APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
Aprel döyüşləri, Aprel müharibəsi adları ilə məşhur olan və Azərbaycanın hərb salnaməmizə daha çox “Dördgünlük müharibə” kimi yazılan və ordumuzun parlaq tarixi qələbələri sırasında layiqli yer tutan 2016-cı il APREL DÖYÜŞLƏRİNDƏN 10 il ötür.2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə 4 gün əzində düşməni ağır məğlubiyyətə uğradaraq, o vaxt işğal altında olan ərazilərin 2 min hektardan çox hissəsini azad etdi.Həmçinin strateji cəhətdən vacib bir sıra ərazi və yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçdikdən sonra xalqımızın həsrətində olduğu belə qələbələrin davamlı olacağına, bütün torpaqlarımızın azad ediləcəyinə inamı artdı və Aprel döyüşlərində 4 il sonra- 2020-ci ildə bu inam ən yüksək,ən möhtəşəm səviyyədə özünü doğrultdu!
“Dördgünlük müharibə”- 2016-cı ilin 2 aprelindən 2020-ci ilin 8 noyabrına-Qarabağın azadlığına gedən yolda 44 günlük Vətən müharibəsindəki zəfərimizin başlanğıcı,təməl daşı oldu.Aprel döyüşləri bütün dünyaya göstərdi ki,30 il düşmən tapdağında qalan torpqlarımızın azad olunmasına gedən yol və zaman o qədər də uzaqda deyil. 2016-cı ilin Aprel döyüşlərində əldə edilən böyük hərbi uğurun və “hibrid müharibə”nin digər müstəvilərindəki uğurlarımızın məntiqi nəticəsi olaraq 2020-ci ildə Vətən müharibəsində Qarabağ düşmən işğalından azad edildi.
2016-cı iln Aprel döyüşlərindən 1 ay yarım sonra GUAM Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü kimi Riqada keçirilən və Latviyanın Seym sədri və Baş naziri, Avropa Parlamentinin üzvləri, Baltikyanı ölkələrin rəsmiləri,NATO-nun, diplomatik korpusun nümayəndələri və tanınmış təhlükəsizlik mütəxəssisləri iştirak etdiyi həmin konfransda "Dörd günlük müharibə"nin bəzi dərsləri və irəliləyiş yolu" adlı məruzə ilə çıxış etdim.Məruzənin bir sıra məqamları Baltikyanı ölkələrin mətbuatında öz əksini tapdı.
Bir tərəfdə İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizin, eləcə də müharibədən sonra Azərbaycanın regionumuzda yaratdığı yeni situasiyanın gücümüzə güc qatması faktı durur.Digər tərəfdə isə Rusiya-Ukrayna müharibəsi və ondan da az təhlükəli olmayan ABŞ,İsrail-İran müharibəsi....Hazırda dünyada yaşanılan təlatümlər təkqütblü dünya düzənindən çoxluqütlü dünya düzəninə keçid adlandırılsa da,əslində dünyanın çox yüksək sürətlə təhlükələrin meyl və fəsadlarının proqnozlaşdırması mümkün olmayan xaosa sürüklənməsi,proselərin görünməyən tərəflərinin görünən tərəflərindən daha çox olması fikirləşmək üçün zəngin matearial verir ki, Azərbaycanın öz şanlı qələbəsi ilə haqq-ədalətin bərpasına aparan yolda böyük önəm daşıyan "Dörd günlük müharibə"nin bəzi dərsləri və irəliləyiş yolu"na bir də nəzər salmaq faydalı olar:
“1.Sovetlər Birliyini dağıaldıqdan və müstəqillikdən sonra Cənubi Qafqazda tərəqqi üçün optimal yol- üç Baltikyanı dövlətin - Latviya, Litva və Estoniyanın modelinə bənzər bir model yaratmaq və bu əsasda mütəqilliyi real məmun vermək olardı.Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq səviyyəsində olan mövcud münasibətlər üç Baltikyanı dövlətin modelinin tətbiqinin və bu cür qarşılıqlı faydalı əməkdaşlığın faydalarından geniş şəkildə istifadənin mümkünlüyünü nümayiş etdirir. 2015-ci ildə Azərbaycan Gürcüstan iqtisadiyyatının ən böyük investoru olub. Azərbaycan və Gürcüstan iddialı vəperpektivli layihələr həyata keçirir. Ermənistan da Cənubi Qafqazda bu cür qarşılıqlı faydalı münasibətlərdən,Azərbaycanın iqtisadi potensialından faydalana bilərdi... Lakin, çox təəssüf ki, Ermənistan fərqli bir yol seçdi, forpost oldu,Azərbaycan ərazisinin 20 faizini işğal etdi və beləliklə, geosiyasi oyunların hədəfi olan "Qarabağ tələsinə" düşdü. Azərbaycan ərazilərinin işğalı Ermənistan üçün geosiyasi məğlubiyyətə çevrildi və özünü Cənubi Qafqaz regionundakı iri nəqliyyat və enerji layihələrində iştirakdan təcrid etmiş oldu.
