Baş redaktor Zahid İsayevə müraciət etdi
Hər gün minlərlə, bəlkə də on minlərlə vətəndaşımızın istehlakçı hüquqları pozulur.
Baxmayaraq ki, ölkəmizdə İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu var. Və bu qanun BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında işlənmiş və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə ( !!!!) uyğunlaşdırılmasına yönəldilmişdir. Amma qanunun kağız üzərində mövcudluğu ilə real həyatda işləməsi tam fərqli məsələlərdir. Sözün qısası, Azərbaycanda istehlakçıların müdafiəsi ilə bağlı nəinki qanun var, hətta neçə ildir bu adda Dövlət Xidməti də fəaliyyət göstərir. Rəisi, müavinləri, yüzdən artıq aparat işçisi, mətbuat xidməti, regional şöbələri və s ...
Söhbət İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ( ASİHMDX ) fəaliyyətindən, əslində fəaliyyətsizliyindən gedir.
Bu qurumun antinihisar siyasətindən ümumiyyətlə danışmağa dəyməz və bu yazının mövzusu deyil. Çünki Azərbaycandakı inhisar problemi çox dərinliklərə gedib çıxır.
Həm də NUH.az saytı olaraq bizim hədəfimiz böyük problemlər deyil. Bizim məqsədimiz sadə problemləri qaldırıb həllinə nail olmaq, yüz minlərlə sadə insanların hər gün qarşılaşdığı, hətta təhqiramiz vəziyyətə düşdüyü vəziyyəti qurumun rəisi cənab Zahid İsayevin nəzərinə çatdırmaqdır.
Bu gün hansı ictimai-iaşə müəssisəsinə, çayxanaya, kafeyə daxil olursansa ilk gözəgirən bu olur: BİZDƏ SADƏ ÇAY VERİLMİR...
Cənab İsayev! Sizin özünüzün də kifayət qədər həyat təcrübəniz var, yəqin ki xeyli ölkələri gəzmisiniz...
Sizcə, sadə və mürəkkəb çay nədir, cənab İsayev?
Dünyanın hər yerində vətəndaş nəinki çayxanaya, kafeyə, hətta restorana daxil olub bir stəkan çay, bir stəkan su sifariş verə bilər...
Bəs bizim analoqu olmayan ölkəmizdə niyə tam fərqlidir..?
İstehlalkçıya yayın qızmarında zorla mürəbbə, hətta snikers şokoladı verməlidirlər...Əgər vətəndaş etiraz edirsə, qapını göstərirlər.
Həmin iaşə obyektlərinin özəl olması o demək deyil ki, obyek sahibi öz qaydalarını diqtə edə bilər. Dünyanın hər yerində xidmət qaydaları var, onu pozamağa heç kimin ixtiyarı yoxdur.
Cənab İsayev! Sizin rəhbərlik etdiyiniz dövlət qurumu bu boyda baibırçılıqları görmür..? İstehlakçıların hüquqları niyə qorunmur..?
Əlbəttə, Sizə bu “sadə-mürəkkəb çay” məsələsi bəsit, hətta gülməli gələ bilər. Amma unutmayaq ki, bu gün bütün dünyada iqtisadi-maliyyə böhranı yaşanır. Və sizin rəhbərlik etdiyiniz qurumun əməkdaşları dövlətdən böyük məbləğdə maliyyə vəsaiti alır ki, vətəndaşlarımızın hüqqularını qoruyasınız. Axı, həmin vəsait vətəndaşların ödədiyi vergilərdən yaranır.
Ölkənin çətin maliyyə vəziyyətində təkcə sizin aparata, müavinlərinizə, şəxsən sizin ailə üzvlərinzə ( !!) xidmət edən avtomobillərə hər ay dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Bəs bütün bunlarınn qarşılığında sizlər niyə üzərinizə düşən vəzifəni yerinə yetirmirsiniz..?
Cənab İsayev! Söhbət təksə “sadə-mürəkkəb” çaydan getmir. Azərbaycanda istehlakçıların hüqquları elementara səviyyədə qorunmur. Və buna görə siz məsuliyyət daşıyırsınız. Çünki ölkə başçısı sizə etimad göstərib. Siz isə etimadı doğrultmursunuz.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 2026 22:21
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 2026 13:36
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
