Təhsilə ayrılan vəsait ÜDM-in 3,5 fazi, elmə ayrilan vəsait isə 0,16 faizi qədərdir - Əli Məsimli

Deputat Əli Məsimli Milli Məclisin iclasında çıxış edib.
Musavat.com-un məlumatına görə, deputat bildirib ki, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyininin sonunda 60 tövsiyə və təklif verilib:
“Komitədəki müzakirələrin nəticəsinin ən diqqıtçəkən əsas məqamı o oldu ki, maliyyə naziri qaldırılan məsələ və sualları cavablandırarkən bildirdi ki, Hesablama Palatasının tövsiyələrini incələmək üçün xüsusi işçi qrupu yaradılıb. Biz bunu çox müsbət qiymətləndir, eyni zamanda bir təkliflə çıxış etmək istəyirik. Hesablama Palatasının araşdırmalarında və təkliflərində büdcə müzakirələri zamanı deputatların qaldırdıqları məsələlər də yer alır. Büdcə məsələlərinin Milli Məclisdə müzakirələri əsas yer tutur və çox mühüm ictimai maraq və gözləntilər yaradılır. Ona görə də təklif edirik ki, büdcə ilə bağlı məsələlərin Milli Məclisdə müzakirəsi ildə 2 dəfə omaqla, təkcə əvvəlki ilin dövlət büdcəsinin icrasına dair illik hesabatin və bir də növbəti ilin Büdcə Zərfinin müzakirəsi ilə məhdudlaşmasın. Bu kontekstdə Maliyyə Nazirliyi, Hesablama Palatası və Milli Məclisin birgə müzakirəsi üçün bir neçə mövzu təklif edirik: birincisi, müharibədən sonra 2021-ci illə müqayisədə 2024-cü ildə büdcə gəlirləri 10 milyard manat, büdcə xərcləri isə 14 milyard manat artıb. 2025-ci illə müqayisədə 2028-ci ildə isə büdcə gəlirlərinin cəmi 1,5 milyard manat, xərclərinin isə 1 milyard manat artacağı gözlənilir.
Ölkəmizin hərbi-müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi hələ xeyli müddət prioritet olaraq aktuallığını saxlayacaq. Bu, növbəti illərdə 2025-ci ilin büdcəsində nəzərdə tutulduğundan daha çox vəsait ayrlmasını zəruri edəcək. Ona görə də “Hazırkı reallıqlar şəraitində büdcə gəlir və xərclərinin ÜDM-ə nisbətinin optimallaşdırılması məsələləri”nin birgə müzakirəsinin təşkilini vacib hesb edirik. İkincisi, ötən ilin büdcəsindən təhsilə büdcə xərclərinin 12 faizi, elmə 0,5 faizi qədər vəsait ayrilıb. Təhsilə ayrılan vəsait ÜDM-in 3,5 fazi, elmə ayrilan vəsit isə 0,16 faizi qədərdir. Elmə ayrılan vəsait bu sahə üzrə iqtisadi təhlüksizlik meyarının kritik həddindən 12 dəfə aşağıdır. 10 il bundan əvvəl Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası qəbul edilib. Təhsil Strategiyasında təhsil xərclərinin ÜDM-in 6-7 faizə çatdırılması və müəllimlərin əmək haqlarının əhəmiyyətli dərəcədə artırılıb, orta əmək haqqından yüksəyə qaldırılması hədəfləndirilşdi. “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” nda elmin maliyyələşdirilməsinin 2020-ci ilədək ÜDM-in 1%-i səviyyəsinə çatdırılması,elmi işçilərin əmək haqqlarının 2 dəfə artırılması hədəfləndirilmişdi. Bunların heç biri həyata keçmədi. Ona görə də BMT-nin araşdırmalarınına görə, Azərbaycanda elmi tədqiqat xərclərinin ÜDM-ə nisbətdə xüsusi çəkisi 0,16 olmaqla 151 ölkə arasında 121-ci, təhsilə ayrılan xərclərinin ÜDM-ə nisbətdə xüsusi çəkisi isə 3,5 faiz olmaqla 100 ölkə arasında 94-cü yerdə qərarlaşıb. Bu bxımdan ikinci mövzu kimi “Elm və təhsilin maliyyələşdirilməsinin optimallaşdırılması məslələri”nin birgə müzakirəyə çxarılmasını məqsədəuyğun hesab edirik”.