2.Münaqişə müddətində həmişə Azərbaycanla Ermənisran arasında sülh sazişınin bağlanmasına bir addım qalmış, müxtəlif səbəblərdən və bahanələr ucbatından uğursuzluğa düçar olub.Əvvəlcə özünün sülh təşəbbüsünə görə Ermənistanın ilk prezidenti Ter-Petrosyan hakimiyyətdən devrilidı.Sonra sülhə meyl edənləri aradan götürmək üçün Ermənistan parlamentində terror aktı baş verdi.Ondan sonra Ermənistan prezidenti Serj Sarkisyan İsveçrədə Azərbaycan-Ermənistan danışıqlar zamanı ayaqyoluna getmək bəhanəsi ilə görüşı tərk etdi, danışıqlar masasına qayıtmaq əvəzinə aradan çıxdı və çox gülüng bir vəziyyətə düşdü. Ən maraqlısı isə, bütün bu eyhamların tək bir məqsədi var idi: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mümkün razılaşmaya mane olmaq və beləliklə, status-kvonun qoruyub saxlamaq. Aydındır ki, Ermənistanın aprelin 2-də təmas xətti boyunca təxribatı da danışıqlarda müsbət impuls potensialını boğmaq məqsədəi daşıyırdı.
3."Dördgünlük müharibə" özünəməxsus dərəcədə çox vacib bir test idi. Azərbaycan beynəlxalq ictimaiyyətin reaksiyasını sınadı.Kompüter texnologiyaları dövründə 1990-cı illərin informasiya boşluğu artıq mövcud olmadığından,insanlar qlobal miqyasda baş verən hər şeydən xəbərdardırlar. Beynəlxalq mətbuatın monitorinqi göstərir ki, erməni yalanları artıq dünya tərəfindən qəbul edilmir. ."Dördgünlük müharibə" zamanı 100 ildən sonra ilk dəfə olaraq beynəlxal ictimaiyyıt tərəfindən Ermənistana "SƏHV EDİRSİNİZ" deyildi.
4.“Dördgünlük müharibə” hərb meydanında əldə edilən çox zəruri bir qələbə olmaqla yanaşı,həm də Azərbaycana qarşı tətbiq edilən “hibrid müharibə”nin bütün müstəvilərində qələbəmizə möhkəm zəmin yaradan,xalqımızın milli ruhunun,iradəsinin,qətiyyətinin gücünü, birliyini və ordumuzun qüdrətini nümayiş etditən möhtəşəm bir qələbə oldu.
5.“Dördgünlük müharibə” çox vacib bir faktı ortaya qoydu ki, həm dünyada vəziyyət,həm də yaşadığımız regionda güc balansı dəyişib.Azərbaycan təkcə iqtisadi və demoqrafik deyil, həm də hərbi baxımdan Ermənistandan qat-qat güclüdür.
