Prezident ailəsi ilə qonaqların şərəfinə verilən ziyafətdə - FOTO
Martın 16-da Heydər Əliyev Mərkəzində V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.
Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdikləri ziyafətdə Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstan prezidentləri, Səudiyyə Ərəbistanının şahzadəsi, eləcə də bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, dünya siyasətində əhəmiyyətli rol oynayan ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq beşinci dəfədir baş tutur və budəfəki Forumda beynəlxalq münasibətlərin gələcəyi, münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması və digər mühüm məsələlər müzakirə edilir.
Forumda 50-dən çox ölkədən 300-dək nümayəndə iştirak edir. Artıq Qlobal Bakı Forumu ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.
Ziyafətdə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa yüksək səviyyədə qonaqpərvərliyə görə nümayəndələr adından minnətdarlığını bildirdi, Azərbaycana hər səfərlərində daha böyük tərəqqi və uğurların şahidi olduqlarını vurğuladı. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasında Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirdi.
Qlobal Bakı Forumunun mühüm əhəmiyyətini qeyd edən Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq səviyyədə rolunun get-gedə artdığını bildirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev ilə ilk görüşünü məmnunluqla xatırlayan qonaq Ulu Öndərin xatirəsini ehtiramla andı.
Vayra Vike-Freyberqa bildirdi ki, hər bir ölkə öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun surətdə bərpa etmək hüququna malikdir. Bütün Avropa İttifaqı ölkələri, o cümlədən Latviya belə bir ideyanı güclü surətdə dəstəkləyirlər.
Latviyanın sabiq Prezidenti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ayrı-ayrı dövlət başçıları ilə görüşlərini əks etdirən fotoşəkillərdən ibarət xatirə albomunu Prezident İlham Əliyevə təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin təmsil etdiyi qurumun fəaliyyətinə hərtərəfli dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Heydər Əliyev Fondunda Azərbaycanın birinci xanımı ilə ölkəmizlə Misir arasında mədəniyyət sahəsinə dair məsələləri müzakirə etdiklərini xatırlatdı, belə görüşlərin davam edəcəyinə ümidvar olduğunu söylədi. İsmail Serageldin növbəti Qlobal Bakı Forumunun daha möhtəşəm olacağına əminliyini vurğuladı.
Dəyərli hədiyyəyə və ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla andığına görə Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqaya minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Azərbaycan tarixinin istər sovet dövründə, istərsə də ölkəmizin müstəqilliyinin bərpa olunması və dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin müstəsna rolunu və misilsiz xidmətlərini xüsusi vurğuladı. Prezident İlham Əliyev hazırda Azərbaycanın nüfuzlu dövlətlərdən birinə çevrildiyini, çoxlu dostlarının olduğunu və gələcəyə nikbinliklə baxdığını dedi.
Dövlətimizin başçısı qeyd etdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq mötəbər quruma çevrilib və bu da dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinin daha geniş təbliğinə əlverişli imkanlar yaradır. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzuladı.
Beşinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu.
NUH.az
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 2026 12:46
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 2026 21:52
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 2026 18:43
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 2026 13:53
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 2026 21:01
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 2026 14:47
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 2026 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 2026 10:55
- Xocavənd, Qırmızı Bazar və Xanobaya köç karvanları yola salındı (FOTO)
28 aprel 2026 09:23
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
