- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Məleykə Abbaszadə ilə ekspertlərin qovğası QIZIŞDI
Təhsil sahəsində ən azı 5 il işləyən və elmi araşdırmaları, məqalələri dərc olunan adamlar təhsil eksperti adı qazana bilər.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Asan TV"nin efirində deyib. O bildirib ki, bu məsələdə ekspertin təcrübəsi əsas olmalıdır.
Qeyd edək ki, bundan əvvəl də DİM sədri ekspertləri tənqid edib. Sonuncu dəfə tərəflər arasında atışma imtahan suallarının çətinliyi ilə bağlı olub. İndi isə M.Abbaszadə ekspertlərin kritriyalarını açıqlayıb. Bəs özləri bununla razılaşmırmı? DİM sədri kimin ekspert olub-olmadığını müəyyənləşdirə bilərmi?
Musavat.com-a açıqlama verən təhsil eksperti Fuad Hacıyev məsələyə sərt reaksiya verib: “Məleykə xanım imtahanların təşkili və DİM-in fəaliyyəti ilə bağlı işlərə fokuslansa, düşünürəm ki, daha faydalı olar. “Kim təhsil eksperti sayılsın” məsələsi çox geniş anlayışdır və bunu yalnız bir neçə formal kriteriya ilə ölçmək düzgün deyil.
Təsəvvür edin, bir insan 5 il işləyib, elmi məqalələri də var. Amma idarəçilik bacarığı, psixoloji yanaşması, dünya görüşü, insanlarla ünsiyyət qabiliyyəti yoxdur. Sadəcə oxuyub və mexaniki şəkildə işləyib. Bu avtomatik onu ekspert edirmi? Məncə yox.
Təhsil sahəsində elə insanlar var ki, illərlə minlərlə tələbə ilə işləyib, ailələrlə ünsiyyətdə olub, universitet sistemlərini yaxından tanıyıb, böhran vəziyyətlərini idarə edib və real nəticələr göstərib. Əsl ekspertlik də bir az burada başlayır. Təhsil sadəcə diplom və məqalədən ibarət deyil, insan tanımaq və doğru yön vermək bacarığıdır.
Düzdür, bəzi məsələlərlə mən də razıyam. Məsələn, bu gün sosial şəbəkədə ali təhsili belə olmayan, 19-20 yaşlı gənclərin özünə “təhsil eksperti” deməsi doğru deyil. İnsanlara məsləhət vermək üçün minimum təcrübə və məsuliyyət hissi olmalıdır. Amma bütün bunları tənzimləyəcək qurumun DİM olduğunu düşünmürəm. DİM-in əsas işi imtahan keçirməkdir, ekspert adı paylamaq yox”.
Dosent İlham Əhmədov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, son illər Azərbaycanda “təhsil eksperti” anlayışı geniş yayılsa da, onun elmi və peşəkar sərhədləri hələ də tam müəyyənləşməyib. Onun sözlərinə görə, media və sosial şəbəkələrdə özünü ekspert kimi təqdim edənlərin sayı artsa da, ekspertlik yalnız görünür olmaq və fikir bildirməklə ölçülməməlidir. Həqiqi ekspert mürəkkəb sistemləri təhlil edən, səbəb-nəticə əlaqələrini müəyyənləşdirən və həll yolları təklif edən peşəkar şəxsdir.
İlham Əhmədov qeyd edib ki, təhsil sistemi pedaqogika, psixologiya, sosiologiya, idarəetmə və texnologiya kimi sahələrin kəsişməsində formalaşan mürəkkəb bir sahədir. Buna görə də yalnız iş təcrübəsi ekspert olmaq üçün kifayət etmir. Onun fikrincə, təhsil eksperti sistemi elmi, sosial və idarəetmə baxımından analiz etməyi, proqnoz verməyi və inkişaf modelləri hazırlamağı bacarmalıdır.
Dosent vurğulayıb ki, peşəkar təhsil eksperti analitik düşüncə, elmi tədqiqat aparmaq, data təhlili etmək, beynəlxalq təhsil modellərini müqayisə etmək və gələcək tendensiyaları qiymətləndirmək bacarıqlarına sahib olmalıdır. O hesab edir ki, müasir dövrdə ekspert süni intellektin təhsilə təsiri, rəqəmsal transformasiya və gələcəyin peşələri ilə bağlı məsələləri də dərindən bilməlidir. Bununla yanaşı, ekspert mürəkkəb məsələləri sadə və aydın formada izah etməyi, manipulyasiyadan uzaq danışmağı bacarmalıdır.
İlham Əhmədovun sözlərinə görə, Azərbaycanda əsas problemlərdən biri yalnız ekspert azlığı deyil, həm də ekspertiza böhranıdır. O bildirib ki, sistemli təhsil analitikası zəifdir, müstəqil tədqiqat mərkəzləri azdır və elmi debat mühiti tam formalaşmayıb. Bu səbəbdən ekspertlik çox vaxt elmi fəaliyyətlə deyil, şəxsi nüfuz və mediatik görünürlüklə əlaqələndirilir.
Dosent hesab edir ki, yeni dövrdə təhsil eksperti multidissiplinar düşüncəyə, texnoloji savadlığa və data əsaslı yanaşmaya malik olmalıdır. Onun fikrincə, Azərbaycanda təhsil ekspertləri üçün peşə standartları hazırlanmalı, müstəqil analitika mərkəzləri və təhsil siyasəti laboratoriyaları yaradılmalıdır. O sonda qeyd edib ki, ekspert anlayışı emosional şərhlər və şəxsi tanınma üzərində qurularsa, təhsil siyasəti də təsadüfi və qeyri-elmi xarakter daşıyacaq.
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 2026 14:19
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 2026 13:37
- Dünyanın siyasi xəritəsini dəyişəcək plan – Kanada Avropaya birləşir
9 may 2026 11:29
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 2026 16:43
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
5 yanvar 2026 18:06
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 2025 19:20
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 2025 12:46
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 2025 23:25
- İlyas Əfəndiyevin bu səhvinə əsərdə olmasa da, tamaşada düzəliş etmək lazımdır
10 oktyabr 2025 02:00
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