Ə.Məsimli ardınca bildirib ki, təhsilin və elmin inkişaf səviyyəsi yeni əsaslarda yüksəldikcə, onun cəmiyyətimizin, o cümlədən dövlətin inkişafına və onun idarə edilməsinin elmiliyinin artırılmasına da təsiri də güclənəcək. Deputat digər məqama da diqqət çəkib: “Hər il büdcədən sosial sahəyə milyard manatlarla vəsait ayrılır, çoxmilyardlı maliyyə tutumu olan sosial paketlər reallaşdırılır. Təbii ki, bu, əhalinin sosial durumunun yaxılaşdırıldırılmasına hesablanmış çox vacib addımardır. Bununla yanaşı, ciddi antiinflasiya tıdbirləri də görülmlidir ki,həmin vəsaitlərin çoxu süni qitmət artımı vasitəsilə işbazların cibinə yox, vətəndalarımızın əlavə mal və məhsul alınmasına yönəlsin. Ona görə də üçüncü mövzu kimi “Büdcədən sosial sahəyə ayrılmış vəsaitlər əhalinigüzaranına təsiri” məsələlərinin müzkirəsinin təşkilini vacib hesab edirik”.
Deputat qeyd edib ki, 2024-cü ildə kənd təsərrüfatı xərclərinə dövlət büdcəsi xərclərinin 3,1 faizi həcmində və ya 1159 milyon manat vəsait yönəldilib:
“Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivədə hər il orta hesabla kənd təsərrüfatının 4%, artması nəzərdə tutulub. Lakin statistik məlumatlara əsasən, 2022-2024-cü illərdə kənd təsərrüfatı hər il orta hesabla 2,6%,2024-cü ildə isə 1,5% artıb. Azərbaycanın özünü kənd təsərrüfatı məhsullarına olan tələbatınının xeyli hissəsini yerli istehsal hesabına təmin etmək, üstəgəl hər il xaricə bir neçə milyard dollarlq kənd təsərrüfatı və onun emalından alınan məhsul sata bilmk potensilına malikdir. Torpaqlarımızın işğaldan azad olması, potensialımızı lavə olaraq üçdə bir artırıb. Amma biz xaricdən getdikcə daha çox ərzq malları alırıq. Aparılan araşdırmalar göstərir ki,şəffaflıq, hesabatlılıq və nəzarət mexanizmlərinin effektiv kombinasiyasına nail olmaq əsasında kənd təsərrüfatına ayrılan vəsaitdən istifadənin səmərələliyini yüksəltmək və bir sıra təşviqləndirici tədbirlər həyata keçirməklə bu sahədə orta illik artım tempini 5 faizdən yüksəyə qaldırmaq olar. Bu məsələnin təxirəsalınmadan uğurlu həlli ölkəmizdə yerli istehsalın artılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxaldan asıllılığın azaldılması və kənd əhalisinin güzəranənın yaxşılaşdırılması istiqamətlərində ciddi nəticələrin əldə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də dördüncü məsələ kimi “Azərbaycan aqrar sahənin potensialında istifadənin səmərəliliyinin artırılması məslələri”nin müzakirələrini vacib hesb edirik”.
Deputat sonda vurğulayıb ki, Milli Məclisdə təşkil olunan İctimai müzakirələrin təsir gücünü daha yüksək olması faktından çıxış edərək təklif etdiyi həmin məsələlərin bir hissəsinin İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və digər qurmların iştrakı ilə ictimai mazakirə fprmasnda keçirilməsini daha məqsədəuyğun hesab edir.