6.Aparılan sosioloji sorğuların nəticlərinə görə,"Dördgünlük müharibə" Ermənistan cəmiyyətini parçaladı, Azərbaycan cəmiyyətini isə daha da birləşdirdi.Sorğuların nəticələri göstərdi işğal edilmiş Azərbaycan torpaqlarını nəinki qaytaramaq,hələ əlavə torpaqlar da zəbt etmək istəyində olanlardan başqa cəmiyyətinin digər bir qütbündə ağıllı erməni ziyalılarının əksəriyyəti eyni nəticəyə gəlir ki, Ermənistanın 1990-cı illərin əvvəllərində seçdiyi yolun perspektivi yoxdur və onlar cəmiyyəti ölkələrinin regiondakı rolunu yenidən nəzərdən keçirməyə çağırırlar.
7."Dörd günlük müharibə" bu qanlı oyunda iştirak edənlərin hamısına “daşlarını yığmağın” vaxtı gəldiyini bildirdi... Bu münaqişəni başlayanların Qarabağa ehtiyacı yoxdur; onlar Dağlıq Qarabağın 48.000 (kağız üzərində 148.000) minlik əhalisinin taleyi ilə maraqlanmırlar.Status-kvonun saxlanılması, bir tərəfdən, Qarabağ kartından istifadə edən Ermənistanın hərbi xuntasına hakimiyyətdə qalmağa və öz xalqını, eləcə də işğal olunmuş Azərbaycanın sərvətlərini talan etməyə davam etməyə imkan verir. Digər tərəfdən, rəqib dünya gücləri Qarabağ kartından istifadə etməsi Azərbaycana və bütün Cənubi Qafqaza təzyiq göstərmək məqsədi daşıyır.
8."Dördgünlük müharibə" Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu və tamamilə yeni bir vəziyyət yaratdı. Qarabağdakı hərbi əməliyyatlar həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməyə davam edə biləcəyi ilə bağlı bütün illüziyaları da alt-üst etdi.
9.“Dördgünlük müharibə” Ermənistana çox ciddi siqnal və mesaj oldu ki, havadarlarının güc və dəstəyinə arxalanaraq işğalçılıq yolunu davam etdirsə,arxasında kimin durmasından asılı olmayaraq Ermənistan Azərbaycanın güçünün qarşında duruş gətirə bilməyəcək və aprel döyüşlərindəkindən də ağır məğlubiyyətlərə düçar olacaq. Bu kontekstdə aprel döyüşləri Ermənistanın başına gələ biləcək ən pis ssenariləri də ortaya qoydu ki, havadarlarının vədlərinə güvənib qonşusunun varlığına son qoymaq mərəzinin məntiqi sonu öz varlığını təhlükə altına atmaqdan başqa bir şey deyil.
Zaman keçdikcə ölkəmizin “Dördgünlük müharibə”dəki zəfərinin əhəmiyyəti ilə yanaşı, Azərbaycanın 44 günlük müharibədəki zəfərinin və 23 saatlıq anti-terror əməliyyatının da Cənubi Qafqaza və dünyaya gətirəcəyi faydalar daha yaxşı anlaşılacaq.Ona görə də Qarabağ ətrafındakı qanlı oyunu başladan və yeni oyunlar qurmağa cəhdlərlə regionumuzda rəqabət aparan dünya gücləri Qarabağ mövzunun bağlandığını həzm etməli, bu məsələ ilə bağlı məkrli siyasətlərini tarixin arxivinə göndərməli, manipulyasiyalara, təxribatlara,riyakar fəaliyyətlərinə, Azərbaycana açıq və əlaltdan yeritdikləri təzyiqlərinə son qoymalıdırlar.
