Heydər Əliyevi həbs etmək haqqında planlar var idi - İlham Əliyev
"Moskvada qalmaq çox təhlükəli idi, çünki Heydər Əliyevi həbs etmək haqqında planlar var idi".
"Qaynar" xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə təşkil olunan ziyafətdə Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Azərbaycan Prezidenti bildirib: "Xanım Prezident Vike-Freyberqa, doktor Serageldin, əziz dostlar və qonaqlar.
Əvvəlcə xanım Prezidentə bu dəyərli xatirə üçün təşəkkürümü bildirmək istəyirəm. Atamın dünya liderləri ilə olan fotoşəkilləri. Onların böyük bir hissəsi bu gün buradadır. Onlar 1997-ci ildən bəri çox dəyişməyiblər. Bu hədiyyə üçün çox təşəkkür edirəm.
Xanım Prezident, Siz Heydər Əliyevlə olan görüşünüzü qeyd etdiniz. Bunu bilirəm, çünki o, həmin görüşdən qayıdanda mənə öz təəssüratları və Sizin barədə danışmışdı. Onu Sizin baxışınız, ölkəniz üçün etdikləriniz çox təsirləndirmişdi. Düşünürəm ki, ölkələrimiz arasında bu gün çox yüksək səviyyədə olan əlaqələr bu şəxsi əlaqə vasitəsilə yaranmışdı".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün Heydər Əliyev xalqımızı burada baş verə biləcək bir çox faciəvi hadisələrdən xilas etmiş bir liderdir: "O, Azərbaycanın sovet dövründə lideri idi. Daha sonra o, Sovet İttifaqının mərkəzi hakimiyyətində işləyən ilk azərbaycanlı olaraq çox önəmli vəzifə sayılan Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksəlmişdi. Daha sonra o, təqaüdə çıxdı və 1990-cı ilin yanvarında sovet ordusu Bakıya hücum etdikdə o, artıq təqaüdçü idi. O, səsini ilk dəfə qaldıranlardan və sovet rəhbərliyini, sovet ordusunu mülki azərbaycanlılara qarşı bu qəddar təcavüzə görə pisləyənlərdən biri idi. Qara Yanvar tariximizdə faciəvi bir hadisədir. Bu faciəvi hadisənin sabahısı biz birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getdik, o vaxtlar səfirlik yox idi.
Orada yüz nəfərdən çox insanın, o cümlədən qadınların, uşaqların sovet ordusu tərəfindən qəddarlıqla öldürülməsinə, yüzlərlə insanın yaralanmasına və bir çoxunun itkin düşməsinə görə kədərini ifadə etmək, məyusluqlarını və faciəvi anı bölüşmək üçün gələn azərbaycanlılardan ibarət böyük bir kütlə gördük".
Dövlət başçısı vurğulayıb ki, o vaxt Heydər Əliyev iki ildən artıq idi ki, təqaüdə çıxmışdı: "Biz kütləyə yaxınlaşdıqda insanlar kənara çəkilməyə və binaya daxil olması üçün ona və onu müşayiət edən bizə bir dəhliz açmağa başladılar. Bu, çox emosional bir an idi. Azərbaycanlıların birliyinin rəmzi idi – bu faciə onları birləşdirmişdi. Bu, onun heç vaxt şəxsən görmədiyi və öz növbəsində onu da görməyən insanların ona hörmətinin əlaməti idi.
Onlar ona hörmət göstərdilər, onun heç bir vəzifəsi yox idi. Əksinə, 1990-cı illərin əvvəli idi, sovet ittifaqı hələ də çox güclü idi və kommunist partiyası hər yerdə təsir imkanlarına malik idi. O, təqaüddə idi. Əgər, belə yüksək vəzifədən təqaüdə çıxırdınızsa, siz nəinki ictimai fəaliyyətdən uzaqlaşdırılırsınız, siz həm də mənəvi və fiziki olaraq təcrid edilirsiz. Biz binaya daxil olduq və o, mətbuat konfransı təşkil etdi. Həmin mətbuat konfransının videoları mövcuddur və dəfələrlə göstərilib. O, sovet rəhbərliyini, bu terror hadisəsini törədənləri pislədi. Bundan sonra o, kommunist partiyasından – gənc yaşlarından sıralarında olduğu partiyadan çıxdığını bəyan etdi. Bu, onun insanlara yanaşması idi, onun çox cəsarətli hərəkəti idi və o, bir daha nümayiş etdirdi ki, vəzifəsinin olub-olmamasından asılı olmayaraq o, Azərbaycan xalqının lideri idi.
