Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
Hüseynbala Mirələmova Türkiyənin ASES təşkilatının xüsusi mükafatı təqdim edildi (FOTO)
Mayın 2-də Bakıda Atatürk Mərkəzində Türkiyənin Egetim və Bilim Çalışmaları Akademiyasının (ASES) Kongre və Orqanisyon Yayınçılıq təşkilatının yazıçı-dramaturq Hüseynbala Mirələmova "Bilim və türk dünyasına katkı və dəstəklərinə” görə xüsusi mükafatının təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimində Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru , Əməkdar elm xadimi AMEA-nın həqiqi üzvü professor Nizami Cəfərov, Milli Məclisin deputatı, ”Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, filologiya elmləri doktoru, professor Minaxanım Təkləli, filologiya elmləri doktoru, professor İslam Qəribli, Türkiyədən gələn qonaqlardan professor, doktorlar Çengiz Şahin, Mustafa Talas, Lokman Zor, ASES-in prezidenti Taner Əli Söyləməz və digər şəxslər iştirak edirdilər.
Təqdimat mərasimini ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, "Türk odası” və "Türk araşdırmaları” elmi-tədqiqat mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor Elman Quliyev açaraq bildirdi ki, Azərbaycanda kifayət qədər yaxşı tanınan yazıçı-dramaturq Hüseynbala Mirələmovun ədəbi yaradıcılığı qardaş Türkiyədə də sevilə-sevilə izlənir. Yazıçının bir neçə əsəri artıq türk oxucuları tərəfindən sevilə-sevilə oxunur və yüksək dəyərləndirilir.
Natiq Hüseynbala Mirələmovun ədəbi fəaliyyəti haqqında geniş məlumat verərkən bidlirdi ki, yazçının son illərdə nəşr olunan "Yurda fəda üç paşa” seriyasında olan "Ənvər paşa” əsəri ötən il Türkiyə türkcəsində işıq üzü görüb və qardaş ölkədə geniş yayılıb. Bu ilin mart ayında isə yazıçı Hüseynbala Mirələmovun Türkiyənin bir neçə şəhərində oxucularla maraqlı və yaddaqalan görüşləri keçirilib.
Toplantıda çıxış edən professor Nizami Cəfərov, Milli Məslisin deputatı Bəxtiyar Sadıqov, professorlar İslam Qəribli, Minaxanım Təkləli və türkiyəli qonaqlar yazıçının ədəbi yaradıcılığı, elmi- siyasi və ictimai fəaliyyəti haqqında söhbət açaraq bildirdilər ki, Hüseynbala Mirələmov ədəbi-siyasi yaradıcılığı ilə Türkiyə – Azərbaycan dostluğunun möhkəmlənməsinə, bu iki dövlətin xalqlarını birləşdirən ortaq dəyərlərin təbliğ olunmasına çox qiymətli töhfələr verib. Bu gün Türkiyənin ASUS təşkilatının Hüseynbala Mirələmova təqdim etdiyi bu mükafat onun bu sahədəki ədəbi fəaliyyətinə verilən yüksək qiymətdir.
Sonra Türkiyəli qonaq ASES-un prezidenti Taner Əli Söyləməz mükafatı yazıçı dramaturq Hüseynbala Mirələmova təqdim etdi. Təbrik çıxışında yazıçıya yaradıcılığında yeni uğurlar arzulayan Taner Əli Söyləməz əmin olduğunu bildirdi ki, Hüseynbala Mirələmov ərsəyə gətirəcəyi növbəti əsərləri ilə ortaq tariximizin bir çox qaranlıq məqamlarına da işıq salmaqla iki dövlət, bir millət arasında qardaşlıq münasibətlərinin yeni səviyyəyə qalxmasına dəyərli töhfələr verəcək.
Mərasimin sonunda çıxış edən yazıçı-dramaturq Hüseynbala Mirələmov tədbirdə iştirak edənlərə, onun uğurlarına sevinənlərə və yüksək dəyər verənlərə minnətdarlıq edərək bildirdi ki, türk qardaşlarının ona təqdim etdikləri bu mükafat onu daha böyük həvəslə işləməyə və əsərlər yazmağa sövq edir.
Oxşar xəbərlər
- Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul etdi (FOTO)
21 may 2024 12:19
- Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
20 may 2024 23:20
- Türkiyədə matəm elan edildi
20 may 2024 23:08
- Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi
18 may 2024 16:46
- Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto
18 may 2024 13:52
- Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal
18 may 2024 10:50
- Prezidentlər naharda nələr yeyiblər - Fotolar
17 may 2024 22:09
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
17 may 2024 19:09
- Prezidentlər Cıdır düzündə - Fotolar
17 may 2024 18:42
- NAR-an voleybol üzrə milli komandalarımıza dəstək
17 may 2024 18:09
Xəbər lenti
- Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul etdi (FOTO)
21 may 12:19
- Tut yuyulmalıdırmı?
21 may 11:55
- Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
20 may 23:20
- Türkiyədə matəm elan edildi
20 may 23:08
- Qarabağ Universitetinə rektor təyin olundu
20 may 20:33
- İran Prezidenti və heyəti həlak olub - Mehr Agentliyi
20 may 12:06
- Bu xəbər bizi ciddi şəkildə narahat etdi - İlham Əliyev
20 may 11:57
- Fotoda Tağı Əhmədov...
19 may 16:14
- İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - Fotolar
19 may 12:33
- Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi
18 may 16:46
- Prezidentlə xanımı AĞALI hotelinin açılışında iştirak edib
18 may 16:32
- Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto
18 may 13:52
- İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
18 may 11:06
- Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal
18 may 10:50
- Xaricdə oxuyan nə qədər məzunumuz geri qayıdıb? - açıqlama
18 may 10:00
- Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər
18 may 09:49
- Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
17 may 23:22
- Prezidentlər naharda nələr yeyiblər - Fotolar
17 may 22:09
- Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova HƏBS OLUNMAYIB
17 may 19:55
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
17 may 19:09
- Zakir Həsənov general-mayora yüksək vəzifə verdi
17 may 19:00
- Prezidentlər Cıdır düzündə - Fotolar
17 may 18:42
- NAR-an voleybol üzrə milli komandalarımıza dəstək
17 may 18:09
- Ərdoğan bu generalları əfv etdi
17 may 12:24
- Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
16 may 21:27
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 21:00
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 18:03
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 17:47
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 13:22
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 13:11
Video & Fotoqalereya
Video
Fotoqalereya