Texniki Universitetdə qalmaqal- Rektor Vilayət Vəliyev niyə 100-dən çox tələbəni xaric edib?
Azərbaycan Texniki Unversitetində elm qalıb bir yanda, rəhbərlik "oyunbazlıqla” məşğuldur…
Bu iddia Azərbaycan Texniki Unversiteti ilə bağl XALQ.AZ-a ünvanlanan müraciətdə yer alır. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisar və düzəlişlərlə dərc edirik:
Azərbaycan Texniki Unversitetində universitetində ezamiyyətə ancaq universitet rəhbərliyi və onların öz yaxın ətrafı (rektor, özünə yaxın olan prorektorlar, dekanlar, kafedra müdirləri, şöbə müdirləri və ən çoxda "seçilmiş” kadrlar) göndərilir. İş o yerə çatıb ki, ayrı-ayrı qrant layihələri üzrə ezamiyyətə gedənlərə belə mane olmağa çalışılır, orda da öz adamlarını göndərmək istəyirlər.
Sonrada deyirlər elm niyə inkişaf etmir? Elmin inkişafı üçün bir alimi bir beynəlxalq konfransa göndərmək ıazımdır, bir xarici elm mərkəzləri, nümayəndələri ilə münasibət qursun. Ancaq yaxın adamları Universitetin pulları hesabına xaricdə guya təhsil alırlar.
Vilayət Vəliyevin qeyri-qanuni işlərindən biri də, Unversitetin ayrı-ayrı işlərini aldadıb müxtəlif adlar altında unversitetə gətirdiyi müəyyən şəxslərə gördürüb, pulunu ödəməməsi, puldan söhbət açılmasın deyə həmin şəxslərə təzyiq göstərməsidir. Ziyalıları, alimləri yaxşı vəzifə adıyla işə dəvət edirlər, sonra ona kiçik işlərdən başlamaqla unversitetin çatışmazlıqlarını düzəltməyi tapşırırlar. İşlər yerinə yetirildikcə, azğınlaşır, daha böyük xərcli işlər tapşırılır. Sonrada, "işlərin öhdəsindən gələ bilmirsən” deyilərək, işdən azad edirlər. İnsanların "işə” cəlb olunmasında isə hətta prorektorlar, "seçilmiş” dekan və kafedra müdirləri iştirak edirlər. Tam bir qapalı "moşenniklik” sxemi qurulmuşdur. Təzyiq vasitəsi kimi, müxtəlif oyunlar" qurur və bu çirkin oyunlara Unversitetdəki öz adamlarını cəlb edir. Odur ki, Unversitetdə təhsil, elm qalıb bir yanda, "oyunbazlıqla” məşğuldur. Bu işlərə onun çirkin əməllərinə kölə olmuş prorektorlar, dekanlar məcburən cəlb olunur. Bu adamlarında bəzisini onun rəhbər olduğu elmlər namizədi üzrə ixtisaslaşmış şuranın işi ilə, bəzilərinin fakultəsinin adını dəyişdirərək işdən xaric etməklə təhdid edərək müti vəziyyətə salmışdır. Ona görədə bu adamlar məcburiyyətdən Vilayət Vəliyevin məddahlığı ilə məşğuldurlar.
Vilayət Vəliyevin nə üçün 2024-cü ildə 117 tələbəni qovmasının səbəbini açıqlamaq əvəzinə (Bu işdə Nəqliyyat və logistika dekanı Allahverdi Şərifov və Energetika fakultəsi dekanı Hüseyqulu Quliyev xüsusi fəallıq göstərmişdir) qazilərə qarşı mənfi münasibətini bir az da inkişaf etdirərək, Energetika fakultəsi Elmi Şurasının yarısını bir qazinin imtahanda suallara cavab verə bilməməsinə (axırda bir Elmi Şura üzvü bildirib ki, qazilər lazımi yerdə — cəbhədə öz cavablarını vermişdir), Unversitetin Fizika kafedrasının dosenti Cuməli müəllimin Vilayət Vəliyevin ədalətsiz işlərinə qarşı heç nə edə bilməyəcəyindən danışmışdır. Cuməli müəllimin əsas iradlarından biridə Vilayət Vəliyevin qızını, oğlunu, baldızını və neçə belə qohumlarını unversitetə yığması, lakin tədris-köməkçi heyətini ixtisara salmasıdır. Artıq unversitetin bütün aparıcı alimləri, kafedra müdirləri – prof. Nizami Yusifov, dos.Hikmət Əliyev, prof. Ələkbər Hüseynov hətta iclaslarda belə açıq şəkildə rektorun şərait yaratdığı biabırçı kadr axınının qarşısının alınmasının vacibliyindən danışır.
Cuməli müəllim (fizika kafedrası) bu məsələləri, unveristetin çatışmazlıqların, hərc mərcliyi, qanunsuzluğu, moşennikliyi, dələduzluğu dediyinə görə Vilayət Vəliyev onun qeyd etdiyi qanunsuzluqları "araşdırmaq” üçün bir "komissiya” düzəltdi. Komissiya elə işlədi ki, Cüməli müəllim "borclu”, "günahkar” çıxdı (50 ilin dosenti guya "laboratoriya” dərsi deyə bilmirmiş).
