Ləzgilər papaq atmır - Buduqlu qadınlar şamlarla gəzirlər
Müxtəlif millətlərin nümayəndələrinin məskunlaşdığı Azərbaycanda Novruz ənənələri də rəngarəng olur. Bu bayram böyük bir etnos kimi sadəcə Azərbaycan xalqının deyil, həm də ərazidə kompakt şəkildə yaşayan milli azlıqların da sevimli ənənəsi halına gəlib.
Bu səbəbdən “Qafqazinfo” olaraq ilaxır çərşənbədə ölkəmizdə məskunlaşmış etnik azlıqların bəzilərinin adətləri ilə maraqlandıq.
Buduqlular ilaxır çərşənbədə bütün qonşulara bayram aşı aparırlar
Qubanın Yalavanc kəndinin ağbirçəyi Mədinə Hacıyeva deyir ki, əvvəllər bayram günü evdə plov bişəndə qonşulara mütləq bir qab yemək çəkməliydin. Vaxt ötdükcə bu, ənənə halına gəlib:
“Hər ilaxır çərşənbədə qadınlar əllərində şamla küçələrə düşürdü. Həmin günü daha qonşu gəzməkdən birtəhər oluruq. Hələ əvvəllər həyətdə nə qədər yer var, şam qoyurduq ki, küçəyə çıxanda aydınlıq olsun. Onda birinin həyətində tövləsi yandı, ondan sonra qadınlar əllərində şamlarla gəzirlər. Bəziləri çoxbilmiş olur. Elə ona qonşudan gələn aş qabını digər qonşuya aparır. Belə-belə bir də görürsən ki, aşın hərlənib fırlanıb elə öz qapına gəlib. İndi aş aparanlar azalıb, çox yaxın qonşuya şirniyyat, bayram sovqatı verirlər”.
Talışlar nişanlı qızlara ağzında üzük olan balıq aparır

Lənkəranın Şirinsu kəndinin sakini Aygül Kazımova çərşənbə axşamı talışların süfrəsinin “olmazsa olmaz”ının kütüm balığı olduğunu bildirir:
“Bundan başqa, göyərtidən səbzi kükü hazırlanır, tərə bişirilməlidir. Bu üç yemək mütləq çərşənbə süfrəsində olmalıdır. Lənkəranda çərşənbə günü çay üstə gedirlər. Musiqilər qoyulur, hamı oynayır. Çay üstə gedəndə hər kəs öz və ya uşağının saçından, dırnağından, paltarların ucundan kəsib bir parçaya büküb suya atır. Bu da dərd-bəlanı özündən uzaqlaşdırmaq mənasına gəlir. Biz tərəfdə hər il bayram bazarlığında mütləq bardaq alınır. O bardaq su ilə doldurulub evə gətirilir və həyət-bacaya səpilir. Çərşənbə axşamı stol bəzənərkən kənara bir bütöv çörək, bir də su qoyurlar. Onlar səhərə kimi elə qalır. Səhər oyananda ailə üzvlərinin üzünə vurulur və çərşənbə suyu adlanır.
Bundan başqa, bayram axşamında nişanlı qızlara bayram xonçası ilə birlikdə ağzında üzük olan balıq da aparılır”.
Lahıclılar artıq budaqları yandırır

“Baxtı man, baxt tı Əli, Çorşənbiho pırənbəri” - Lahıcda ocağın və suyun üstündən atlayan zaman insanların dediyi bu ifadənin tərcüməsi “bəxtimə bəxt ver, Əli, çərşənbələrdə pırənbər yetir”dir. Belə ki, lahıclılar üçün ətirli, ənbərli yeməklər vacib sayılır. Bayram səhəri hər bir evdə yağlı ətlə qarışdırılaraq qabıqsız buğda yeməyi, kişmişli süd aşı, ballı quymaq və doşablı xəşil bişirilir. Yaxınlıqdakı meşədən ardıc ağacından xırda budaqlar kəsib evə aparır, sonra isə evdə həmin budaqları əvvəlcədən köz tökülmüş manqaldakı odda yandırırılar. Ardıcın yanmasından əmələ gələn xoş qoxulu tüstü ev əhlinə xüsusi bir əhval-ruhiyyə gətirir.
Ləzgilər heç vaxt papaq atmır

Hazırda Azərbaycan əhalisinin 2 faizini təşkil edən ləzgilərdə Novruz bayramının adı “Yaran suvar”dır. Qusarın Mucuq kəndindən olan Rəşad Əmirgünəyev cavanların hər çərşənbədə mütləq qohum ziyarətlərinə getdiklərini, ailə dəyərlərinin ləzgilər üçün vacib faktor olduğunu deyir:
“Bayram günlərində yeməklər əsasən dənli bitkilərdən hazırlanır. Bu da bolluq, bərəkət rəmzi sayılır. Mütləq təndir çörəyi bişirilir və səməni halvası – “sələma” hazırlanır. Bundan başqa, “çaxar”- yarma aşı, “afar”- qutab, “skan” - kələm, soğan, kartof, ət, un olan bir neçə qatdan ibarət kömbə çörək də süfrələrin əvəzedilməzidir. Cavan qızlar həyətlərdə qutab bişirir. Bayram günü ləzgiləri ocağı həyətdə deyil, təpələrin başında qalayar. Ləzgilər papaq atmaqdansa, əlinə torba alıb qonşuya gedirlər. Söhbətləşdikdən sonra qonağın torbasına pay qoyulur.
NUH.az
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
9 fevral 2026 12:46
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- İcra məmurları belə geyinəcək (FOTO)
3 fevral 2026 13:54
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıqlara başlanıldı - FOTOLAR
10 yanvar 2026 13:30
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
4 yanvar 2026 11:45
- Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi beynəlxalq FORUMLAR (SİYAHI)
3 yanvar 2026 12:19
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 2025 14:32
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