E.Paşasoy
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 2025 12:22
- İlk 7 ayda 127 milyondan çox insan metrodan istifadə edib (SİYAHI)
17 avqust 2025 16:52
- Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
13 avqust 2025 13:06
- Vaşinqton razılaşması Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsini şəkilləndirir
16 avqust 2025 18:30
- Azərbaycan Ukraynaya 2 milyon dollar humanitar yardım ayırdı (SƏRƏNCAM)
11 avqust 2025 12:17
- SAXTA DİPLOMLAR - TKTA sədri ilə EKSKLÜSİV müsahibə
9 avqust 2025 11:23
- NAR ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
8 avqust 2025 01:25
- POLİS haqqında Qanuna dəyişiklik edildi
5 avqust 2025 16:39
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 2025 21:24
- Ustaların pulunu verməyən deputatın biznes SİYAHISI və köməkçisindən -dəyərli- məsləhət
24 iyul 2025 09:41
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 12:22
- Azərbaycanın bütün bölgələrində və Bakıda QOYUN və KEÇİ-lər AZALIB
18 avqust 11:30
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 10:16
- Yeməklərə qonan milçəklərdən bezmisiniz? - ən sadə üsul, həşəratlar birdəfəlik QAÇACAQ
18 avqust 09:58
- Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər saxlanıldı
18 avqust 09:43
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
18 avqust 09:30
- Zelenski Vaşinqtondan ilk açıqlama verdi: Krımdan imtina etməyə dəyməzdi...
18 avqust 09:09
- Zelenski Trampla görüşmək üçün ABŞ-a yola düşdü
18 avqust 00:06
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
17 avqust 21:53
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 17:29
- Sabah Avropa liderləri Trampla görüşəcək
17 avqust 17:24
- Balakəndə camış sahibini vurub öldürdü
17 avqust 17:18
- Rəqsanə Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağını vəd edərək 520 MIN DOLLAR
17 avqust 17:05
- Daha bir rayonda dəbdəbəli yas verilməsi ləğv edildi
17 avqust 16:58
- İlk 7 ayda 127 milyondan çox insan metrodan istifadə edib (SİYAHI)
17 avqust 16:52
- Biz yenidən uçurum qarşısındayıq –Heydər Əliyev 50 il əvvəl Oljas Süleymanova nə deyib?
17 avqust 12:09
- Müslüm Maqomayevin SSRİ-də göstərilməyən konserti –Almaniya TV-sının 1973-cü ilə aid unikal görüntüləri (VİDEO)
17 avqust 11:07
- Zelenski: Bazar ertəsi Trampla görüşə hazırlaşırıq
17 avqust 10:24
- 15 milyona torpaq sahəsi aldı
17 avqust 09:50
- Bu ölkəni kütləvi etirazlar bürüdü - SON DƏQİQƏ
17 avqust 09:30
- Ərdoğanın oğlu Azərbaycana gəldi
17 avqust 09:02
- Putindən Trampa ŞOK TƏLƏB - Rus dili RƏSMİ dil olsun
17 avqust 00:45
- Tatarıstanlı nazir Talibanı -mehriban quldurlar- adlandırıb
16 avqust 23:25
- Zelenski Putinin tələbini rədd etdi
16 avqust 22:59
- Müğənni Rəqsanə HƏBS EDİLDİ
16 avqust 19:46
- Vidadi Babanlı vəfat etdi
16 avqust 19:38
- Birgə səylər beynəlxalq ictimaiyyət üçün müsbət nəticələr verə bilər
16 avqust 10:46
- Avropanın tərk edilmiş ən qorxulu 4 kəndi (FOTO)
16 avqust 10:29
- Trampdan Zelenskiyə məsləhət: Rusiya çox böyükdür, siz isə yox – razılaşma bağlayın
16 avqust 09:23
- Putin və Trampın görüşü ilə bağlı ilginc detallar
16 avqust 01:03