Vilayət Vəliyev bir alimin ard-arda ixtiraları olduğunu, qrant udduğunu bildikdə onu qiymətləndirmək əvəzinə, həmin alimin işlərini aşağılamağa, qiymətdən və həvəsdən salmağa çalışır. Özü isə, ancaq Unversitetdən gələn pulları sağa-sola dağıtmaqdan başqa bir iş görmür. Ödənişli təhsildən gələn milyonlarla pullar (1 tələbənin illik ödənişi 2000-3000 manatdır, unversitetdə ən azı 3000-4000 ödənişli əsaslarla oxuyan tələbə-magistr on milyon ətrafında vəsait alınır) hara xərclənir, necə silinir bilinmir. Bütün qanunsuzluqlara "qanuni” don geyindirmək üçün Unversitetin Elmi Şurasını "Milli Məclisə” çevirib, Əmək məcəlləsinin maddələrinə "düzəlişlər” etdirir.
Cüməli müəllim demişdi ki, necə olur bir ailənin 3 üzvü unversitetdə işləyir? Qızı kimya kafedrasının müəllimidir, ancaq iqtisadiyyat üzrə enerji ixtisaslarında magistr dissertasiyasına rəhbərlik edir. Rəhbərliyi ilə hazırlanan magistr dissertasiyası bir kurs işi səviyyəsində deyil. Hər halda bu qanunsuzluğu, Elm və Təhsil naziri Emin müəllim araşdırılmasına göstəriş verər. Yoxsa, bu elə belə davam edəcək, ildənilə saxta dissertantların sayı artacaq. Keçən il Vilayət Vəliyevin professoru olduğu, kuratorluq etdiyi, iqtisadiyyat kafedrası üzrə 200-dən çox magistr dissertasiyasının pulla işlənildiyi meydana çıxdı. Unversitet bu xəbərlə çalxalandı, ancaq o fakultədən indidə bakalavr qrupları qan ağlayır. Maraqlıdır, dərsi oldu-olmadı bütün müəllimləri unversitetə yığır, görəsən qızı da müəllimdi, o da unversitetə gəlirmi?
Guya kaferdra müdirlərini, dekanları yığıb tapşırır ki, tələbə "tapşırmaq” olmaz, müstəsna hal kimi özüm həll edəcəm, deyir. Halbuki, oğlu qapı-qapı düşüb müəllimlərə adam tapşırırdı. Ölkə rəhbərliyi həmişə bildirmişdir ki, imkanlı məmurların yaxınları özlərini təvözakar aparmalıdır. Rektorun qohumlarının bahalı maşınları unversitet həyətində, yarışlarda olduğu kimi şütüyür.
Ancaq bu hərəkətlər dağıdılan pulların adı tutulmasın, onlar haqqında fikirləşən olmasın və fikri başqa istiqamətə yönəltməkdən başqa bir şey deyil. Bu da ancaq dağıdılan vəsaitlərdən fikri yayındırmaq üçündür.
Onlarla adamı işindən gücündən edib, aldadlb Unversitetə çağırıb, sonrada, müxtəlif bəhanələrlə yolları ayırmaqdan danışır. Özbaşınalıq o qədər artıb ki, veteranlara iş gördürüb, pulunu vermir. Müxtəlif bəhanələrlə, vaxtı uzadır, çox inad edəndə, təzyiqlər göstərir.
Unversitetdə moşenniklik, özbaşınalıq, dələduzluq o qədər artıb ki, belə bir traqikomik hadisə baş verib: Bir vəzifə sahibi ziyalını Vilayət Vəliyev aldadıb, işindən gücündən edib, gətirib universitetdə vəzifə verib. Üstündən bir müddət sonra ona unversitet adına xərcli bir iş tapşırıb, deyib işi yerinə yetir nə xərc çəksən qaytaracağıq. O ziyalıda inanıb 3000-4000 xərc çəkib, işi tamamlayıb, üstündən aylar, illər keçir nəinki pulunu qaytarırlar, hələ adınada söz çıxarırlar ki, guya o ziyalını işə götürəndə o ziyalı pul söz vermişdi, pulu vermir. Bu başıbəlalı ziyalı onu unversitetə gətirən dekanla hər bu Vilayət Vəliyevin özünə münasibətindən danışanda dekan əli ilə, "jest”lə "5” göstərirmiş. Bu ziyalıda deyir bəlkə səhv başa düşür. Ancaq o, onu unversitetə gətirən prorektorun yanında olanda, baxır ki, o da əli ilə jestlə "5” göstərir. Sonra naəlac qalan bu ziyalı unversitetdə çoxdan işləyən biri ilə, bu haqda danışır, həmin şəxsdə ziyalıya vəzifələrin necə satıldığı haqqında məlumat verirlər. Bu ziyalıda 3000-4000 manatının necə batdığını və o "5”liyin də nə qədər olduğunu başa düşür. Nə qədər ziyalıda olsa, dələduzluq və moşenniklikdən başı çıxmasada bilir ki, başa düşür ki, "5”liklər qurtaran deyil lap bu gün 3000-4000 manat kimi sabah "5”liklər "6”lıq, "7”lik olacaq. Nə isə, ziyalılarında ard-arda unversitetdən kənarlaşdırılmasınında sirri belə açılır.
Unversitetdə sadalanan rəzillikləri edən rektorun, prorektorun, dekanların nə şəhidlərimizlə, nə qazilərimizlə nə də veteranlarımızla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur (bunlar o adamlardandı ki, müxtəlif çirkli əlaqələri ilə yaxınlarını müharibə alovundan kənar saxlamağı bacarıblar). Türklərin bir məsəli yada düşür: "Ölüsü ölməyənə halva şirin gələr”. Odur ki, inanırıq ki, bunların etdikləri göydə Allahın yerdə Möhtərəm Prezidentimizin nəzərindən yayınmayacaq.
Məsələ ilə bağlı Texniki Universitetdən heç bir açıqlama almaq mümkün olmadı .
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Oxşar xəbərlər
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 2026 11:46
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 2026 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
Xəbər lenti
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
Video & Fotoqalereya
Video
Fotoqalereya
