Dövlət qurumları arasında zəli qalmaqalı böyüyür

Dövlət Gömrük Komitəsinin dünən müsadirə etdiyi zəlilərlə bağlı qalmaqal böyüyür.
“Qafqazinfo” xəbər verir ki, qanunvericiliyin tələblərinə əsasən, zəlilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilməli olsa da, Komitə onları Zoologiya İnstitutuna təhvil verib. Bu məsələ isə qurumlar arasında narazılıq yaradıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi zəliləri institutdan geri almaq istəyir. Amma hələlik bununla bağlı müsbət nəticə yoxdur.
Bildirək ki, zəlinin bir ədədinin daxili bazarda topdansatış qiyməti 50-70 qəpik, pərakəndə satış qiyməti isə 1 manatdır.
“Qafqazinfo” məsələ ilə bağlı Zoologiya İnstitunun direktor müavini Elman Yusifovla əlaqə saxlayıb. E. Yusifov qeyd edib ki, 4 ay bundan əvvəl Gömrük Komitəsi tərəfindən qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılan 30 minə yaxın zəlinin istintaq müddətində saxlanılması üçün instituta müraciət daxil olub: “Hazırda bu məsələ ilə bağlı cinayət işi qaldırılıb, istintaq gedir. Biz komitəyə bildirdik ki, zəlilərin təbiət elementi kimi sahibi Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Biz alimlər isə ekspert rəyi bildirə bilərik.
Gömrük Komitəsindən isə bizə cavab olaraq dedilər ki, zəliləri əvvəlcə nazirliyə aparıblar. Nazirlik isə deyib ki, zəliləri təbiətə buraxa bilərlər, saxlamaq üçün şəraitləri yoxdur, Şirvan Milli Parkındakı Qızılbaş gölünü təklif ediblər. Ora isə uyğun deyil.
Bundan sonra təkrar Komitə institutumuza müraciət etdi və biz bu işlə bağlı 6 nəfər mütəxəssis ayırdıq. Zəlilərə qulluq etdik. Çünki zəliləri süni şəraitdə saxlamaq çətin məsələdir. Hər gün onları təmiz bulaq suyunda dializ etmək lazımdır. Hava soyuq olduğu müddətdə biz onları institut daxilində saxladıq. Ancaq temperatur son zamanlar 10 dərəcəyə qalxdı və zəlilər ayılmağa başladılar. Və bu barədə Nazirliyə də məlumat verdik.
Zəliləri institutun Mingəçevirdə yerləşən laboratoriyasına köçürtdük.
Hazırda komitənin iki nəfər müstəntiqi zəlilərlə bağlı bizimlə mütəmadi əlaqə saxlayır. Zəlilər də tam nəzarətdədir. Bu gün institutun iki laboratoriya müdiri Mingəçevir şəhərinə ezam edilib. Zəliləri ordakı süni göldə saxlayırıq. Və bu günlərdə onları Gömrük Komitəsinin işçilərinə təhvil verəcəyik. Ondan sonrakı prosesə isə Komitə artıq özü qərar verəcək”.
E. Yusifovun sözlərinə görə, zəlilərlə bağlı məsələdə müqəssir yoxdur: “Hamının məqsədi dövlətə, təbiətə kömək etməkdir. Bizim 6 işçimiz 4 ay təmənnasız olaraq zəlilərə qulluq edib. Zəlini necə və hansı şəraitdə saxlamağı bizdən yaxşı inanmıram ki, kimsə bilər.
Tam məsuliyyətimlə deyirəm ki, Azərbaycandakı zəlilər talanır, ona nəzarət edən yoxdur. Gömrük Komitəsinin tutduğu bu zəlilər heç indiyə kimi aparılan zəlilərin 5-10 faizi deyil. Hamı da gözəl bilir ki, zəliləri kim harada saxlayır, kimin harada süni gölləri var. Ancaq nədənsə ona göz yumurlar. İndi isə deyirlər ki, niyə Gömrük Komitəsi zəliləri Zoologiya İnstitutuna verib? Oturub qiymət hesablayırlar”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən isə “Qafqazinfo”ya bildirilib ki, zəlilərin geri qaytarılaması üçün müvafiq addımlar atılır və nəticə haqda mətbuata açıqlama veriləcək.
NUH.az
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
5 iyul 2025 09:59
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
5 iyul 2025 00:58
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
3 iyul 2025 10:31
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
3 iyul 2025 13:05
- Fasiləsiz 90 saat uça bilən quş - Bioloq açıqladı
2 iyul 2025 11:31
- Rəsmi Moskva: Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdur
2 iyul 2025 10:46
- Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – Sonra da deyirik bizi niyə sevmirlər?
2 iyul 2025 09:58
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
2 iyul 2025 13:52
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
2 iyul 2025 00:11
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
05 iyul 13:37
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48