MTN-nin adı ətrafında daha bir qalmaqal: “Özümü yandıracağam”
Hadisə12 mart 2017 17:50
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının qurbanına çevrilmiş İsmayılovlar ailəsi 3 ildir ki, çarəsiz durumda qalıb. Haqlarını tələb etdiklərinə görə isə ona və ailəsinə qarşı təzyiqlərin ardı-arası kəsilmir. Üz tutmadıqları, müraciət etmədikləri dövlət qurumu qalmayıb. Amma illərdir ki, şikayətlərinə nə baxan, nə də obyektiv araşdıran var. Baş verənlərlə bağlı “Cümhuriyət” qəzetinə müraciət edən Yasamal rayon sakini Elmidar İsmayılov ölkənin məhkəmə sistemindən və dövlət qurumlarından gileylənib.
O deyib ki, 7 yanvar 2014-cü ildə atası Məhərrəm İsmayılov özünə məxsus "Jiquli" markalı maşınla kürəkəninin yas mərasimindən qayıdarkən "Kia Optima" markalı avtomaşınla toqquşub: “Hadisə zamanı xəsarət alan olmayıb. Sadəcə olaraq hər iki avtomobilə yüngül zərər dəyib. Günah atamda yox, "KİA"nın sürücüsündə olub. Həmin avtomobildə 5 nəfər olub, hamısı da içkili imiş. Atam qəza ilə bağlı mənə xəbər etdi və hadisə yerinə getdim. Olay yerinə çatanda gördüm ki, “KİA” da olan 5 nəfər atamı hədələyərək sənədlərini tələb edirlər. Həmin vaxt hadisə yerində polis əməkdaşları da yox idi. Atama təzyiq etdiklərini görüb yaxınlaşdım ki, “Siz kimsiniz, qanun-qayda var". Elə bunu demişdim ki, məni döyməyə başladılar. Atam müdaxilə edəndə avtomobildə olan beş nəfər idmançı görkəmli mülki şəxs MTN əməkdaşı olduqlarını deyərək, atamı döyməyə başladılar. Döydükləri zaman atamın ayağını və dişlərini sındırdılar. Həmin şəxslər isə “gedin, nə istəyirsiniz edin, onsuz da bizə heç nə edə bilməzsiniz, bizim arxamız güclüdür”- deyə bizi təhdid edirdilər. Hadisə yerinə dost və qonşularım gələndən sonra polis və təcili yardım çağırıldı”.
Döyülən də, söyülən də, şərlənən də bizik...
Elmidar İsmayılovun sözlərinə görə sonradan məlum olub ki, “KİA”-nın sahibi İnqilab Rzayev MTN-in “Qartal” Xüsusi Təyinatlı Dəstəsinin generalı Ceyhun Rzayevin qardaşıdır: “Hadisədən sonra Ceyhun Rzayev mənim qohumumla əlaqəyə girib. Biz o ərəfədə xəstəxanada idik. Ceyhun Rzayev bibim oğlu ilə Naxçıvanda sinif yoldaşı olublar. Bir müddət sonra həmin 5 nəfərlə Aydın adında saqqallı şəxs yanıma gəlib şikayətçi olmamağımı tələb edirlər. Mən həmin o 5 nəfəri qəbul etmədim. Sonradan mənə məlum olur ki, Aydın general Ceyhun Rzayevin əməkdaşıdır. Ceyhun Rzayev və əməkdaşları bugünədək də mənimlə prinsip aparırlar. Dəfələrlə atamla da görüşüb bildirirlər ki, şikayətçi olmasaq, ziyanımızı ödəyəcəklər, amma razı olmuruq. Xəstəxanada ola-ola da müstəntiq izahatımızı gəlib almır. Özümüz “Qaynar xətt”ə zəng edəndən sonra müstəntiq izahat almağa məcbur olur. Qəzadan 7 ay sonra mənə və atama qarşı cinayət işi açıblar. Açılan cinayət işinə görə bizi MTN Baş Xüsusi Təyinatlılar İdarəsinin “QARTAL” - məxfi qurumunun 5 nəfər əməkdaşını döyməkdə ittiham edirlər. Ailəmizə qarşı isə şər atdılar ki, guya 5 xüsusi təyinatlını 57 yaşlı atamla mən döymüşük. Söyülən də, döyülən də, şərlənən də bizik. Məni və ailəmi çıxılmaz vəziyyətdə qoyublar, həyatımızı məhv ediblər. Xəstə qardaşım, himayəmizdə olan həyat yoldaşı rəhmətə getmiş bacımı, onun azyaşlı körpəsini çörəksiz qoyublar”.
Səksəkədə yaşayan ailə...
Hadisədən sonra İsmayılovlar dəfələrlə sabiq nazir Eldar Mahmudovun qəbulunda olmaq üçün ona məktub və teleqramla müraciət ediblər. Ərizə və müraciətlərinə cavab verilmədiyini görən Elmidar İsmayılov isə özü MTN-ə gedib, lakin onu əraziyə yaxın belə buraxmayıblar. İsmayılovlar ailəsini başına bu qurum tərəfindən min bir oyun gətirilib.
Şikayətçinin dediyinə görə, 3 ildir ki, baş verənlərlə bağlı müxtəlif yüsək instansiyalara çoxsaylı müraciətlər ediblər, amma onlara qarşı aparılan qanunsuz təzyiqlərə son qoyulmayıb. O cümlədən, Gürcüstan və Türkiyədəki Azərbaycan səfiriliklərində müəyyən aksiya təşkil edib, məktubla müraciət ünvanlayıblar. Müraciətdə isə haqsızlıqla üzləşdiklərini, barələrindəki cinayət işinin saxta olduğunu vurğulayıblar.
Məsələ ictimailəşəndən və çoxsaylı müraciətlərdən sonra qismən nəticə verib: “Avtoqəza ilə bağlı cinayət işi Yasamal Rayon Məhkəməsində araşdırılıb. Cinayət Məcəlləsinin 263-cü maddəsilə ilə təqsirli bilinən atama, 127. 2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə isə mənə bəraət verilib. Mənə dəymiş maddi və mənəvi zərərə görə 30 min manat təzminat tələb edirəm. Elə bu səbəbdən də illərdir ki, hədə-qorxu və təhdidlərlə yaşayıram. Heç bir yerdə məni və atamı işə qəbul etmirlər. Baxmayraq ki, fevralın 18-də bir qrup şikayətçi ilə birlikdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin qəbulunda (3-cü dəfə) olarkən, şikayətçilərin yanında dedim ki, cənab Mədət Quliyev, bilirəm ki, həmin bu 5 nəfərin (İnqlab Rzayev, Fəqan Əliyev, Bəhruz Məmmədov, Hidayət Kazımov, Toğrul Mirzəyev) arxasında Ceyhun Rzayev dayanır”.
Şikayətçi əlavə edib ki, haqqının tələb edilməsi üçün Daxili işlər naziri Ramil Usubovun, Ombudsman Elmira Süleymanovanın, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quluyevin qəbulunda olub. Daha sonra prezidentə məktubla müraciət edib. Dəfələrlə müxtəlif tipli aksiyalarda iştirak edərək ədalətin bərpasını tələb edib. Şikayətçi hələ də barələrində saxta cinayət işi başladan şəxslərlə bağlı heç bir tədbir görülmədiyindən narahatdır: “Əgər hüquqlarım tanınmasa, ya məni Azərbaycanın bətnindən abort etsinlər, ya da vətənimdə özümü yandıracağam”.
NUH.az
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
Xəbər lenti
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
