






“Hər həkimdən 5 min tələb edir” - İcra başçısına ağır ittihamlar/ FOTO
Cəmiyyət14 mart 2017 15:25
"CADUGARI TİBB KOMİSSİYASINA SƏDR QOYUBLAR”
Bərdə rayon İcra Hakimiyyətinin başçısı şəhərdə lisenziyasız fəaliyyət göstərən stomatoloqların diş kabinetlərini bağlatdırıb, onlardan yüksək məbləğdə pul tələb edir.
BakiPost.az-a müraciət edən stomatoloqlar onlardan həm rüşvət, həm də aylıq ödəniş istənildiyini bildiriblər.
Bərdə şəhərində məskunlaşan, Xocalıdan olan məcburi köçkün Kamil Quliyev qeyd edib ki, ondan 5 min manat tələb edilir: "1996-ci ildə Tibbi Universitetini bitirmişəm. Dövlət qayğısı ilə oxuyan həkiməm. 20 ildir ki, Bərdə şəhərində stomatoloq işləyirəm. Diş kabinetim Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşir. Amma 2-3 gündür ki, icra başçısı polis gücü ilə bizi işlədiyimiz diş kabinetindən zorla qovub. Kabinetlərin hamısını möhürlə bağlayıb, bizi işləməyə qoymur. Həkimlərdən pul tələb edirlər. Şəxsən məndən 5 min, bəzi həkimlərdən 3 min manat istəyir. Mən 20 ildir ki, işləyirəm. Amma elə həkim var ki, 1-2 ildir işləyir. Eləsi də var ki, ümumiyyətlə, diplomu yoxdur. Lakin onlardan pul alıb işləməyə icazə verirlər. Kim pul vermir onları işləməyə qoymurlar. Amma təkcə bu pulla da iş bitmir. Deyirlər ki, icazə alandan sonra hər ay əlavə pul, "aylıq” da verəcəksiniz.
1-2 il əvvəl bu işlə MTN məşğul olurdu. Hazırda həmin MTN əməkdaşlarının çoxunun işləri məhkəmədədir.
İndi Bərdədə bütün diş kabinetləri bağlıdır. Kim pul verirsə, həmin diş kabinetini açırlar. Verməyənləri isə bağlayırlar. Belə ki, icra başçısının sərəncamı ilə daxili komissiya yaradıblar. Komissiyaya sədri isə əvvəllər falçılıq edən biri olub. İslam Universitetini bitirən həmin şəxs əvvəllər xanımlara dua yazırdı. Amma onu həkimlərə nəzarət komissiyasının sədri qoyublar. O da polis gücü ilə bizi çıxardıb pul istəyir. Artıq 2-3 gündür ki, bu proses başlayıb”.
NUH.az

Şikayətçi bildirib ki, hazırda Bərdə şəhərində təxminən 15-20 diş kabineti bağlanıb: "İndi yalnız Şəhərin Mərkəzi Diş Poliklinikasındakı diş kabinetləri işləyir. Oranın da vəziyyəti bərbad gündədir, anti-sanitariya hökm sürür. Poliklinikada 1-2 diplomsuz, "əldə qayırma” həkimlər işləyir, savadlı adamların heç biri qalmayıb. Çünki oranın baş həkimi həkimlərdən yüksək məbləğ istəyir. Baş həkim də icra başçısının yanına gedib-gəlir.
İşlədiyim 20 il ərzində vaxtı-vaxtında dövlətə vergi ödəmişəm. Hətta qəbzlər belə durur. Həmçinin Dövlət Sosial Müdafiə Fonduna da ödəniş edirəm. Ora hər ay 81 manat 50 qəpik ödəyirəm”.
Bərdə şəhərində 16 ildir ki, stomatoloq işləyən Bəhlul Abbaslı isə vurğulayıb ki, ondan fəaliyyət göstərməsi üçün 3 min manat istəyirlər: "Xocalıdan məcburi köçkünəm. 16 ilə yaxındır ki, Bərdədə diş həkimi işləyirəm. Bərdəyə gələndən müraciət etmişəm ki, məni dövlət işi ilə təmin etsinlər. Amma bunu edən olmayıb. Mən də öz şəxsi hesabıma diş kabinetini açmışam. 2-3 gündür ki, icra başçısının göstərişi ilə bizi qoymurlar işləməyə. Məndən 3 min manat və aylıq pul istəyirlər. Özü də yazılı şəkildə. Deyirlər, verməsən işləməyə qoymacağıq. Əllərində bəhanənin çox olduğunu deyirlər. Hətta lazım olsa məni prokurorluğa verəcəklərini bildirirlər.
Özlərindən qondarma sərəncam imzalayıblar. Kim pul verirsə, onlara dəymirlər. Bizə isə bildirirlər ki, diş kabinetlərini bağlamaq üçün səbəb tapmaq onlar üçün asandır. Gücün onların əlində olduğunu qeyd edirlər”.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vahid Qarayev BakiPost.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib: "Bu barədə məlumatım yoxdur. Çünki işə dünəndən çıxıram. Amma inanmıram ki, elə bir şey olsun”.
Başçının köməkçisi Anar Hətəmov isə deyilənlərin şayiə olduğu bildirib: "Deyilənlərin hamısı yalandır. Yəni şayiədir”.
Bakı Post








Oxşar xəbərlər
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
Xəbər lenti
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
Video & Fotoqalereya
Video
Fotoqalereya