Bir tərəfdən Azərbaycanın müharibədəki qələbəsini həzm etmək istəməyən,digər tərəfdən isə Azərbaycanın bu qələbə ilə regionda yeni situasiya yaradıb daha böyük hədəflərə nail olmaq üçün yaxşı şans qazanması faktı qarşısında aciz qalanlar Ermənistan vasitəsilə qurulan məkrli oyunları davam etdirməyə cəhd etməkdənsə,öz səylərini əsas məqamları artıq razılaşdırılmış Vaşıqton sülh müqaviləsinin bağlanmasının sürətlənməsinə, regionunuzda etibarlı və davamlı sülhə nail olunmasına,eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə başladığı və regionda sülhə,əmin-amanlığa,sabitliyə və tərəqqiyə xidmət edən böyük missiyasına,quruculuq işlərinin dəstəklənməsinə yönəltsələr,bu həm region ölkələri və xalqları üçün,həm də dünyanın proqnozlaşdırılması mükünsüz hala düşdüyü hazırkı çox təhlükəli bir zamanıbda qlobal baximdan da çox gərəkli və perspektivli olardı.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda savaşda canlarından keçmiş şəhidlərimizi bir daha ehtiramla anır, ruhları qarşısında baş əyir,qazilərimizə və bu yöndə əməyi keçən hər kəsə can sağlığı,sağlam uzun ömür arzulayırıq!
Əli MƏSİMLİ,
millət vəkili
- Ukrayna məxfi arxivləri AÇDI - Çernobılla bağlı sirlər ÜZƏ ÇIXDI
25 aprel 2026 21:33
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 2026 16:18
- Tramp 24 aprel münasibətilə açıqlamasında -GENOSİD- ifadəsini işlətmədi
25 aprel 2026 10:10
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 2026 00:12
- Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı
24 aprel 2026 19:52
- Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
23 aprel 2026 18:32
- Fidan Abbasova: Susmayacağam – mənə qarşı qurulan çirkin kampaniyanın arxasında kimlərin dayandığını açıqlayıram
22 aprel 2026 11:44
- Deputatdan çoxmilyonluq dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün TƏKLİF
21 aprel 2026 18:00
- General Bərxudarov 50-yə çatdı !
20 aprel 2026 11:40
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 2026 13:33
- Pezeşkian əhaliyə - Çağırış etdi
25 aprel 22:58
- Ukrayna məxfi arxivləri AÇDI - Çernobılla bağlı sirlər ÜZƏ ÇIXDI
25 aprel 21:33
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 19:59
- Bu gün 6 sənəd imzaladıq - Zelenski
25 aprel 19:24
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 16:18
- Daşkəsənlə Gədəbəyə qar yağır
25 aprel 15:06
- Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
25 aprel 15:00
- Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Fotolar
25 aprel 11:45
- Qaynarinfo.az 19 yaşında !
25 aprel 11:37
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
25 aprel 10:36
- Tramp 24 aprel münasibətilə açıqlamasında -GENOSİD- ifadəsini işlətmədi
25 aprel 10:10
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 00:12
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 22:58
- ABŞ-də ölüm hökmlərinin qaydası ( iynə, güllə...) dəyişdi
24 aprel 22:47
- Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı
24 aprel 19:52
- Rusiya erməni xalqı ilə birlikdə YAS TUTUR
24 aprel 17:29
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 14:37
- İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik - XİN
24 aprel 13:49
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 13:03
- TƏCİLİ YARDIM-ın yeni rəhbəri bu şəxs OLDU
24 aprel 12:03
- Ağdam şəhərinə növbəti köç karvanı yola salındı (FOTO)
24 aprel 11:48
- Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTO
23 aprel 21:13
- Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edildi
23 aprel 20:59
- İndi məlum oldu ki, Levon Ter-Petrosyan qatı daşnakdır... - Nikol Paşinyan
23 aprel 19:20
- Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
23 aprel 18:32
- Atatürkü təhqir edən jurnalistlə bağlı ŞOK QƏRAR: Polis hər yerdə onu axtarır
23 aprel 16:00
- Prezidentdən qurultay iştirakçılarına - Müraciət
23 aprel 13:30
- Ramanada Ramiz Mehdiyevin 32 hektar bağı əlindən alındı
23 aprel 13:02
- Latviya Prezidentinin Azərbaycana səfəri başa çatdı
23 aprel 11:45
- -Əvəzsiz podoloq mifi- yaradan Sevda Alibekovnanın keçmişini və bu gününü qaranlıq məcraya sürükləyən səbəblər — Digah sakinlərinin dedikləri
23 aprel 11:34
