoxdur ki, bu problemin günahını əhalinin üzərinə qoyurlar. Guya əhali hamada dəliklər açmır, ventilyasiya yoxdur. Amma əksinə olaraq, əvvəlki dövrlə müqayisədə əhali daha yaxşı sistemə keçib. Bəs onda niyə əhalinin zəhərlənməsi artıb? Niyə əvvəllər əhali o qazdan zəhərlənmirdi, amma indi bu baş verir?
Hazırda cəmiyyətdə səriştəsiz, sahə üzrə mütəxəssis olmayanlar doludur. Neft-qaz sistemində də var. Əldən oğru adamlar da var. 2 il əvvəl Lökbatanda bir binanın əhalisi zəhərləndi. Amma ört-basdır etdilər. Heç kim cəzalanmadı.
Bu yaxınlarda qaz borusunda partlayış oldu. Əhaliyə açıqlanmadı ki, bu necə baş verdi. Zəhərlənmələrin, partlayışların, qaz itkisinin və əhalidən qazın oğurlanmasının da kökündə məsuliyyətsizlik, nəzarətsizlik, bilərəkdənmi və ya təsadüfən həyata keçirilən siyasət durur. Ona görə də, güclü yoxlama aparılmalı, köklü dəyişiklik edilməlidir.
NUH.az
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 2025 21:57
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 2025 20:07
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 2025 12:32
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü (FOTO)
17 dekabr 2025 11:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 2025 11:11
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 2025 11:07
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
17 dekabr 11:38
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü (FOTO)
17 dekabr 11:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
