- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
Hadisə11 may 2026 00:48
Binəqədi rayonunda baş verən intihar hadisəsi ilə bağlı ailə üzvlərinin səsləndirdiyi iddialar ictimai rezonans doğurub.
Belə ki, 08.05.2026-cı il tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış Massivi, Ordubadi küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin həyətində intihar hadisəsi qeydə alınıb.
Yaxınlarının Patrul.az-a verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Məmmədov Cəmil Baxış oğlu yaşadığı evin pəncərəsinin dəmir barmaqlıqlarından özünü kəndirlə asaraq həyatına son qoyub. Hadisənin təxminən saat 18:00 radələrində baş verdiyi bildirilir.
Patrul.az xəbər verir ki, mərhumun ailə üzvləri hadisədən əvvəl baş verən müəyyən proseslərin Cəmil Məmmədovun psixoloji durumuna ciddi təsir etdiyini iddia edirlər.
Mərhumun anasının sözlərinə görə, yaşadıqları küçədə demək olar ki, bütün evlərin həyəti daş hasarla əhatə olunsa da, onların evinin bir hissəsində hasarın hündürlüyü az olub və həyətin içi küçədən görünürmüş. Bu səbəbdən Cəmil Məmmədov həyətin hasarının bir qədər qaldırılması üçün addım atıb və hasar təxminən 5-6 daş hündürlüyündə artırılıb.
Ailə iddia edir ki, həmin iş üçün onlardan ümumilikdə 3500 manat pul alınıb. Lakin onların sözlərinə görə, hasarın tikilməsindən təxminən bir ay sonra Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları əraziyə texnika ilə gəliblər. Hadisə zamanı evdə yalnız mərhumun anasının olduğu bildirilir.
Ananın sözlərinə görə, icra nümayəndələri evə aid sənədləri tələb etdikdən sonra hasarı tamamilə sökərək ərazidən uzaqlaşıblar. O bildirib ki, oğlu işdən qayıtdıqdan sonra həmin mənzərə ilə qarşılaşıb və bundan sonra ağır psixoloji sarsıntı keçirib.
"Bir gün belə rahat yatmadı. Nə qədər sakitləşdirməyə çalışsam da, bunu öz qüruruna toxunan hadisə kimi qəbul edirdi. Deyirdi ki, bizi hamının içində alçaltdılar”, – deyə mərhumun anası bildirib.
Ailə üzvləri hesab edir ki, baş verən hadisələr və hasarın sökülməsi Cəmil Məmmədovun psixoloji vəziyyətinə mənfi təsir göstərib və nəticədə faciəyə səbəb olub.
"Bizdən həm pul aldılar, həm hasarımızı uçurdular, həm də cavan oğlumun ölümünə səbəb oldular”, – deyə mərhumun anası göz yaşları içində bildirib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.




Oxşar xəbərlər
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 2026 16:37
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 2026 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 2026 11:58
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 2026 11:13
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 2026 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 2026 11:41
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
Xəbər lenti
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