Daha sonra biz, əlbəttə, çətinliklərə düşdük. Ailəmizin hamısı, o cümlədən mən işlərimizi itirdik. Bu, bizim taleyimiz idi. Onun üçün Moskvada qalmaq çox təhlükəli idi, çünki onu həbs etmək haqqında planlar var idi. O, Bakıya qayıtdı. O vaxt Azərbaycanın kommunist rəhbərliyi ona qarşı maneələr yaratmağa başladı. Bunun üçün də o, doğulduğu yerə, Naxçıvana qayıtdı. Orada o, özünü təhlükəsizlikdə hiss edirdi, çünki insanlar dərhal onu qəbul etdilər və onu Naxçıvan Muxtar Respublikasının lideri seçdilər. Fikrimcə, bu, sovet dövründə bir presedent idi, insanlar azad olduqlarını nümayiş etdirdilər. Onlar göstərdilər ki, mərkəzi sovet hökuməti artıq onların iradəsinə nəzarət edə bilmir. Azərbaycanın kommunist rəhbərliyi sadəcə olaraq heç nə edə bilmirdi. Onlar insanların iradəsi önündə gücsüz idilər. Əslində, bu, bizim müstəqilliyə aparan yolumuzun başlanğıcı idi. O, Naxçıvan Muxtar Respublikasının parlamentinin sədri seçildi. Eyni zamanda, Azərbaycan parlamentinə seçkilər keçirildi, o, Azərbaycan parlamentinin üzvü seçildi. Bu dövr çox çətin idi. İqtisadi vəziyyət çox pis idi. O, müstəqilliyə yol açan çox vacib üç qərar qəbul etdi. Naxçıvan Muxtar Respublikası o vaxt Naxçıvan Sovet Sosialist Muxtar Respublikası adlanırdı. Parlamentin qərarı ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı".
Prezident İlham Əliyev xatırladıb ki, ikinci qərar sovet ittifaqının saxlanması haqqında referendum keçirilməsi idi: "Əfsuslar olsun ki, Bakıdakı hökumət bu referendumu təşkil etdi və nəticələr çox qəribə idi. İnsanların azad olmaq istəməsinə baxmayaraq, guya əksəriyyəti sovet ittifaqının saxlanılmasına səs vermişdi. Beləliklə, Heydər Əliyev bu referendumun Naxçıvanda keçirilməsinə icazə vermədi".
Dövlət başçısı bildirib ki, üçüncü qərar isə onun Naxçıvan Muxtar Respublikasının parlamentinin sessiyasına 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının bayrağını gətirərək onu Naxçıvanın dövlət bayrağı elan etməsi idi: "Eyni zamanda, o, Azərbaycan parlamentinin üzvlərindən eyni qərarın qəbul olunmasını xahiş edən bir bəyanat qəbul etdi. Əfsuslar olsun ki, onlar bu qərarı qəbul etmədilər və Sovet Azərbaycanının bayrağı müstəqil Azərbaycanın bayrağına ancaq sovet ittifaqı dağıldıqdan sonra dəyişdirilmişdir. Bunlar tamamilə bütün həyatını ancaq xalqına həsr etmiş bir liderin ata biləcəyi addımlar idi. Biz bununla qürur duyuruq. Tariximizlə qürur duyuruq. Mən atamla qürur duyuram. Düşünürəm ki, indi həyatda olsaydı, o da bu ölkə ilə qürur duyardı. Bu gün Azərbaycan güclü mövqeyi, özünü təmin edən, sözün əsl mənasında özünə inanan, çoxlu dostları, dünyaya açıq olan və gələcəyə nikbinliklə baxan, özünü artıq dünya xəritəsində göstərmiş bir ölkədir.
Xanım Prezidentə, cənab Serageldinə və bütün dostlarımıza bu gün bizimlə birlikdə olduqlarına görə çox təşəkkür edirəm. Bu səhər də dediyim kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq çox mötəbər beynəlxalq bir instituta çevrilib. Nizami dünyada məşhur olan şəxsiyyətdir, ancaq indi Mərkəzin fəaliyyəti onu dünyada daha da məşhurlaşdırır. Mərkəz nə qədər böyük olsa, imkanları nə qədər çox olsa, Nizami Gəncəvini tanımayan insanlar belə bir böyük beynəlxalq Mərkəzin adını daşıdığı şəxsiyyətin kim olduğunu bir o qədər də çox öyrənməyə çalışacaqlar.
Əlbəttə, Nizami hər bir azərbaycanlı üçün milli ləyaqət, milli qürur rəmzidir. O, qədim Azərbaycan şəhəri Gəncədə anadan olub və orada da vəfat edib. Onun türbəsi Azərbaycan xalqının istedadının, insaniyyətinin rəmzidir.
Forumdakı fəaliyyətinizə görə sizə bir daha təşəkkür edirəm. Sizin gündəlik şəxsi öhdəlik və fəaliyyətiniz olmadan Forum bu cür mötəbər beynəlxalq hadisəyə çevrilə bilməzdi. Əlbəttə, ümid edirik ki, gələn il daha çox ölkədən daha çox qonağımız olacaq və biz tərəfdaşlığımıza davam edəcəyik. Çox sağ olun və sizə Bakıda yaxşı vaxt keçirməyi arzu edirəm".
NUH.az
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
5 mart 2026 12:45
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
