Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
“Dərmanlarını qəbul edir, vəziyyəti stabildir, Allaha şükür, evdə və yanımızdadır. Ötən yay müayinə üçün Türkiyəyə aparmışdıq, yəqin bu yay da gedəcəyik. Şəhərə demək olar ki, tək çıxmır. Evdən çox uzaqlaşmır, yəni hər zaman sərbəst gedib-gəlmir. Harasa gedən zaman biz onun yanında oluruq”.
Bunu Musavat.com-a tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı deyib. Həyat yoldaşının səhhətindən danışan T.Bayatlı bildirib ki, şairin yaradıcılığı ilə bağlı da işlər qaydasındadır: “Hər gün oturub yazmır, amma şeir ilhamı gələndə əlbəttə, yazır.
Hazırda onun bir kitabını çapa hazırlayırıq, indiyə qədər çıxmış bütün kitablarından seçmələr olacaq. Özünün xoşuna gələn şeirləri seçmişik, ümumiyyətlə, bütün şeirlərini sevir, amma daha çox üstünlük verdiyi, ürəyinə yaxın olanları öz istəyi ilə ayırmışıq. Mətnlər üzərində işləyirik. Nəşriyyat, dizayn və s. işlər üzərində dayanmışıq.
Yəqin ki, bir-iki aya kitab çıxacaq. Bundan başqa, bu yaxınlarda Vaqif Bayatlının şeirlərinə bəstələnmiş bütün musiqi əsərlərini toplayıb bir yerdə not şəklində musiqi məktəbləri üçün hazırladıq.
Vaqif müəllimin bir gənclik dostu var. O, Norveçdə yaşayan tanınmış bəstəkar Qalib Məmmədovdur. Vaxtilə Vaqif müəllimin şeirlərindən istifadə edərək gözəl bir musiqi kompozisiyası yaradıb.
Bu kompozisiyanı Şövkət Ələkbərova ifa edib və simfonik orkestr tərəfindən səsləndirilib. Onun notlarını arxivlərdən tapdıq, Norveçə göndərdik, Qalib Məmmədov da işləyib hazırladı və onu da musiqi məktəbləri üçün çap etdirdik. Bundan başqa, Azərbaycanın tanınmış musiqişünası, həm də Üzeyir Hacıbəyli muzeyinin direktoru Sərvər Fərəcov Vaqif müəllimin dörd şeirini seçərək onlara vokal əsərlər bəstələyib. Onunla birlikdə işləyərək, icazəsi ilə həmin vokal silsilənin notlarını hazırladıq və kitab şəklində nəşr etdik. Bu da musiqi məktəbləri üçün bir hədiyyədir. Yəni Vaqif müəllimin əsərlərinə bəstələnmiş bütün musiqilər- istər simfonik əsərlər, istər vokal silsilələr və digər janrlar, hamısını üç ayrı not kitabında toplayıb musiqi məktəblərinə hədiyyə etdik”.

Xanımı “şairin ümumi mənəvi əhval-ruhiyyəsi necədir” sualımıza belə cavab verdi: “Vaqif müəllim əsasən poeziya adamıdır, ruh adamıdır. O, ruhla yaşayır. Gündəlik məişət məsələləri ilə əvvəllər də çox maraqlanmırdı, indi isə ümumiyyətlə, uzaqdır bu şeylərdən. Televizora baxanda da gündəlik xəbərlərə çox fikir vermir.
Onun daha böyük mənəvi məqsədləri var: türk dünyasının birliyi, poeziyanın yüksəlməsi, Azərbaycan poeziyasının dünyaya çatdırılması. Həmişə deyir ki, Azərbaycan poeziyası dünyanın ən güclü poeziyasıdır və bunu tez-tez təkrar edir. Deyir ki, dünyanın ən böyük poetik zirvəsi Məhəmməd Füzulidir. Ondan yüksək poeziya zirvəsi yoxdur. Bu düşüncələrlə yaşayır və yanına gələnlərlə də bunları bölüşür”.
T. Bayatının sözlərinə görə, havaların sərin keçməsi şairin səhhətinə və əhvalına yaxşı təsir edir: “Bəli, ürəyinə üç stent qoyulub. Havanın mülayim olması ona daha yaxşı təsir edir. Nə çox soyuq qışı, nə də çox isti yayı xoşlayır. Yaz və payız onun ən sevdiyi fəsillərdir.
Əvvəllər daha çox gəzirdi, bu fəsillərdə bulvarda olurdu, dostları, gənc şairlərlə görüşürdü. İndi də gənc şairlər yanına gəlir, onunla ünsiyyət qurur, telefonla danışırlar. Yəni Vaqif müəllim əvvəlki kimi poeziya ruhundadır, ədəbiyyatla yaşayır. Onun poeziyasız bir günü, bir saatı belə yoxdur. O, poeziya adamıdır, bu dünyanın adamı deyil”.
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 2026 23:26
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
- Trampla Putin telefonla danışdı
29 aprel 2026 21:40
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Gəlini Milli Qəhrəmanın adını daşıyan nəvəsinin şəklini paylaşdı - FOTO
27 aprel 2026 10:30
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
