Trampı və otelini məhkəməyə verdilər - İşdə Azərbaycan səfirinin adı keçir
Vaşinqtondakı restoranlardan biri prezident Donald Trampın “Trump İnternational” otelini və Trampın özünü məhkəməyə verərək onu icarə şərtlərini pozmaqda günahlandırıb. İddia ərizəsində deyilir ki, Tramp prezident olsa da oteldə payını saxlamaqdadır.
Virtualaz.org “The Washington Times”ə istinadən xəbər verir ki, “Cork Wine Bar” restoranının vəkilləri tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əsasən restoranın potensial müştəriləri ora baş çəkmək əvəzinə yaxınlıqdakı “Trump İnternational” otelinin restoranlarına getməyə üstünlük verir, çünki onlar bununla Tramp administrasiyasına dolayısı ilə xidmət göstərmək istəyirlər.

İddia ərizəsində deyilir ki, hakim Trampı oteldəki payından məhrum etməlidir yaxud hansısa başqa yol tapmalıdır ki, otel ABŞ prezidenti ilə bağlılığından ədalətsiz şəkildə yararlanmasın. Mümkün yollardan biri kimi Trampın prezidentlikdən istefası göstərilir.
“Trump Organization” şirkətinin icraçı vitse-prezidenti və baş hüquqşünası Alan Qarten isə bildirib ki, restoranın iddiası “hüquqi əsaslardan tam məhrumdur” və “reklam” xarakterlidir. Lakin restoran Trampın qanunları pozmasının açıq-aşkar olduğunu və onun biznesinə zərbə vurduğunu iddia edir.
Restoranın maraqlarını müdafiə edən vəkil Skot Rom bildirib ki, o və müştərisi iddia ərizəsində göstərilənləri məhkəmədə sübut etməyə hazırdır. İddia ərizəsində restoranın müştərilərinin Tramp prezident seçiləndən sonra “Cork Wine Bar” restoranına gəlmək əvəzinə prezidentin otelinə getməyə üstünlük verdiyini sübut etmək üçün Azərbaycan səfiri Elin Süleymanovun adı çəkilir. İddia ərizəsində göstərilir ki, səfir restoranın çoxdankı müştərisi idi, əvvəllər tez-tez orada yemək və içki sifariş verirdi. Lakin Tramp prezident seçiləndən sonra səfir onun otelində mərasim təşkil edib. (Söhbət Azərbaycan səfirliyinin Birləşmiş Ştatlardakı yəhudi təşkilatları üçün ötən il seçkilərdən sonra “Trump İnternational” otelində “Hanukka” partisi təşkil etməsindən gedir.-red.)

“Biz açıq-aşkar görürük ki, Tramp seçiləndən sonra biznesimiz azalmağa başlayıb, müştərilərimiz onun otelinə gedir”-restorana arvadı ilə şərik olaraq sahiblik edən Xalid Pitts deyir.
Vəkil Stiv Kleyn bildirir ki, o, restoranın iddiasını araşdırıb və bu işin məhkəmədə “çox uzağa gedə biləcəyinə” inanmır.
NUH az.
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
